canlı ABŞ Xarq adası yaxınlığında İran tankerinə hücum edib
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Körfəzdə, İranın əsas neft ixrac mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini hədəfə...
İyulun 14-də İspaniya millisi Fransanı 2:0 hesabı ilə məğlub edərək Dünya Çempionatının finalına vəsiqə qazanıb. Sərgilədiyi inamlı oyunla rəqibini mübarizədən kənarlaşdıran ispanları 2010-cu ilin uğrundan sonra tarixində ikinci dəfə dünya çempionu olmaqdan cəmi bir qələbə ayırır.
İndi İspaniyanı 2010-cu ildə Cənubi Afrikada keçirilən mundialdakı uğurdan sonra tarixində ikinci dəfə dünya çempionu olmaqdan cəmi bir qələbə ayırır.
Oyunun ilk dəqiqələri bərabər mübarizə şəraitində keçsə də, son Avropa çempionu daha sonra ciddi çətinliklə üzləşmədi. Oyunun 22-ci dəqiqəsində ispaniyalı Mikel Oyarzabal dəqiq penalti zərbəsi ilə komandasını hesabda irəli çıxardı. Hakim Fransanın müdafiəçisi Luka Dinin cərimə meydançasında İspaniyanın yeniyetmə yarımmüdafiəçisi Lamin Yamalı yıxmasına görə Fransa yığmasının qapısına penalti təyin etdi.
Topa daha çox nəzarət etmək taktikası hesabına tədricən üstünlüyü ələ alan İspaniya matçın tempini diktə edən tərəf oldu. Başda Kilian Mbappe olmaqla, rəqibin hücumlarının qarşısı uğurla alınırdı.
Fransa İspaniyanın sıx müdafiəsini yarmaqda çətinlik çəkdiyi bir vaxtda 58-ci dəqiqədə ikinci qolu buraxdı. Dani Olmodan ötürmə alan Pedro Porro cərimə meydançasına daxil olaraq İspaniyanın üstünlüyünü iki topa çatdırdı.
On doqquz yaşı yenicə tamam olan və İspaniyanın meydandakı ən yaxşı oyunçularından biri sayılan Yamal az sonra üçüncü dəfə fərqləndi. Lakin “Barselona”nın hücumçusu ikinci qolun müəllifi Porronun ötürdüyü topu tora qovuşdursa da, ofsayd səbəbindən qol qeydə alınmadı.
Bu qələbə İspaniyanın son illər böyük turnirlərdə Fransa üzərində qazandığı üstünlüyü bir daha təsdiqlədi. Belə ki, Lamin Yamal AVRO-2024-ün yarımfinalında İspaniyanın Fransanı məğlub etdiyi oyunda da qol vurmuşdu. Ötən il isə İspaniya Millətlər Liqasındakı qarşılaşmada rəqibinə qalib gəlmişdi.
İspaniyanın 1/4 final mərhələsində Belçika üzərində qazandığı qələbədən sonra Yamal Fransa yığmasına İspaniyadan çəkinmək barədə xəbərdarlıq etmişdi. Bu dəfə də İspaniya ən böyük futbol səhnəsində növbəti təsirli oyununu nümayiş etdirdi.
İspaniya iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Nyu-Cersi ştatında keçiriləcək final oyununda hazırkı dünya çempionu Argentina ilə İngiltərə arasındakı yarımfinal oyununun qalibi ilə qarşılaşacaq.
Bu məğlubiyyətdən sonra Fransa ardıcıl üç Dünya Çempionatı finalına yüksələn üçüncü ölkə olmaq şansını itirdi. Didye Deşamın komandası bunun əvəzinə iyulun 19-da Florida ştatında Bakı vaxtı ilə saat 01:00-da üçüncü yer uğrunda mübarizə aparacaq.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci və son günü beynəlxalq əməkdaşlıq, yeni texnologiyalar və milli imkanların inkişafına həsr olunub.
ABŞ-İran münaqişəsinin gərginləşməsi fonunda Küveytə yönələn raket və dron hücumları Körfəzin şimalını yeni qarşıdurma zonasına çevirir. Küveyt qüvvələri ABŞ ordusunun istifadə etdiyi obyektlər də daxil olmaqla, ölkədəki bir sıra hədəflərə yönələn İran hücumlarının qarşısının alındığını bildirib.
Nepal hakimiyyəti bildirib ki, Çin vətəndaşı tuneldən sağ çıxarılıb. O, buz, qaya və palçıq kütləsinin Himalay vadisini vurmasından 10 gün sonra xilas edilib. Hadisə nəticəsində 1 300-dən çox ölüm qeydə alınıb, 5 600-dən çox insan isə itkin düşüb.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Körfəzdə, İranın əsas neft ixrac mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini hədəfə alıb.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın