Zelenski: “Rusiya azı altı enerji obyektini hədəfə alıb”
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ölkənin müxtəlif bölgələrinə endirdiyi ölümcül hücumlar zamanı azı altı enerji obyektini hədəfə alıb. Onun sözlərinə görə, bu hücumlar Moskvanın ABŞ Prezidenti Donald Trampın elan etdiyi “enerji atəşkəsi”nə razı olmaq istəmədiyini göstərir.