Ukrayna Cənubi Koreya ilə gərginliyi azaltmağa çalışır
Ukrayna Şimali Koreyadan olan iki hərbi əsirin Seula təhvil verilməsinin ictimaiyyətə açıqlanmasından sonra Cənubi Koreya ilə yaranan diplomatik anlaşılmazlığı aradan qaldırmağa çalışır. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa oktyabrın 1-də bildirib.

