Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Sudan məhkəməsi Çevik Dəstək Qüvvələrinin komandanı, Hemedti kimi tanınan Məhəmməd Həmdan Daqalonu və daha 15 nəfəri Qərbi Darfurda törədilmiş cinayətlərə görə qiyabi şəkildə ölüm cəzasına məhkum edib.
Port-Sudanda terrorizm və dövlət əleyhinə cinayətlərə baxan məhkəmə təqsirləndirilən şəxsləri Qərbi Darfurun qubernatoru Xamis Abdullah Abakarın qətlə yetirilməsi, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri, eləcə də Əl-Cüneynədə törədilmiş zorakılıq aktları ilə bağlı soyqırımı da daxil olmaqla bir sıra ağır cinayətlərdə təqsirli bilib.
Bu qərar 2023-cü ilin aprelində Sudanda müharibənin başlanmasından sonra Çevik Dəstək Qüvvələrinin rəhbərliyinə qarşı çıxarılan ilk məhkəmə hökmü hesab olunur.
Məhkəmə işi 2023-cü ilin iyununda Abakarın qətlə yetirilməsi ilə bağlı olub. Abakar Çevik Dəstək Qüvvələrini Əl-Cüneynədə mülki yaşayış məntəqələrini atəşə tutmaqda ittiham etdikdən cəmi bir gün sonra oğurlanaraq öldürülüb.
İnsan hüquqları təşkilatları Əl-Cüneynədə baş verən zorakılığı etnik təmizləmə kimi qiymətləndirib. Təşkilatlar bu əməllərin Masalit icmasına qarşı soyqırımı kimi qiymətləndirilə biləcəyini bildiriblər.
Ölüm hökmü çıxarılanlar arasında Hemedtinin qardaşı və müavini Əbdürrəhim Həmdan Dağalo, digər qardaşı Əlqoney Həmdan Dağalo Musa, Çevik Dəstək Qüvvələrinin Qərbi Darfur üzrə komandanı Əbdürrəhman Cümə Barkallah, eləcə də Qərbi Darfurun keçmiş qubernator müavini əl-Ticani əl-Tahir Karşum da yer alır.
Çevik Dəstək Qüvvələri daha əvvəl Abakarın qətlə yetirilməsində məsuliyyəti öz üzərindən atıb və Sudan Silahlı Qüvvələrini günahlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın