Anak Krakatau vulkanının külü İndoneziyada səkkiz hava limanında uçuşları dayandırıb
İndoneziyada Anak Krakatau vulkanından yayılan kül səbəbindən səkkiz hava limanında uçuşlar dayandırılıb.
Banqkokda pivəxanalardan birində baş verən yanğın nəticəsində azı 27 nəfər həlak olub, 63 nəfər yaralanıb. Hadisə son illərdə Tailand paytaxtında qeydə alınan ən ağır bar yanğınlarından biri hesab olunur.
Rəsmilərin sözlərinə görə, məkan qısa müddətdə qatı tüstü ilə dolub və müştərilər içəridə qalıblar. Yaralılardan 22-sinin vəziyyətinin ağır olduğunu bildirilir.
Yanğın yerli vaxtla saat 23:57-də Banqkokun Çatuçak rayonunda başlayıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasetmə briqadası cəlb olunub.
Tailandın Baş naziri Anutin Çarnvirakul hadisə yerinə baş çəkib.
“Qurbanların əksəriyyəti binanın arxa hissəsinə, tualetə tərəf qaçıb. Yanğın çıxışını göstərən aydın nişan olmayıb”, — Anutin hadisəyə ilk müdaxilə edən əməkdaşlar və xilasetmə xidmətinin nümayəndələri ilə birlikdə məkanın daxilinə baxış keçirdikdən sonra jurnalistlərə bildirib.

Rəsmilərin məlumatına görə, yanğın başladıqdan sonra pivəxana qısa müddətdə qatı tüstü ilə dolub. Sağ qalanlar bir çox insanın məkanın arxa hissəsində, tualetlərin yaxınlığında yerləşən çıxışlara doğru qaçdığını, lakin yanğın çıxışlarını tapa bilmədiyini deyiblər.
Yanğınsöndürən Çakrit Xonqkom bildirib:
“Alov o qədər də güclü deyildi, lakin tüstü məkanın bütün hissəsini bürümüşdü. Tüstü hər yerdə idi. Adətən yanğının başladığı nöqtədə qaz toplanır. Biz buna qazın alışması deyirik. İstilik bütün məkana yayılaraq hər şeyi yandırıb. Hadisənin ilkin mərhələsində gördüyümüz məhz bu oldu”.
Hadisə şahidlərinin çəkdiyi görüntülərdə insanların binadan qaçaraq çıxdığı, giriş hissəsindən isə alovların yüksəldiyi görünür.
“Əraziyə axtarış-xilasetmə qrupu göndərdik və çox sayda insanın tualetdə olduğunu müəyyən etdik. Onların əksəriyyəti alovların ön hissədə olduğunu gördükləri üçün binanın arxa tərəfinə qaçmağa çalışıb”, — yanğınsöndürən bildirib.
Sukanya Vonqvonqvay deyib:
“Səhnədə olan dostlarımın çoxunun yolunu musiqi alətləri kəsdiyi üçün ağır xəsarətlər alıblar. Bu da onların binadan çıxmasını çətinləşdirib”.
“Səhnədə çıxış edən müğənni dostum bildirib ki, əvvəlcə yanıq qoxusu hiss ediblər, bir qədər sonra isə tavanın alovlandığını görüblər. Bəzi insanlar tavandan düşən qırıntılar nəticəsində xəsarət alıb. Görünür, tavan səsi udmaq üçün köpük materialdan hazırlanmışdı”, — o əlavə edib.

Rəsmilər yanğının səbəbinin hələ müəyyənləşdirilmədiyini və araşdırmanın davam etdiyini bildiriblər. Bu yanğın son illərdə Banqkokda baş verən ən ağır məkan faciələrindən biri hesab olunur.
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ “gec olmadan” İranla müharibədə “oyun qaydalarının” dəyişdiyini qəbul etməlidir. Onun açıqlaması Vaşinqtonun Körfəzdə bir neçə İran tankerinə zərbə endirməsindən bir gün sonraya təsadüf edib.
Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri ilə bağlı Moskvada üç saatdan çox davam edən danışıqlar aparıb.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Cənubi Koreya Prezidenti Li Cae Myon dörd günlük səfər üçün Fransaya yola düşüb.
Sentyabrın 5-də Afinanın şimalındakı Tanagra aviabazasında keçirilən aviaşou zamanı “F-4 Phantom” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki yunan hərbi pilot həlak olub.
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi hava nəqliyyatına, məktəblərin fəaliyyətinə və balıqçılıq işlərinə təsir göstərib. Sentyabrın 6-da Cakartanın əsas hava limanında yüzlərlə sərnişin uçuşların bərpa olunmasını gözləməli olub.
“Adidas” şirkəti “Single Shoe Service” kampaniyasında israilli keçmiş hərbçi Şalev Bitonu təqdim etdikdən sonra boykot çağırışları ilə üzləşib.
Sentyabrın 5-də Afinanın şimalındakı Tanagra aviabazasında keçirilən aviaşou zamanı “F-4 Phantom” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki yunan hərbi pilot həlak olub.
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi sentyabrın 5-də bildirib ki, İsrail hökumətinin Qəzza sakinlərinin köçürülməsi ilə bağlı təkliflərinə baxmayaraq, fələstinlilərin zorla Qəzzadan çıxarılması planı yoxdur.
Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri ilə bağlı Moskvada üç saatdan çox davam edən danışıqlar aparıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın