Azərbaycan və Almaniya prezidentlərinin Berlində görüşü baş tutub

Azərbaycan və Almaniya prezidentlərinin Berlində görüşü baş tutub
Azərtac

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Almaniyaya rəsmi səfəri çərçivəsində Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

Dövlət başçısı Almaniya Prezidentinin Berlində yerləşən “Villa Borsig” iqamətgahına gəlib. Prezident İlham Əliyevi Frank-Valter Ştaynmayer qarşılayıb.

Görüşdən əvvəl Azərbaycan Prezidenti xatirə kitabını imzalayıb.

Daha sonra Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətlərin inkişafı, siyasi dialoqun gücləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bunun ardınca liderlərin geniş tərkibdə görüşü baş tutub. Görüşdə Azərbaycan-Almaniya əməkdaşlığının əsas istiqamətləri, o cümlədən iqtisadi əlaqələr, enerji, nəqliyyat, logistika və digər sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Azərtac

Tərəflər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı əməkdaşlıq üçün yeni imkanların yaradılması məsələlərini nəzərdən keçiriblər.

Teqlər