Hindistanda imtahan qalmaqalı: Modi yeni sistem sözü verdi, gənclər küçələrdədir

Hindistanda imtahan qalmaqalı: Modi yeni sistem sözü verdi, gənclər küçələrdədir
Reuters

Hindistanın Baş naziri Narendra Modi tibb fakültələrinə qəbul imtahanı suallarının sızdırılmasından sonra ölkədə "səhvsiz və tam təhlükəsiz" dövlət imtahanı sisteminin qurulmasına çağırıb.

Baş nazirin bu bəyanatı Dehlidə gənclərin kütləvi etiraz aksiyasının polislə şiddətli toqquşmaya çevrilməsindən sonraya təsadüf edir.

2 milyon tələbəyə təsir edən sızma və intiharlar

Böhrana mayın 3-də keçirilən "NEET-UG 2026" tibb üzrə qəbul imtahanının suallarının əvvəlcədən sızdırılması səbəb olub. 2 milyondan çox gəncə təsir edən və nəticələri ləğv edilən bu hadisədən sonra ən azı 12 tələbə intihar edib. Hökumət rəsmilərinin bildirdiyinə görə, Modi deputatlarla görüşündə qanunsuzluqlarla bağlı dərhal tədbir görüldüyünü, 13 nəfərin həbs edildiyini və təkrar imtahanın uğurla təşkil olunduğunu vurğulayıb.

 

CJP tərəfdarlarının təhsil naziri Dharmendra Pradnanın imtahan suallarının sızması ilə bağlı istefasını tələb etdiyi etiraz aksiyası. Yeni Dehli, Hindistan, 20 iyul 2026
Reuters

 

Şiddətli toqquşmalar və gənclərin tələbləri

Ölkədə "Z nəsli" gənclərinin başlatdığı "Tarakan" (Cockroach Janta Party - CJP) hərəkatının parlamentə yürüşü zamanı polis hüquq-mühafizə orqanları ilə qarşıdurma yaşanıb. Polisin gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdiyi toqquşmalarda 118-i polis, 60-dan çoxu etirazçı olmaqla 180-dən çox şəxs xəsarət alıb, 70 nəfər saxlanılıb. CJP təsisçisi Abxicit Dipke gənclərin daha çox xəsarət almaması üçün parlamentə yürüşləri dayandırdıqlarını bildirib.

Etirazçıların əsas tələbləri aşağıdakılardır: Təhsil naziri Dxarmendra Pradhanın istefası, intihar edən hər bir tələbənin ailəsinə 10 milyon rupi (təxminən 104 min dollar) təzminat ödənilməsi, həbs olunmuş fəal Vanqçukun azadlığa buraxılması.

Baş nazir Modi gənclərin gələcəyinin riske atılmaması üçün bütün tərəfləri birləşməyə, təqsirkarları sərt şəkildə cəzalandırmağa və gələcəkdə belə halların qarşısını alacaq sarsılmaz bir sistem qurmağa çağırıb.

Teqlər