"AnewZ" səhər xülasəsi – 3 avqust 2026
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. 3 avqust üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. 3 avqust üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Ukraynanın gecə saatlarında Rusiyanın müxtəlif bölgələrinə endirdiyi dron zərbələri nəticəsində azı səkkiz nəfər həlak olub. Bu barədə bölgə rəsmiləri məlumat verib. Rəsmi Kiyev Rusiyanın logistika, enerji və hərbi infrastrukturuna zərbələri genişləndirib.
Rusiya rəsmilərinin məlumatına görə, avqustun 1-i axşam saatlarında Moskvanın mərkəzində restoran yaxınlığında qadının daşıdığı əldəqayırma bomba partlayıb. Nəticədə 3 nəfər ölüb, azı 21 nəfər yaralanıb.
Rusiya avqustun 1-də Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib. Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, hücum nəticəsində azı 9 nəfər həlak olub, 28 nəfər yaralanıb.
Rusiya daxili yanacaq bazarında sabitliyi qorumaq üçün benzin, dizel, gəmi yanacağı və qazoyl ixracına qoyulan qadağanı 31 yanvar 2027-ci ilədək uzadıb. Bu qərar Mərkəzi Asiya ölkələrini yanacaq təhlükəsizliyini gücləndirməyə və tədarük mənbələrini şaxələndirməyə sövq edib.
Ukrayna gecə saatlarında Rusiyanın ən böyük pərakəndə satış şirkəti “Wildberries”ə məxsus anbarı və Volqoqrad Neft Emalı Zavodunu hədəfə alıb. Moskva isə Qara dənizdə hərbi yük daşıyan gəmiyə zərbə endirdiyini bildirib.
İrəvan Cənubi Qafqaz Dəmir Yolu (CQDY) sazişinin şərtlərini qarşılıqlı razılıq olmadan dəyişəcəyi təqdirdə, Rusiya Ermənistandan təzminat tələb edə bilər. Bu barədə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bəyan edib.
Polşanın Baş naziri Donald Tusk bildirib ki, ölkənin şərqində gecə saatlarında partlayan raketin böyük ehtimalla Rusiyaya məxsus olduğu güman edilir. Hadisədən sonra Polşa qırıcılarını havaya qaldırıb və hava hücumundan müdafiə sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib.
Qazaxıstanın əsas neft ixrac marşrutu Rusiya sahilləri yaxınlığında Qara dənizdə baş verən dron hücumlarından sonra fəaliyyətini müvəqqəti dayandırıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin ixracına tətbiq olunan məhdudiyyətlər qısa zamanda aradan qaldırılmasa, bu vəziyyət Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının (Aİİ) sonunun başlanğıcı ola bilər.
Rusiya ordusunun hava zərbələri nəticəsində Ukraynada azı 13 nəfər həlak olub. Hücumlar Kiyevlə yanaşı, ölkənin qərbində yerləşən Lvov şəhərinədəki əraziləri əhatə edib. Polşa təhlükəsizlik tədbirləri çərçivəsində hava məkanını qorumaq üçün qırıcı təyyarələrini havaya qaldırıb.
Nauru Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiya regionları ilə diplomatik əlaqələrə son qoyub. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Avropa İttifaqı (Aİ) Rusiyanın enerji şirkəti “Inter RAO”nu son sanksiya paketinə daxil edib. Qərar Gürcüstanın enerji sektorunun gələcəyi ilə bağlı suallar doğurub.
Rusiyanın ən böyük pərakəndə satış şəbəkəsi olan "Wildberries" Qazaxıstanda yeni anbar sahələri axtarışına başlayıb. "Kommersant" qəzetinin məlumatına görə, buna səbəb Ukraynanın dron hücumları nəticəsində şirkətin Rusiyadakı logistika mərkəzlərinin təxminən 10 faizinin zərər görməsidir.
Rusdilli “Verstka” nəşrinin yerli daşınmaz əmlak agentlərinə istinadən yaydığı məlumata görə, Ermənistanın paytaxtı İrəvanda mənzil axtaran rusların sayı artıb. Bu, Rusiyada keçiriləcək parlament seçkiləri və mümkün kütləvi səfərbərliklə bağlı yayılan şayiələr fonunda müşahidə olunur.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) “Telegram”ın yaradıcısı Pavel Durova qarşı terror fəaliyyətinə kömək ittihamı irəli sürüb. Onun həbsi üçün beynəlxalq axtarış elan edilib.
Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi dron zərbələri yanacaq ixracını çətinləşdirdiyindən, Qırğızıstan alternativ mənbələr axtarmağa məcbur olub. Bu çərçivədə Bişkek Rusiya ilə aylıq 100 min ton neft məhsulunun tədarükü barədə danışıqlar aparır.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşlərin müsbət keçdiyini bildirib. Danışıqların əsas mövzusunu Ukraynanın müdafiə tələbatları, Rusiya ilə sülh prosesi və Yaxın Şərqdə səngiməyən gərginlik təşkil edib.
Ukraynanın müdafiə naziri vəzifəsini icra edən Yevgeni Xmara bildirib ki, Kiyev Rusiya ilə eyni üsulla mübarizə apara bilməz. O, Ukraynanın müharibədə daha effektiv olmaq üçün resurslardan düzgün istifadə etməli və fərqli, daha çevik taktikalara üstünlük verməli olduğunu deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, Moskva Rusiya-Ermənistan münasibətlərini Azərbaycanla əlaqələndirməyi dayandırmalıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətləri ilə bağlı yaranmış problemin həlli üçün Kreml rəhbəri Vladimir Putinə müraciət edib.
"Daybreak"in 28 iyul buraxılışında ABŞ Prezidenti Donald Trampın ABŞ-İran danışıqları ilə bağlı açıqlamaları, Birləşmiş Krallığın Baş naziri Endi Börnhemin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü və Rumıniyanın dron insidentindən sonra rus diplomatını ölkədən çıxarması diqqətə çatdırılıb.
Rusiya Ali Məhkəməsi Ruben Vardanyanla əlaqələndirilən 35 milyon dollar dəyərindəki “Digimarket” ofşor şirkətinə vəsait köçürülməsini qadağan edib. Bu qərar bir kredit şirkətindən 64 milyon dollardan çox vəsaitin geri qaytarılması ilə bağlı davam edən məhkəmə çəkişmələri fonunda çıxarılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putindən Ermənistan məhsullarının Rusiyaya ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına kömək etməsini istəyib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.