Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Kriptovalyutaların ucuzlaşması insanların bank hesablarındakı vəsaitin dəyərini birbaşa azaltmır. Lakin bankların bu bazara yatırımları və borc vəsaitləri hesabına aparılan əməliyyatlar itkilərin ənənəvi maliyyə sisteminə də yayılmasına səbəb ola bilər.
Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”dən təxminən 6,3 milyard dollar oğurlanması maliyyə təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Bu, kriptovalyuta bazarında indiyədək qeydə alınmış ən böyük oğurluqdur. Blokçeyn əməliyyatlarını araşdıran şirkətlər hücumu Şimali Koreyanın haker qruplaşması ilə əlaqələndiriblər. “Binance” bütün itkiləri qarşılayacağını vəd etsə də, hadisənin bazarda yaratdığı narahatlıq səbəbindən bitkoinin qiyməti 4 faizdən çox düşüb.
Bitkoinin qiymətinin düşməsi dolların da dəyər itirməsi demək deyil. Dollar, avro və funt sterlinq kimi ənənəvi valyutalara “fiat pul” deyilir. Bu pulların dəyəri qızıla bağlı deyil, dövlətin pul sisteminə və ölkə iqtisadiyyatına inama əsaslanır. Faiz dərəcələri və inflyasiya da onların dəyərinə təsir göstərir.
Kriptovalyutalar qlobal maliyyə sisteminin hələlik kiçik hissəsini təşkil edir. Lakin banklar və digər maliyyə qurumları bu bazara yatırımlarını artırdıqca risklər də arta bilər.
Avropa Mərkəzi Bankı 2022-ci ildə xəbərdarlıq edib ki, bu yatırımlar maliyyə qurumlarını böyük itkilərlə üzləşdirə bilər. Bu da investorların inamını azalda və kredit verilməsini çətinləşdirə bilər.
İlk risk borc pulla kriptovalyuta alınmasıdır. Kriptovalyuta alıb-satan şəxslərin bir qismi daha böyük məbləğdə əməliyyat aparmaq üçün borc götürür. Qiymətlər düşəndə borc verənlər əlavə girov qoyulmasını və ya borcun qaytarılmasını tələb edə bilərlər. Bu halda borcu ödəmək üçün kriptovalyutalar satıla bilər. Çox sayda insanın eyni vaxtda satış etməsi isə qiymətləri daha da aşağı sala bilər.
Avropa Mərkəzi Bankı kriptovalyuta birjalarında böyük həcmdə borc vəsaitdən istifadənin maliyyə sabitliyi üçün riskləri artırdığını vurğulayıb.
İkinci risk bankların və investisiya fondlarının bu bazara yatırımları ilə bağlıdır. Pensiya yığımlarını idarə edən fondlar da bu risklə üzləşə bilərlər. Bu qurumlar kriptovalyutaya və ya onun qiymətinə bağlı maliyyə məhsullarına yatırım ediblərsə, bazardakı böyük itkilər onların kapitalını azalda bilər.
2022-ci ildə kriptovalyuta bazarının ümumi dəyəri 2 trilyon dollardan çox azalıb. İngiltərə Bankı həmin dövrdə bu itkilərin ümumi maliyyə sabitliyi üçün təhlükə yaratmadığını bildirib. Bununla belə, bank kriptovalyuta bazarının banklar və digər maliyyə qurumları ilə əlaqələri gücləndikcə risklərin də artacağı barədə xəbərdarlıq edib.
Üçüncü təsir insanların yığımları və xərcləri ilə bağlıdır. Avropa Mərkəzi Bankının istinad etdiyi, avrodan istifadə edən altı ölkədə keçirilmiş sorğuya görə, hər on ailədən biri kriptovalyuta alıb.
Kriptovalyutaya yatırdığı pulun böyük hissəsini itirən insanlar gündəlik xərclərini azalda bilərlər. Bu isə mal və xidmətlərə tələbi azaldaraq iqtisadi fəallığı zəiflədə bilər. Təsirin gücü kriptovalyutaya yatırılan vəsaitin insanların ümumi sərvətindəki payından asılıdır.
Əsas narahatlıqlardan biri steyblkoinlərlə bağlıdır. Bunlar qiymətini sabit saxlamaq üçün yaradılan rəqəmsal aktivlərdir. Onların dəyəri adətən ABŞ dollarına bağlanır: məsələn, bir steyblkoinin qiymətinin bir dollara bərabər qalması nəzərdə tutulur.
Lakin bu sabitliyə həmişə zəmanət yoxdur. Bir dollara bərabər qalması nəzərdə tutulan “TerraUSD” adlı steyblkoin 2022-ci ildə dəyərini itirərək çöküb. Həmin dövrdə bazarda yaranan qarışıqlıq ən böyük steyblkoin olan USDT-yə də təsir edib. “Tether” şirkətinin buraxdığı bu aktivin qiyməti müvəqqəti olaraq bir dollardan aşağı düşüb.
Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ilin oktyabrında steyblkoin bazarının həcminin təxminən 305 milyard dollara çatdığını bildirib. Fond xəbərdarlıq edib ki, bu aktivlərə etimadın azalması likvidlik böhranına səbəb ola bilər.
Bu o deməkdir ki, çox sayda istifadəçi eyni vaxtda steyblkoinlərini pula çevirmək istəsə, onları buraxan şirkətin ödənişləri dərhal qarşılamaq üçün kifayət qədər hazır vəsaiti olmaya bilər.
BVF həmçinin kütləvi satışlar zamanı “Ethena” layihəsinin USDe adlı rəqəmsal aktivinin qiymətinin müvəqqəti olaraq 0,65 dollara düşməsinə diqqət çəkib. USDe-nin dəyərinin bir dollar səviyyəsində saxlanılması nəzərdə tutulur.
Fondun məlumatına görə, steyblkoinlərdən geniş istifadə mərkəzi bankların pul dövriyyəsini tənzimləmək və inflyasiyaya nəzarət etmək imkanlarını zəiflədə bilər. Bəzi ölkələrdə bu, müstəqil pul siyasətinin həyata keçirilməsini çətinləşdirə bilər.
Kriptovalyuta bazarındakı çöküşün maliyyə sistemi və iqtisadiyyat üçün yaratdığı təhlükənin miqyası barədə nəzarət qurumlarının mövqeləri fərqlənir.
Avropa Mərkəzi Bankı mövcud steyblkoinlərin təcili şəkildə tənzimlənməsinə çağırıb. Bir neçə böyük bank isə dəyəri tam həcmdə ehtiyat aktivlərlə təmin olunan rəqəmsal valyutaların yaradılması imkanlarını araşdırır. Belə təminat dövriyyəyə buraxılan rəqəmsal pulun qarşılığında müvafiq dəyərdə aktiv saxlanılması deməkdir.
Bu yanaşma steyblkoinləri daha təhlükəsiz edə bilər. Eyni zamanda, onların ənənəvi maliyyə sistemi ilə əlaqələrini də gücləndirə bilər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
bp şirkəti 2026-cı ilin ilk doqquz ayında Azərbaycan, Gürcüstan və Türkiyədə təchizatçı və podratçılara ümumilikdə 1,49 milyard dollar xərcləyib. Bu məbləğ şirkətin üçüncü tərəflərə ümumi xərclərinin 65 faizini təşkil edib.
OPEC+ alyansına daxil olan yeddi ölkə noyabrın 1-də dekabr üçün neft hasilatı hədəflərini dəyişməməyə qərar verib. Beləliklə, hasilat hədəflərinin artırılması bir ay da təxirə salınıb. İran müharibəsi neft tədarükünü məhdudlaşdırdığı bir vaxtda qiymətləri hansı amillər müəyyənləşdirir?
Rusiya Prezidenti Vladimir Putin Misirlə ticarət dövriyyəsinin rekord həddə çatdığını bildirib. Moskva Qahirə ilə iqtisadi əlaqələrindən istifadə edərək Afrikada təsirini genişləndirməyə, xüsusilə istehsal, infrastruktur və enerji sahələrində əməkdaşlığı artırmağa çalışır.
Özbəkistanda “Apple Pay” və “Google Pay” ödəniş xidmətləri istifadəyə verilib. Bu barədə oktyabrın 27-də Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva “Telegram” hesabında məlumat verib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın