ASEAN liderləri Manila görüşündə Yaxın Şərqdə sabitliyə çağırış edib

ASEAN liderləri Manila görüşündə Yaxın Şərqdə sabitliyə çağırış edib
Reuters

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri yenidən başlayan döyüşlərdən dərin narahatlıq keçirdiklərini bildiriblər. Bu barədə nazirlərin qapalı görüşündən sonra yayımlanan birgə bəyanatda deyilir.

Cənubi Çin dənizində gərginlik diqqət mərkəzində qalır

ASEAN nazirlərinin Myanmardakı vəziyyəti və Cənubi Çin dənizində razılaşdırılması gözlənilən Davranış Məcəlləsini də müzakirə edəcəyi gözlənilir.

Filippin və Çin arasında gərginlik Manilanın Çini mübahisəli İkinci Tomas rifi yaxınlığında filippinli dənizçiyə hücumda ittiham etməsindən sonra artıb.

Hadisədən sonra hər iki ölkə qarşı tərəfin səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Çin qeyd edib ki, ASEAN dəniz mübahisələrinin həlli üçün vasitə kimi istifadə olunmamalıdır.

Rəsmi Pekin Filippini ASEAN-ın sədri kimi dialoq və əməkdaşlığı təşviq etməyə, regional sülh və sabitliyi siyasi maraqlardan üstün tutmağa çağırıb.

Marko Rubio rəsmi Vaşinqtonun Filippinə dəstəyini yenidən təsdiqləyib

ABŞ dövlət katibi Marko Rubio və Çin xarici işlər naziri Van İnin ASEAN toplantısı çərçivəsində görüşəcəyi gözlənilir.

Rubio Manilaya səfəri zamanı dərc olunan məqaləsində ABŞ-ın Cənubi Çin dənizində azad gəmiçiliyə dəstəyini yenidən vurğulayıb.

O bildirib ki, bu sulara nəzarətin ticarətdən siyasi təzyiq vasitəsi kimi istifadə edən bir ölkənin əlinə keçməsi ciddi risklər yarada bilər. Onun sözlərinə görə, bu vəziyyət ABŞ və ASEAN ölkələrinin suverenliyi, təhlükəsizliyi və iqtisadi maraqları üçün təhlükə yaradır.

Rubio, həmçinin ABŞ-ın 2016-cı ildə çıxarılan beynəlxalq məhkəmə qərarını dəstəklədiyini bildirib. Həmin qərarda Çinin Cənubi Çin dənizindəki geniş ərazi iddiaları əsassız sayılıb. Pekin isə bu qərarı qəbul etmir.

Teqlər