Trampın yer aldığı reklamların dövlət vəsaiti ilə yayımı etiraz doğurub
ABŞ Prezidenti Donald Trampın yer aldığı üç televiziya reklamı dövlət vəsaiti hesabına yayımlanır. Noyabrda keçiriləcək Konqresə ara seçkilər yaxınlaşdıqca həm respublikaçılar, həm də demokratlar buna etiraz edirlər. Hüquqşünaslar reklamların qanuna uyğun olub-olmadığını sual altına alırlar.

