Zelenski baş naziri vəzifədən azad edib, Ukraynada yeni hökumət formalaşdırılır

Zelenski baş naziri vəzifədən azad edib, Ukraynada yeni hökumət formalaşdırılır
Reuters

Ukrayna Prezidenti Volodimir Zelenskinin Baş nazir Yuliya Sviridenkonu gözlənilmədən vəzifədən azad edib. Parlament bu həftə yeni hökumətin tərkibini təsdiqləmək üçün səsvermə keçirəcək.

Zelenski bildirib ki, müharibənin yaratdığı çətinliklər fonunda ölkənin idarəetməsində yenilənməyə ehtiyac var. Onun sözlərinə görə rəhbər heyətin yenilənməsi müəyyən zərurətdən irəli gəlir.

Bu addım Ukraynanın hava hücumundan müdafiə sahəsində dəstəyin təmin edilməsi, Avropa İttifaqına üzvlük prosesinin sürətləndirilməsi və Rusiyanın enerji infrastrukturuna qarşı qış aylarında mümkün yeni hücumlara hazırlığın gücləndirilməsi məqsədi daşıyır.


Ukrayna parlamentinin deputatları “Naftoqaz”ın rəhbəri Sergiy Koretskini, energetika naziri Denis Şmıqalı və müdafiə naziri Mixailo Fedorovu baş nazir vəzifəsinə əsas namizədlər sırasında göstəriblər.


Ukraynanın idarəetmə sisteminə əsasən, baş nazir vəzifəsinə namizədi prezident irəli sürür. Namizəd parlament tərəfindən təsdiqləndikdən sonra isə baş nazir hökumətin tərkibini formalaşdırır.


Analitiklərin fikrincə, Sergiy Koretskinin enerji sektorundakı geniş təcrübəsi Ukraynanın enerji infrastrukturunu qorumağa çalışdığı bir dövrdə onu baş nazir postuna güclü namizədə çevirir. Digər ekspertlər isə Fedorovun müdafiə və hərbi texnologiyalar sahəsindəki idarəçilik təcrübəsinin onu bu vəzifə üçün real namizəd kimi önə çıxardığını bildirirlər. Bununla belə, müşahidəçilər xəbərdarlıq edirlər ki, onun Müdafiə Nazirliyindən ayrılması davam edən hərbi islahatların gedişinə mənfi təsir göstərə bilər.


Bəzi tənqidçilər isə Zelenski administrasiyasını rəhbərliyə yeni simalar cəlb etmək əvəzinə, qərar qəbuletmə prosesində etibarlı hesab etdiyi məhdud çevrəyə üstünlük verməkdə ittiham edirlər.


Müxalifət nümayəndələri hökumətdə dəyişikliklərin vaxtını sual altına alaraq bunun Rusiya ilə müharibənin həlledici mərhələsində qeyri-sabitlik yarada biləcəyini bildiriblər. Bəziləri həmçinin Zelenski administrasiyasını rəhbərliyə yeni kadrlar cəlb etmək əvəzinə, etibarlı hesab etdiyi məhdud çevrəyə üstünlük verməkdə ittiham edirlər.


Müharibə səbəbindən seçkilər keçirilmədiyi üçün Ukrayna rəhbərliyini yeniləməyin yeganə yolu kadr dəyişikliyidir. Son hökumət islahatı da bunun davamıdır.

Teqlər