Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. 11 iyul üçün bilməli olduğunuz əsas hadisələri təqdim edirik.
ABŞ rəsmi Tehranın yüksək vəzifəli nümayəndələrinə və İslam İnqilabı Keşikçiləri Korpusuna maliyyə dəstəyi göstərməkdə ittiham olunan iranlı bankirə qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi, həmçinin qanunsuz maliyyə şəbəkələri vasitəsilə milyardlarla dolların köçürülməsində istifadə edildiyi iddia olunan valyutadəyişmə məntəqələri və vasitəçi şirkətlər də daxil olmaqla 13 fiziki və hüquqi şəxsi sanksiya siyahısına salıb.
Tədbirlər Hörmüz boğazında neft tankerlərinə hücumların yenidən başlaması və ABŞ ilə İran arasında bir həftə ərzində gərginliyin artmasından sonra görülüb.
Şimali Koreya NATO sammitini tənqid edərək alyansı müdafiə xərclərini artırmaq və Asiya-Sakit okean regionundakı tərəfdaşlarla əməkdaşlığı genişləndirməklə hərbi gərginliyi yüksəltməkdə ittiham edib.
Pxenyan NATO-nun qarşıdurmaya yönəldiyini bildirib və nüvəsizləşdirmə səylərinin Şimali Koreyaya deyil, Cənubi Koreya və Yaponiyaya, eləcə də NATO-nun nüvə silahlarının bölüşdürülməsi mexanizmlərinə yönəldilməli olduğunu bəyan edib.
Şimali Koreya lider Kim Çen Inın hərbi modernləşmə siyasəti fonunda təhlükəsizlik maraqlarını qoruyacağını və nüvə imkanlarını gücləndirəcəyini açıqlayıb.
“Bavi” tayfunu güclü yağış və küləklə Yaponiyanın cənubundakı Sakisima adalarına təsir göstərib. Nəqliyyatın hərəkəti pozulub, minlərlə sakin elektrik enerjisiz qalıb.
Tayfunun birbaşa sahilə çatmayacağı proqnozlaşdırılsa da, Tayvanda 14 mindən çox insan təxliyə edilib, yüzlərlə aviareys ləğv olunub.
Rəsmilər güclü yağış və külək səbəbindən daşqın və torpaq sürüşməsi riskinin olduğunu bildiriblər. “Bavi”nin bazar günü Çinin şərqindəki Vençjou şəhərinə çatacağı gözlənilir.
1995-ci ildə törədilmiş Srebrenitsa soyqırımının 10 qurbanının qalıqları faciənin 31-ci ildönümü ilə bağlı anım mərasimi çərçivəsində dəfn olunmaq üçün Potoçari Memorial Qəbiristanlığına aparılıb.
Şəxsiyyətləri bu il müəyyənləşdirilən qurbanlar 20–56 yaşlarında olan mülki şəxslərdir.
Bosniya serb qüvvələrinin azı 8 min 372 bosniyalı müsəlman kişi və oğlanı öldürdüyü Srebrenitsa qətliamı Bosniya müharibəsinin ən ağır cinayətlərindən biri hesab olunur.
Məhkəmə-tibbi ekspertlər qalıqların müəyyənləşdirilməsi istiqamətində işi davam etdirirlər. Mindən çox qurbanın taleyi hələ də məlum deyil.
Mərkəzi Asiyanın bəzi bölgələrində temperaturun 40 dərəcəni keçməsi fonunda Ümumdünya Səhiyyə Təşkilatı ekstremal istilərin ictimai sağlamlıq üçün getdikcə daha ciddi təhlükəyə çevrildiyi barədə xəbərdarlıq edib.
Təşkilat bildirib ki, ÜST-ün Avropa Regionuna daxil olan ölkələrin yarısından azında həssas əhali qruplarının qorunması üçün istilərin sağlamlığa təsiri ilə bağlı milli fəaliyyət planı mövcuddur.
Proqnozlara əsasən, Qazaxıstanın bəzi bölgələrində temperatur 45 dərəcəyə çata bilər. Yaxın günlərdə regionda isti havanın davam edəcəyi gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın