Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
ABŞ Sahil Mühafizəsi Alkatras adası yaxınlığında qayığın batmasından sonra itkin düşən üç nəfərin axtarışını dayandırıb. Hadisə nəticəsində bir nəfərin öldüyü təsdiqlənib.
Rəsmilərin məlumatına görə təxminən 20 nəfəri daşıyan üçgöyərtəli qayıq güclü dalğanın zərbəsindən sonra çevrilərək San-Fransisko körfəzində batıb.
Hadisə çərşənbə axşamı San-Fransisko körfəzində baş verib. Bir nəfərin öldüyü təsdiqlənib, üç sərnişin isə itkin düşüb.
ABŞ Sahil Mühafizəsi çərşənbə günü axşam saatlarında axtarışları dayandırıb. Soyuq suda sağ qalma ehtimalının azalması səbəbindən itkin düşən üç nəfər ölü hesab olunur.
Hadisə zamanı yaxınlıqdakı qayıqlarda olan şəxslər, o cümlədən balıqçılar, xilasedicilər gələnədək sərnişinlərin bir qismini sudan çıxarıblar.
Qurbanların adları açıqlanmayıb. Yerli KPIX-TV-nin məlumatına görə, ölən şəxs qayığın kapitanının qardaşı, itkin düşənlər isə onun bacısı, baldızı və dostudur.
Sahil Mühafizəsinin məlumatına görə dalğa qayığı yandan vuraraq çevirdiyi zaman bəzi sərnişinlər aşağı göyərtədə olublar. Onların qayıq batarkən içəridə qaldığı ehtimal edilir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın