“AnewZ” səhər xülasəsi – 12 iyul 2026

“AnewZ”  səhər xülasəsi – 12 iyul 2026
Reuters

Günə “AnewZ” səhər xülasəsi ilə daha məlumatlı başlayın. İyulun 12-də baş verən ən mühüm hadisələri və bilməli olduğunuz son yenilikləri təqdim edirik.

Körfəzdə gərginlik artır: ABŞ və İran qarşılıqlı intensiv zərbələr endirib

Körfəzdə döyüşlərin şiddətlənməsi fonunda ABŞ qüvvələri ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qarşılıqlı raket və pilotsuz uçuş aparatı zərbələri endiriblər. Tehran Hörmüz boğazını yenidən bağladığını, həmçinin Qətər, Küveyt, Oman və İordaniyadakı ABŞ ilə əlaqəli obyektlərə hücumların miqyasını genişləndirdiyini bildirib.

İspaniyada meşə yanğını 12 nəfərin həyatına son qoyub, 23 nəfər itkin düşüb

İspaniyanın cənubundakı Əndəlüs regionunda sürətlə yayılan meşə yanğını nəticəsində azı 12 nəfər həlak olub. Ölənlərdən dördünün Böyük Britaniya vətəndaşı olduğu ehtimal edilir. Qurbanların əksəriyyətinin isə ölkədə yaşayan xarici vətəndaşlar olduğu bildirilir.

Rəsmilərin məlumatına görə, 23 nəfər hələ də itkin sayılır. Yanğınsöndürənlər alovla mübarizəni davam etdirərkən, hakimiyyət əhalini yalnız rəsmi göstərişlərə əməl etməyə çağırıb.

Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Tani 74 yaşında vəfat edib

Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Tani 74 yaşında vəfat edib. O, 1995–2013-cü illərdə ölkəyə rəhbərlik edən Əl Tani Qətərin inkişafında və mühüm iqtisadi-diplomatik gücə çevrilməsində əsas rol oynayan şəxslərdən biri hesab olunur.

Şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı barədə Qətər əmirinin administrasiyası məlumat yayıb və onun ölümünü ölkə üçün böyük itki adlandırılıb.

Trampın yaxın müttəfiqi Lindsi Qrem 71 yaşında vəfat edib

ABŞ senatoru, Donald Trampın ən yaxın siyasi müttəfiqlərindən biri olan Lindsi Qrem qəfil başlayan və qısa sürən xəstəlikdən sonra 71 yaşında vəfat edib.

İyirmi ildən artıq müddətdə Respublikaçılar Partiyasının aparıcı simalarından biri olan Qrem 2003-cü ildən Cənubi Karolina ştatını Senatda təmsil edib. O, xarici siyasət və milli təhlükəsizlik məsələlərində sərt mövqeyi ilə tanınıb.

İngiltərə dünya çempionatının yarımfinalında Argentina ilə qarşılaşacaq

İngiltərə və Argentina əlavə vaxtda qazandıqları dramatik qələbələrdən sonra dünya çempionatının yarımfinalına vəsiqə qazanıblar.

Cud Bellinqemin iki qol vurduğu oyunda İngiltərə Norveçə 2:1 hesabı ilə qalib gəlib. Hazırkı dünya çempionu Argentina isə Xulian Alvares və Lautaro Martinesin son dəqiqələrdə vurduğu qollar sayəsində 10 nəfərlə qalan İsveçrəni 3:1 hesabı ilə məğlub edib.

İki komanda çərşənbə günü Atlantada keçiriləcək qarşılaşmada dünya çempionatının finalına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Teqlər