İndoneziyada vulkan püskürməsi səbəbindən uçuşlar dayandırılıb
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi hava nəqliyyatına, məktəblərin fəaliyyətinə və balıqçılıq işlərinə təsir göstərib. Sentyabrın 6-da...
İran dövlət mediasının məlumatına görə, rəsmi Tehran ölkənin infrastrukturuna qarşı istənilən hücuma cavab verəcəyini və İsrailin “cavabsız qalmayacağını” bildirib. Bu arada, rəsmi Vaşinqton Tehranla texniki danışıqların davam etdiyini açıqlayıb.
BMT-nin dəniz nəqliyyatı üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatı (BDT) ölkələrə Hörmüz boğazı ilə bağlı çağırış edib. Çağırışa əsasən, ölkələr İranın boğaz üzərində suverenlik iddiasını və oradan keçən nəqliyyata nəzarət etmək üçün yaratdığı yeni qurumu tanımamalıdırlar.
Təşkilat bildirib ki, bu cür tədbirlər beynəlxalq gəmiçiliyə mane olmamalıdır.
Məsələdən məlumatlı mənbə “Reuters” agentliyinə bildirib ki, Qətərin rəsmi nümayəndələri iranlı həmkarları ilə görüşlər keçirmək üçün bu ölkəyə səfər ediblər. Məqsəd gərginliyin azaldılması və daha geniş danışıqlara zəmin yaradılmasıdır.
Mənbənin sözlərinə görə, müzakirələr ABŞ ilə koordinasiyalı şəkildə aparılır.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkənin infrastrukturuna qarşı istənilən hücuma cavab veriləcəyi barədə xəbərdarlıq edib.
İran dövlət mediası ona istinadən bildirib ki, “İsrail də rəsmi Tehranın cavab zərbələrindən kənarda qalmayacaq”.
Çin Yaxın Şərqdə münaqişənin genişlənməsi fonunda helium çatışmazlığının yenidən yaranması riskini əsas gətirərək, bu qazın ixracına dərhal qüvvəyə minən müvəqqəti qadağa qoyub.
Helium yarımkeçiricilərin istehsalı üçün mühüm əhəmiyyət daşıyır. Pekin yerli mikroçip sənayesini gücləndirməyə çalışdığı bir vaxtda əsas materialların ixracına tətbiq etdiyi məhdudiyyətləri getdikcə artırır.
İran müharibəsində bu həftə baş verən gərginliyin artmasından sonra Almaniya istiqrazlarının gəlirliliyi bir aydan çox müddətdə ən böyük həftəlik yüksəlişə doğru irəliləyir.
ABŞ ilə İran arasında hücumların yenidən başlaması treyderlərin Avropa Mərkəzi Bankının (AMB) iyundakı qərarından sonra bu il faiz dərəcələrini bir deyil, daha iki dəfə artıracağı ehtimalına dair gözləntilərini yüksəldib. Bu isə istiqrazların gəlirliliyinin artmasına səbəb olub.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi İranın keçmiş ali rəhbəri Əli Xameneinin öldürülməsinə görə qisas alınmasına çağırıb.
“Fars” Xəbər Agentliyinin məlumatına görə, Vahidi qətlin icraçılarının, təşkilatçılarının və onları dəstəkləyənlərin cəzalandırılmasını “legitim tələb” adlandırıb.
“Ədalət tam təmin olunana və cinayətkarlara layiqli cavab verilənədək bu tələb İslam ümmətinin və Müqavimət Cəbhəsinin tarixi yaddaşından silinməyəcək”, — o əlavə edib.
Avstraliyanın xarici işlər naziri Penni Vonq rəsmi Vaşinqtonla Tehran arasında gərginliyin artması fonunda Yaxın Şərqdə sabitliyin təmin olunmasına çağırıb.
“Hamımız sabitliyin bərpa olunmasını istəyirik”, — Vonq cümə günü “Sky News Australia” telekanalına bildirib. O, eyni zamanda deyib ki, İran hökuməti beynəlxalq təhlükəsizlik üçün risk yaradır.
Gəmilərin hərəkətini izləyən məlumatlara əsasən, son günlər daha çox tanker Hörmüz boğazından keçib. Belə ki, Yaxın Şərqdə gərginliyin yenidən artmasına baxmayaraq, çərşənbə axşamından etibarən Yaponiya ilə əlaqəli 22 gəmi Ərəb körfəzini tərk edib.
Hörmüz boğazı dünya bazarlarına neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımaları üçün əsas marşrutlardan biridir. Bu həftə İranla ABŞ arasında döyüşlərin yenidən başlamasından sonra gəmiçilik şirkətləri və hökumətlərin Hörmüz boğazını diqqət mərkəzində saxlayır.
“Kpler” və LSEG şirkətlərinin məlumatlarına görə, son günlər ən azı beş boş LNG tankeri boğaza daxil olub.
Onların arasında Yunanıstanın “GasLog” gəmiçilik şirkətinin idarə etdiyi “GasLog Shanghai”, eləcə də “QatarEnergy” ilə əlaqəli “Al Samriya”, “Al Dafna”, “Al Gattara” və “Al Rayyan” tankerləri var.
ABŞ ordusu cümə axşamı bildirib ki, mayın əvvəlindən etibarən ticarət gəmilərin və xam neftin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin etməyə yardım edib.
“Mayın əvvəlindən etibarən ABŞ qüvvələri 800-dən çox kommersiya gəmisinin və 380 milyon barel xam neftin bu mühüm beynəlxalq ticarət dəhlizindən uğurla keçidinə kömək edib”, — ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari diplomatiya və dialoqun münaqişələrin həlli, eləcə də Yaxın Şərqdə uzunmüddətli təhlükəsizlik və sabitliyin təmin olunması üçün əsas yol olduğunu bir daha bildirib.
Əl-Ənsari bu fikirləri “London Konfransı 2026” çərçivəsində Londondakı “Chatham House”da keçirilən dəyirmi masa müzakirəsi zamanı səsləndirib.
“The Wall Street Journal” məsələdən məlumatlı olan şəxslərə istinadən yazıb ki, İsrail Vaşinqtona İranın ABŞ Prezidenti Donald Trampı öldürmək planı ilə ağlı yeni kəşfiyyat məlumatları təqdim edib.
Nəşr xatırladıb ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin 2020-ci ildə öldürülməsinə görə İran uzun illərdir Trampdan qisas alacağını bildirir. Qeyd olunub ki, yeni kəşfiyyat məlumatları ABŞ-İran münaqişəsini daha da gərginləşdirə bilər.
Məlumata görə, İsrailin Vaşinqtondakı səfirliyi məsələni şərh etməkdən imtina edib. İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyi isə şərh sorğusuna dərhal cavab verməyib.
Ağ Ev nəşrin sorğusuna cavab olaraq Trampın çərşənbə günü Ankarada keçirilən NATO sammitində səsləndirdiyi fikirlərə istinad edib.
“Onlar ABŞ liderini — məni — aradan götürmək istəyirlər. Mən onların bütün siyahılarındayam. Bu səhər gördüm ki, onların hər bir siyahısında mənim adım var. İndiyədək, görünür, bir qədər şanslı olmuşam, amma bu, çox uzun çəkməyə bilər”, — Tramp bildirib.
Məlumata görə, İranla bağlı son gərginliyə baxmayaraq, Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı telefonla danışaraq koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.
İran mediası gecə saatlarında ölkənin bir neçə yerlərinə ABŞ-nin yeni hücumaları barədə məlumat yayıb. Zərbələrdən biri cənubdakı Konarak şəhərində Hərbi Dəniz Qüvvələrinə məxsus obyektə endirilib. Digər hücumun İranın yeganə nüvə elektrik stansiyasının yerləşdiyi Buşehr liman şəhərdən kənar yerləşən hərbi obyektə edildiyini bildirib.
İranın dövlət xəbər agentliyi IRNA yerli rəsmiyə istinadən bildirib ki, Konarakdakı hücumu “düşmən” həyata keçirib, Buşehrdəki hadisəyə isə ABŞ–İsrail mərmisinin səbəb olub.
“Al Jazeera” telekanalına danışan ABŞ rəsmisi ölkə ordusunun son zərbələrə görə məsuliyyət daşıdığını təkzib edib. Digər ABŞ rəsmisi rəsmi Vaşinqtonun Tehranla razılığın əldə olunmasına sadiq qaldığını və texniki danışıqların davam etdiyini bildirib.
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ “gec olmadan” İranla müharibədə “oyun qaydalarının” dəyişdiyini qəbul etməlidir. Onun açıqlaması Vaşinqtonun Körfəzdə bir neçə İran tankerinə zərbə endirməsindən bir gün sonraya təsadüf edib.
Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri ilə bağlı Moskvada üç saatdan çox davam edən danışıqlar aparıb.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Cənubi Koreya Prezidenti Li Cae Myon dörd günlük səfər üçün Fransaya yola düşüb.
Sentyabrın 5-də Afinanın şimalındakı Tanagra aviabazasında keçirilən aviaşou zamanı “F-4 Phantom” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki yunan hərbi pilot həlak olub.
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi hava nəqliyyatına, məktəblərin fəaliyyətinə və balıqçılıq işlərinə təsir göstərib. Sentyabrın 6-da Cakartanın əsas hava limanında yüzlərlə sərnişin uçuşların bərpa olunmasını gözləməli olub.
“Adidas” şirkəti “Single Shoe Service” kampaniyasında israilli keçmiş hərbçi Şalev Bitonu təqdim etdikdən sonra boykot çağırışları ilə üzləşib.
Sentyabrın 5-də Afinanın şimalındakı Tanagra aviabazasında keçirilən aviaşou zamanı “F-4 Phantom” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki yunan hərbi pilot həlak olub.
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi sentyabrın 5-də bildirib ki, İsrail hökumətinin Qəzza sakinlərinin köçürülməsi ilə bağlı təkliflərinə baxmayaraq, fələstinlilərin zorla Qəzzadan çıxarılması planı yoxdur.
Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri ilə bağlı Moskvada üç saatdan çox davam edən danışıqlar aparıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın