Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Yeni tətbiq edilən hakimlik protokolu FİFA Dünya Çempionatında ədalətli hakimliklə bağlı müzakirələri daha da gücləndirib. Son çempion Argentina ilə bağlı növbəti mübahisəli qərar həm azarkeşlərin, həm də sabiq hakimlərin tənqidlərinə səbəb olub.
Argentinanın rəqibləri turnir ərzində hakimlikdən dəfələrlə şikayət ediblər. Sosial şəbəkə istifadəçiləri isə Lionel Messinin komandasının mühüm hakim qərarlarından faydalanıb-faydalanmadığını sual altına alıblar.
Son mübahisəli hadisə şənbə günü Argentinanın 1/4 finalda İsveçrə üzərində qələbəsi zamanı baş verib. İsveçrəli hücumçu Breel Emboloya videoköməkçi hakimin (VAR) müdaxiləsindən sonra simulyasiyaya görə ikinci sarı vərəqə göstərilib və o, meydandan qovulub.
İsveçrə millisinin baş məşqçisi Murat Yakın bu qərarı “qəbuledilməz” adlandırıb və bu da turnir ərzində VAR-dan istifadə ilə bağlı artan narahatlıqları daha da gücləndirib.
Bazar ertəsi tənqidlərlə bağlı sualları cavablandıran FİFA, Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın iyulun 8-də verdiyi müsahibəyə istinad edib. Kollina həmin müsahibədə Argentinanın 1/8 finalda Misir üzərində qələbəsindən sonra hakimlərin qərəzli olması barədə iddiaları rədd etmişdi.
Kollina turnir ərzində bütün hakim qərarlarının Futbol Oyun Qaydalarına uyğun qəbul edildiyini bildirib.
Mübahisələrin əsasını oyunçunun səhv müəyyənləşdirilməsi hallarını əhatə edən yeni protokol təşkil edir. Bu, 2026/27-ci illər mövsümü və hazırkı Dünya Çempionatı üçün VAR prosedurlarında tətbiq edilən bir neçə dəyişiklikdən biridir.
FİFA-nın sabiq hakimi Kristina Unkel protokolun əlavə sınaqlar aparılmadan tətbiq edilməsinin düzgünlüyünü sual altına alıb.
“Məncə, bu protokol, ümumiyyətlə, tətbiq edilməməli idi. Onun əhatə dairəsi həddindən artıq genişdir”, - deyə Unkel “Reuters” agentliyinə bildirib.
Onun sözlərinə görə, yenilənmiş prosedur yalnız intizamla bağlı səhvlərin aradan qaldırılması ilə məhdudlaşmır, həm də hakimlərə ilkin qərarın özünü dəyişməyə imkan verir:
“Biz sadəcə vərəqənin kimə göstərildiyini dəyişmirik. Cərimə zərbəsinin bir tərəfin xeyrinə verildiyi qərarı dəyişərək, onun tam əksi olan bir qərar veririk. Məncə, bu, VAR-ın indiyədək yayınmağa çalışdığı “oyunu yenidən idarəetmə” mərhələsinə rəsmi şəkildə daxil olduğumuzu göstərir”.
Son mübahisəli qərarın Argentinanın xeyrinə olması sosial şəbəkələrdə müzakirələri daha da artırıb. Bəzi tənqidçilər VAR qərarlarının Argentina üçün əlverişli olduğu barədə fikirlərə istinad edərək komandaya “VARgentina” ləqəbi veriblər.
Unkel bildirib ki, genişləndirilmiş protokolun ətraflı sınaqlar aparılmadan tətbiq edilməsi həm azarkeşlər, həm də rəsmilər arasında qeyri-müəyyənlik yaradıb.
“Protokolun əslində nə işə yarayacağı tam bilinmədən və sınaqlar aparılmadan bu şəkildə genişləndirilməsi partlamağa hazır barıt çəlləyinə bənzəyir”, - deyə o vurğulayıb.
Hakimlərin Argentina ilə bağlı qərarlarına dair suallar hələ qrup mərhələsində yaranmağa başlamışdı.
Əlcəzair yığması qrup matçının ilk hissəsində Lionel Messinin rəqib kapitan Aissa Mandinin baldırına basdığı epizoddan sonra meydandan qovulmalı olduğunu iddia edirdi. Lakin Messi meydanda qaldı və daha sonra het-trik etdi.
Mənbənin məlumatına görə, bundan sonra Əlcəzair Futbol Federasiyası hakimliyin səviyyəsi ilə bağlı rəsmi şikayət təqdim edib.
Mübahisələr Argentinanın 1/8 finalda Misir üzərində qələbəsi zamanı da davam edib. VAR yoxlaması hücumun əvvəlində qayda pozuntusu aşkar etdikdən sonra Misirin qolu ləğv olunub. Daha sonra Misirin penalti tələbi rədd edilib, Argentina isə əlavə olunmuş vaxtda dramatik qələbə qolu vurub.
Misir Futbol Assosiasiyası bir neçə hakim qərarının oyunun nəticəsinə təsir etdiyini bildirib.
Tənqidlərə baxmayaraq, Unkel hər iki qarşılaşmada hakimliyin açıq şəkildə yanlış olduğunu düşünmədiyini bildirib. O qeyd edib ki, nəticələr azarkeşləri məyus etdikdə narazılıqlar çox vaxt hakimlərə yönəlir.
Bununla belə, sabiq hakim turnirdə qəbul edilən digər intizam qərarlarının da ictimai etimadı zəiflətdiyini vurğulayıb.
Diqqət ABŞ millisinin hücumçusu Folarin Baloqun və İngiltərə millisinin müdafiəçisi Carrell Kuansanın iştirakı ilə baş verən ayrı-ayrı qırmızı vərəqə epizodlarında FİFA-nın qərarlarına yönəlib. Baloqun bir oyunluq diskvalifikasiyadan son anda xilas edilib, Kuansaya isə iki oyunluq cəza verilib.
Unkelin fikrincə, mübahisəli VAR qərarları, intizam cəzalarındakı uyğunsuzluqlar və onlayn məkanda yayılan genişmiqyaslı fərziyyələr turnirdəki hakimliyə inamı ciddi şəkildə sarsıdıb.
“Məncə, azarkeşlərin inamı hazırda tamamilə itib”, - deyə o bildirib. “Həm bu vəzifədə, həm də hakim kimi böyük turnirlərdə çalışmışam, lakin təkcə sosial şəbəkələrdə deyil, ümumilikdə heç vaxt bu səviyyədə müzakirə görməmişəm”.
Dünya Çempionatı həlledici mərhələyə daxil olduqca və hər mühüm qərar qlobal diqqət mərkəzində qaldıqca, FİFA və turnirin hakimlər komandası üzərindəki ciddi nəzarətin davam edəcəyi gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın