Gürcüstan və Rusiya Minskdə birbaşa dialoqu bərpa ediblər
Gürcüstan və Rusiya uzun illərdir davam edən gərginliyə baxmayaraq, birbaşa rəsmi danışıqları bərpa ediblər. İki ölkənin yüksəkrütbəli diplomatları noyabrın 19-da Minskdə görüşərək ticarət, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

