canlı ABŞ Xarq adası yaxınlığında İran tankerinə hücum edib
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Körfəzdə, İranın əsas neft ixrac mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini hədəfə...
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. İyulun 16-da bilməli olduğunuz ən son hadisələri əhatə edən əsas xəbərləri təqdim edirik:
ABŞ və İran arasında yeni qarşılıqlı hərbi zərbələr həyata keçirilib. Rəsmi Vaşinqton İranın sahil müdafiə sistemlərini və raket obyektlərini hədəf aldığını bildirib. Rəsmi Tehran isa buna qonşu ölkələrdə yerləşən ABŞ hərbi obyektlərinə hücumlarla cavab verib. Yenidən intensivləşən döyüşlər Hörmüz boğazında gəmi daşımalarına mane olmaqda davam edir.
Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) baş mühəndisi obyektin yaxınlığında Ukraynanın dron hücumu nəticəsində öldürülüb. Rusiyanın “Rosatom” dövlət korporasiyası hücuma görə rəsmi Kiyevi ittiham edib. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) isə məsuliyyətin kimə aid olduğunu açıqlamasa da, hadisəni nüvə təhlükəsizliyini təhdid edən qəbuledilməz hücum kimi pisləyib. Ukrayna tərəfi iddialara münasibət bildirməyib.
Myanma sahillərində qayıqlar batıb, yüzlərlə insanın öldüyü ehtimal edilir Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, əsasən Rohinca (Myanmanın qərbindəki Rakhayn ştatında yaşayan müsəlman etnik azlıq) qaçqınlarını daşıyan iki qayığın Myanma sahillərində batdığı güman edilir. Hadisə nəticəsində 500-dən çox insan itkin düşüb. Qayıqlarda münaqişə və ağır həyat şəraitindən qaçaraq Cənub-Şərqi Asiyada təhlükəsiz yerə çatmağa ümid edən insanlar olub. Məlumatlar hələ rəsmi şəkildə təsdiqlənməyib.
Fransa parlamentariləri müəyyən ağır şərtlər daxilində ölümcül xəstəliyi olan yetkin şəxslərə həyatlarına son qoymağa imkan verən qanun layihəsini təsdiqləyiblər. Konstitusiya Şurasının mümkün yoxlamasından keçməli olan sənəddə tibbi qiymətləndirmə və müraciətin təsdiqindən əvvəl məcburi düşünmə müddəti kimi təhlükəsizlik tədbirləri nəzərdə tutulur.
Futbol üzrə Argentina milli komandası iyulun 15-də matçın son dəqiqələrində iki qol vuraraq hesabda geridə olduğu İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Beləliklə, komanda 2026-cı il FIFA Dünya Çempionatının finalına yüksəlib. Argentina yığmasının kapitanı Lionel Messi hər iki qolun ötürməsini verərək matçın ən yaxşı oyunçusu seçilib. Hazırkı dünya çempionu titulunu qorumağa bir qələbə qədər yaxın olan Argentina finalda İspaniya ilə qarşılaşacaq. İngiltərənin isə 1966-cı ildən sonra ilk dünya çempionluğu həsrəti davam edir.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci və son günü beynəlxalq əməkdaşlıq, yeni texnologiyalar və milli imkanların inkişafına həsr olunub.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Körfəzdə, İranın əsas neft ixrac mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini hədəfə alıb.
Nepal hakimiyyəti bildirib ki, Çin vətəndaşı tuneldən sağ çıxarılıb. O, buz, qaya və palçıq kütləsinin Himalay vadisini vurmasından 10 gün sonra xilas edilib. Hadisə nəticəsində 1 300-dən çox ölüm qeydə alınıb, 5 600-dən çox insan isə itkin düşüb.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Körfəzdə, İranın əsas neft ixrac mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini hədəfə alıb.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın