İspaniya Belçikanı 2:1 hesabı ilə məğlub edərək Dünya Kubokunun yarımfinalına yüksəlib

İspaniya Belçikanı 2:1 hesabı ilə məğlub edərək Dünya Kubokunun yarımfinalına yüksəlib
Rreuters

Los-Anceles stadionunda baş tutan qarşılaşmada İspaniya Belçikanı 2:1 hesabı ilə məğlub edərək 2026 FIFA Dünya Kubokunun yarımfinalına vəsiqə qazanıb. Komanda finala çıxmaq uğrunda Fransa ilə qarşılaşacaq.

Luis de la Fuentenin rəhbərlik etdiyi yığma Fabian Ruizin qolu ilə hesabı açıb. Belçikalı qapıçı Tibo Kurtua Dani Olmonun ilk zərbəsini dəf etsə də, Ruiz qayıdan topu qapıdan keçirməyə müvəffəq olub.

Fasilə ərəfəsində Belçika hesabı bərabərləşdirib. Kevin De Bröyne dəqiq ötürmə ilə Kastaqneni irəli çıxarıb, müdafiəçinin cinah ötürməsini isə De Ketelare baş zərbəsi ilə qola çevirib.

İspaniya Belçika qarşılaşması, Los-Anceles Stadionu, İnqlvud, Kaliforniya, ABŞ – 10 iyul 2026-cı il.
Reuters
 

İspaniya ikinci hissədə də təzyiqi davam etdirib. Belçika isə 71-ci dəqiqədə qapıçı Kurtuanın zədələnərək meydanı tərk etməsi ilə ciddi itki ilə üzləşib.

Onu əvəzləyən Senne Lammens meydana yeni daxil olan Merinonun qapıya zərbəsini dəf edə bilməyib. Nəticədə İspaniya yığması yenidən hesabda önə çıxmağı bacarıb.

Bu qələbə İspaniyanı yarımfinala yüksəldib. Komanda Dünya Kubokunun finalına vəsiqə uğrunda Dallasda Fransa yığması ilə üz-üzə gələcək.

Teqlər