Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
"Amazon"un qurucusu Cef Bezos süni intellektin işçi qüvvəsi çatışmazlığı formalaşdıracağını, lakin kütləvi işsizliyə səbəb olmayacağını qeyd edərək, bu texnologiyanın insan əməyini əvəzləyəcəyinə dair artan narahatlıqları rədd edib.
Parisdə keçirilən "VivaTech" konfransında çıxış edən Bezos süni intellektin insanları "ixtisara salacağı" proqnozları ilə razılaşmayıb. O, bunun əvəzinə texnologiyanın yeni iqtisadi aktivliyə təkan verəcəyini və əmək bazarına olan tələbatı artıracağını müdafiə edib.
“Bu mövqe ilə tamamilə razı deyiləm. Hesab edirəm ki, süni intellekt, əksinə, işçi qüvvəsi qıtlığı yaradacaq”, — deyə o, qeyd edib.
Bezosun bu açıqlamaları texnologiya nəhənglərinin süni intellekt sistemlərinə yatırımları artırdığı, digər tərəfdən isə kütləvi iş ixtisarlarına getdiyi bir dövrə təsadüf edir.
“Challenger, Gray & Christmas” şirkətinin hesabatına görə, ABŞ-də fəaliyyət göstərən işəgötürənlər may ayında 97 min iş yerinin ixtisar ediləcəyini açıqlayıblar. Bu ixtisarların təxminən 40 faizi süni intellektə keçidlə bağlı yenidənqurma işləri ilə əlaqələndirilir.
Ayrıca keçirilən “Reuters/Ipsos” sorğusu isə əhali arasında avtomatlaşdırma ilə bağlı narahatlığın artdığını göstərir. Belə ki, amerikalıların təxminən yarısı süni intellektin onları və ya ailə üzvlərindən birini işsiz qoya biləcəyini düşünür.
Son illərdə “Amazon” da daxil olmaqla bir çox aparıcı şirkətlər on minlərlə korporativ ştatı ixtisar edib. Şirkət rəhbərləri bunu süni intellekt alətləri və avtomatlaşdırma sayəsində səmərəliliyin artması ilə izah edirlər.
Cef Bezos iddia edir ki, bəşəriyyət iş yerlərinin çatışmazlığından deyil, yeni fəaliyyət sahələrinin yaranmasına mane olan amillərdən əziyyət çəkir.
O, süni intellektin həmin maneələri aradan qaldıracağını bildirib. İş adamının sözlərinə görə, bu texnologiya məhsuldarlığı artıracaq və iqtisadiyyatın müxtəlif sahələrində yeni tələbat yaradaraq sonsuz imkanlar açacaq.
Milyarderin bu sözləri süni intellektə qarşı etirazların artdığı vaxta təsadüf edir. İşçi qrupları, yaradıcı sahələr və əmək bazarına yeni daxil olan gənclər iş yerlərinin itirilməsi və əməkhaqqı təzyiqi ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Cef Bezos bu çıxışından özünün “Blue Origin” kosmik şirkətini diqqət mərkəzinə gətirmək üçün də istifadə edib. O bildirib ki, kosmik texnologiyaların inkişafı gələcəkdə ağır sənayenin Yer kürəsindən kənara köçürülməsinə imkan verə bilər.
İş adamının sözlərinə görə, kosmik səyahətlərin daha ucuz və etibarlı olması fonunda asteroid və Ay resurslarından istifadə planetimiz üzərindəki ekoloji təzyiqi azalda bilər.
“Blue Origin”in baş icraçı direktoru Devid Limp də şirkətin ağır raket proqramı üzərində işləri davam etdirdiyini və Floridadakı “New Glenn” start meydançasında baş vermiş partlayışdan sonra yenidənqurma işlərinin getdiyini təsdiqləyib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
bp şirkəti 2026-cı ilin ilk doqquz ayında Azərbaycan, Gürcüstan və Türkiyədə təchizatçı və podratçılara ümumilikdə 1,49 milyard dollar xərcləyib. Bu məbləğ şirkətin üçüncü tərəflərə ümumi xərclərinin 65 faizini təşkil edib.
OPEC+ alyansına daxil olan yeddi ölkə noyabrın 1-də dekabr üçün neft hasilatı hədəflərini dəyişməməyə qərar verib. Beləliklə, hasilat hədəflərinin artırılması bir ay da təxirə salınıb. İran müharibəsi neft tədarükünü məhdudlaşdırdığı bir vaxtda qiymətləri hansı amillər müəyyənləşdirir?
Kriptovalyutaların ucuzlaşması insanların bank hesablarındakı vəsaitin dəyərini birbaşa azaltmır. Lakin bankların bu bazara yatırımları və borc vəsaitləri hesabına aparılan əməliyyatlar itkilərin ənənəvi maliyyə sisteminə də yayılmasına səbəb ola bilər.
Rusiya Prezidenti Vladimir Putin Misirlə ticarət dövriyyəsinin rekord həddə çatdığını bildirib. Moskva Qahirə ilə iqtisadi əlaqələrindən istifadə edərək Afrikada təsirini genişləndirməyə, xüsusilə istehsal, infrastruktur və enerji sahələrində əməkdaşlığı artırmağa çalışır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın