Endi Börnhem Birləşmiş Krallıqda Leyboristlər Partiyasının lideri və baş nazir olmağa hazırlaşır


Sədrliyə namizədliyin ilk turunda leyborist deputatların böyük əksəriyyətinin dəstəyini qazanan Endi Börnhem Leyboristlər Partiyasının sədri və ölkənin Baş naziri olmağa çox yaxındır.

Böyük Mançesterin sabiq meri Leyboristlərin 403 deputatından 322-nin dəstəyini alıb. Bu isə o deməkdir ki, riyazi olaraq digər namizədin mübarizəyə qoşulmasını mümkünsüz edən həddə çatmaq üçün ona cəmi bir səs çatmır.


Hazırda yarışda rəsmən namizədliyini irəli sürən başqa şəxs olmadığı üçün Börnhemin gələn həftə Leyboristlərin lideri elan ediləcəyi və iyulun 20-də Baş nazir vəzifəsinin icrasına başlayacağı gözlənilir.


Börnhemin bu ehtimal olunan yüksəlişi 2017-ci ildə Böyük Mançester meri olmaq üçün Vestminsteri tərk etməsindən sonra milli siyasətin mərkəzinə qayıdışı kimi qiymətləndirilir.

Meykerfilddən Böyük Britaniya parlamentinin üzvü Endi Börnhem. London, Böyük Britaniya, 2 iyul 2026-cı il. Reuters  

Reuters

Onun bu uğuru cəmi bir neçə həftə əvvəl Meykerfild dairəsində keçirilən təkrar parlament seçkilərindəki qələbəsindən sonra baş tutub. Xatırladaq ki, may ayında keçirilən yerli seçkilərdə Leyboristlərin ciddi itkilər verməsi Kir Starmerə istefa təzyiqlərini artırmışdı. Starmer növbəti ümumi seçkilərdə partiyaya rəhbərlik etmək üçün doğru şəxs olub-olmadığını götür-qoy etdiyini bildirərək, Börnhemin deputat kimi and içdiyi gün Leyboristlərin lideri vəzifəsindən istefa verib.


2010 və 2015-ci illərdə Leyboristlərin liderliyi uğrunda mübarizədə uğursuzluqla üzləşən Börnhem sonuncu namizədliyi barədə "ümid edirəm ki, üçüncü cəhddə bəxtim gətirəcək" deyə bildirmişdi.


Leyborist deputatlar Börnhemin namizədliyini dəstəkləyir


Börnhem verdiyi açıqlamada namizədliyini irəli sürən leyborist deputatlara "dərin minnətdarlığını" bildirib və bu dəstəyin Britaniyanın siyasətdə yeni yanaşmaya ehtiyacı olduğuna dair ortaq inamı əks etdirdiyini vurğulayıb.
"Mənim təklif etdiyim çıxış yolu budur: hakimiyyətin Vestminsterdən çıxarılması, sadə vətəndaşlar üçün yenidən formalaşdırılmış iqtisadiyyat və hər bir bölgədə dayanıqlı inkişaf", - deyə Börnem qeyd edib.


Liderlik uğrunda yarışa qatılmaq üçün namizədlər gələn həftənin çərşənbə gününə qədər ən azı 81 leyborist deputatın dəstəyini təmin etməlidir. Börnhem, həmçinin ən azı üç müttəfiq sosialist cəmiyyətinin və ya həmkarlar ittifaqının dəstəyini almalıdır. Lakin bunun sadəcə rəsmi xarakter daşıyacağı gözlənilir.


Əgər hər hansı rəqib namizəd ortaya çıxmasa, Börnhem partiya üzvləri və tərəfdarları arasında səsvermə keçirilmədən Leyboristlərin lideri olacaq.


Daha çox mərkəzsizləşdirilmiş Britaniya planları

Börnhem artıq hökuməti üçün bəzi prioritetləri müəyyənləşdirib. Bura yerli orqanlara mənzil və nəqliyyat kimi sahələr üzərində daha çox səlahiyyət vermək məqsədilə Mançesterdə "10 nömrəli iqamətgah"ın (Baş nazirin ofisinin) yeni bölməsinin yaradılması planları daxildir.


Onun platformasının əsas hissələrindən biri Birləşmiş Krallıq boyu icmalara su və enerji sektorları üzərində "daha böyük ictimai nəzarət" vermək vədidir. Baxmayaraq ki, bu prosesin necə işləyəcəyinin təfərrüatları hələlik məlum deyil.


O, həmçinin regional qərarvermə prosesinin gücləndirilməsinin və iqtisadi inkişafı Vestminster və Londondan kənara yaymağa yönəlmiş iqtisadi modelin tərəfdarı olduğunu bildirib.
Baş nazir olacağı gözlənilən siyasətçi Birləşmiş Krallığın Qəzzadakı hərəkətlərinə görə İsrailə qarşı daha sərt mövqe nümayiş etdirməli olduğunu da qeyd edib.


Börnhem müsahibəsində Starmerin rəhbərliyi altındakı Leyboristlər hökumətinin Qəzza məsələsinə ilkin reaksiyasını tənqid edərək, partiyanın məsələyə "düzgün yanaşmadığını" və daha tez hərəkətə keçməli olduğunu bildirib.


"İsrail hökumətinə təzyiq göstərmək üçün daha çox iş görməliyik", - deyə Börnhem vurğulayıb: "Birləşmiş Krallıq atəşkəsə çağırmaqda çox ləng davrandı. İndi isə biz yanaşmamızı gücləndirmək üçün səylərimizi artırmalıyıq".
O, əlavə tədbirlərin, o cümlədən zorakılıqda iştirak edən şəxslərə qarşı yeni sanksiyaların və qeyri-qanuni məskənlərlə ticarətə məhdudiyyətlərin tətbiqinin nəzərdən keçirilməli olduğunu qeyd edib.


Xatırladaq ki, Starmer əvvəlcə bəzi leyborist rəsmilərinin, o cümlədən Börnhemin Qəzzada dərhal atəşkəs təmin edilməsi ilə bağlı çağırışlarına qarşı çıxaraq, atəşkəsə çağırmazdan öncə humanitar fasiləni dəstəkləmişdi.


Müdafiə və xarici siyasət prioritetləri


Milli təhlükəsizlik məsələlərinə gəldikdə, Börnhem Starmerin milli təhlükəsizlik üzrə müşaviri, Toni Bleyerin sabiq müşaviri olmuş Conatan Pauelli öz vəzifəsində saxlamaq niyyətində olduğunu bildirib.
O, müdafiə xərclərinin "davamlı şəkildə artırılmasını" dəstəkləməklə yanaşı, hərbi satınalma xərcləri və gecikmələrlə bağlı hökumətdən daha çox şəffaflıq tələb edib.


Starmerin Baş nazir kimi son qərarlarına dörd il ərzində müdafiə xərclərinin 15 milyard funt-sterlinq artırılması planı da daxil idi. Lakin bu planın icra təfərrüatları onun xələfinə saxlanılıb.
Dauninq-stritə daxil olmazdan öncəki son addımlar
Börnhemin gələn həftə parlamentdəki seçkiqabağı müzakirələrdə leyborist deputatların suallarını cavablandıracağı və hökumətlə bağlı planlarını açıqlayacağı gözlənilir.


Onun siyasət təklifləri ilə bağlı dövlət qulluğu səviyyəsindəki müzakirələrə artıq başlanılıb və bu prosesə Nazirlər Kabinetinin Katibi Antoniya Romeo rəhbərlik edir.
Kir Starmer Börnhemin yaxşı Baş nazir olacağını bildirərək, onların parlamentdəki fəaliyyət illərinə gedib çıxan uzunmüddətli işgüzar əlaqələrini xüsusi qeyd edib.


Əgər təsdiqlənərsə, Börnhem liderlik seçkisi keçirilmədən həm Leyboristlər Partiyasının sədri, həm də Baş nazir olacaq. Bu isə Britaniyanın son siyasi tarixində dövlət vəzifəsinə ən sürətli qayıdışlardan biri kimi yadda qalacaq.

Endi Börnhemin Leyboristlər Partiyasının lideri və Baş nazir olacağı gözlənilir


Liderlik nominasiyalarının ilk turunda leybörist deputatların böyük əksəriyyətinin dəstəyini qazanan Endi Börnem Leyboristlər Partiyasının sədri və ölkənin Baş naziri olmağa çox yaxındır.


Böyük Mançesterin sabiq meri Leyboristlərin 403 deputatından 322-nin dəstəyini alıb. Bu isə o deməkdir ki, riyazi olaraq digər namizədin mübarizəyə qoşulmasını mümkünsüz edən həddə çatmaq üçün ona cəmi bir səs çatmır.
Hazırda yarışda rəsmən namizədliyini irəli sürən başqa şəxs olmadığı üçün Börnemin gələn həftə Leyboristlərin lideri elan ediləcəyi və iyulun 20-də Baş nazir vəzifəsinin icrasına başlayacağı gözlənilir.


Börnemin bu ehtimal olunan yüksəlişi 2017-ci ildə Böyük Mançester meri olmaq üçün Vestminsteri tərk etməsindən sonra milli siyasətin mərkəzinə qayıdışı kimi qiymətləndirilir.


Onun bu uğuru cəmi bir neçə həftə əvvəl Meykerfild (Makerfield) dairəsində keçirilən təkrar parlament seçkilərindəki qələbəsindən sonra baş tutub. Xatırladaq ki, may ayında keçirilən yerli seçkilərdə Leyboristlərin ciddi itkilər verməsi Ser Kir Starmerə istefa təzyiqlərini artırmışdı. Starmer növbəti ümumi seçkilərdə partiyaya rəhbərlik etmək üçün doğru şəxs olub-olmadığını götür-qoy etdiyini bildirərək, Börnemin deputat kimi and içdiyi gün Leyboristlərin lideri vəzifəsindən istefa verib.


2010 və 2015-ci illərdə Leyboristlərin liderliyi uğrunda mübarizədə uğursuzluqla üzləşən Börnem sonuncu namizədliyi barədə "ümid edirəm ki, üçüncü cəhddə bəxtim gətirəcək" deyə bildirib.
Leyborist deputatlar Börnemin namizədliyini dəstəkləyir


Börnem verdiyi açıqlamada namizədliyini irəli sürən leybörist deputatlara "dərin minnətdarlığını" bildirib və bu dəstəyin Britaniyanın siyasətdə yeni yanaşmaya ehtiyacı olduğuna dair ortaq inamı əks etdirdiyini vurğulayıb.
"Mənim təklif etdiyim çıxış yolu budur: hakimiyyətin Vestminsterdən çıxarılması, sadə vətəndaşlar üçün yenidən formalaşdırılmış iqtisadiyyat və hər bir bölgədə dayanıqlı inkişaf", - deyə Börnem qeyd edib.


Liderlik uğrunda yarışa qatılmaq üçün namizədlər gələn həftənin çərşənbə gününə qədər ən azı 81 leybörist deputatın dəstəyini təmin etməlidir. Börnem, həmçinin ən azı üç müttəfiq sosialist cəmiyyətinin və ya həmkarlar ittifaqının dəstəyini almalıdır. Lakin bunun sadəcə rəsmi xarakter daşıyacağı gözlənilir.


Əgər hər hansı rəqib namizəd ortaya çıxmasa, Börnem partiya üzvləri və tərəfdarları arasında səsvermə keçirilmədən Leyboristlərin lideri olacaq.


Daha çox mərkəzsizləşdirilmiş Britaniya planları


Börnem artıq hökuməti üçün bəzi prioritetləri müəyyənləşdirib. Bura yerli orqanlara mənzil və nəqliyyat kimi sahələr üzərində daha çox səlahiyyət vermək məqsədilə Mançesterdə "10 nömrəli iqamətgah"ın (Baş nazirin ofisinin) yeni bölməsinin yaradılması planları daxildir.


Onun platformasının əsas hissələrindən biri Birləşmiş Krallıq boyu icmalara su və enerji sektorları üzərində "daha böyük ictimai nəzarət" vermək vədidir. Baxmayaraq ki, bu prosesin necə işləyəcəyinin təfərrüatları hələlik məlum deyil.


O, həmçinin regional qərarvermə prosesinin gücləndirilməsinin və iqtisadi inkişafı Vestminster və Londondan kənara yaymağa yönəlmiş iqtisadi modelin tərəfdarı olduğunu bildirib.
Baş nazir olacağı gözlənilən siyasətçi Birləşmiş Krallığın Qəzzadakı hərəkətlərinə görə İsrailə qarşı daha sərt mövqe nümayiş etdirməli olduğunu da qeyd edib.


Börnem müsahibəsində Starmerin rəhbərliyi altındakı Leyboristlər hökumətinin Qəzza məsələsinə ilkin reaksiyasını tənqid edərək, partiyanın məsələyə "düzgün yanaşmadığını" və daha tez hərəkətə keçməli olduğunu bildirib.
"İsrail hökumətinə təzyiq göstərmək üçün daha çox iş görməliyik", - deyə Börnem vurğulayıb: "Birləşmiş Krallıq atəşkəsə çağırmaqda çox ləng davrandı. İndi isə biz yanaşmamızı gücləndirmək üçün səylərimizi artırmalıyıq".
O, əlavə tədbirlərin, o cümlədən zorakılıqda iştirak edən şəxslərə qarşı yeni sanksiyaların və qeyri-qanuni məskənlərlə ticarətə məhdudiyyətlərin tətbiqinin nəzərdən keçirilməli olduğunu qeyd edib.


Xatırladaq ki, Starmer əvvəlcə bəzi leybörist rəsmilərinin, o cümlədən Börnemin Qəzzada dərhal atəşkəs təmin edilməsi ilə bağlı çağırışlarına qarşı çıxaraq, atəşkəsə çağırmazdan öncə humanitar fasiləni dəstəkləmişdi.


Müdafiə və xarici siyasət prioritetləri


Milli təhlükəsizlik məsələlərinə gəldikdə, Börnem Starmerin milli təhlükəsizlik üzrə müşaviri, Toni Bleyerin sabiq müşaviri olmuş Conatan Pauelli (Jonathan Powell) öz vəzifəsində saxlamaq niyyətində olduğunu bildirib.
O, müdafiə xərclərinin "davamlı şəkildə artırılmasını" dəstəkləməklə yanaşı, hərbi satınalma xərcləri və gecikmələrlə bağlı hökumətdən daha çox şəffaflıq tələb edib.


Starmerin Baş nazir kimi son qərarlarına dörd il ərzində müdafiə xərclərinin 15 milyard funt-sterlinq artırılması planı da daxil idi. Lakin bu planın icra təfərrüatları onun xələfinə saxlanılıb.


Dauninq-stritə daxil olmazdan öncəki son addımlar


Börnhemin gələn həftə parlamentdəki seçkiqabağı müzakirələrdə leyborist deputatların suallarını cavablandıracağı və hökumətlə bağlı planlarını açıqlayacağı gözlənilir.
Onun siyasət təklifləri ilə bağlı dövlət qulluğu səviyyəsindəki müzakirələrə artıq başlanılıb və bu prosesə Nazirlər Kabinetinin Katibi Antoniya Romeo rəhbərlik edir.


Kir Starmer Börnhemin yaxşı baş nazir olacağını bildirərək, onların parlamentdəki fəaliyyət illərinə gedib çıxan uzunmüddətli işgüzar əlaqələrini xüsusi qeyd edib.


Əgər təsdiqlənərsə, Börnhem liderlik seçkisi keçirilmədən həm Leyboristlər Partiyasının sədri, həm də baş nazir olacaq. Bu isə Britaniyanın son siyasi tarixində dövlət vəzifəsinə ən sürətli qayıdışlardan biri kimi yadda qalacaq.

Teqlər