Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem Nazirlər Kabinetinin ilk iclasına rəhbərlik edib. O, hökumətin əsas prioritetinin yaşayış xərclərinin azaldılması, vətəndaşların hökumətə inamının bərpası və ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsi olacağını bildirib.
Endi Börnhem bildirib ki, hökumət hər gün ailələrin üzləşdiyi maliyyə təzyiqini azaltmaq üçün addımlar atmalıdır.
O, bildirib ki, hökumətin əsas məqsədi insanların həyat səviyyəsinin yaxşılaşdığını hiss etməsinə nail olmaqdır. Börnhem administrasiyasını “yaşayış xərcləri ilə mübarizə aparan hökumət” adlandırıb.
Yeni hökumətin ilk böyük iqtisadi addımı oktyabrın 1-dən elektrik enerjisi ödənişlərindən əlavə dəyər vergisinin ləğvi olacaq. Bu qərarın ailələr üçün illik orta hesabla təxminən 45 funt sterlinq qənaət yaradacağı gözlənilir. Hökumət bu tədbirin maliyyəsini əvvəlki administrasiyanın ləğv etdiyi 1,8 milyard funt sterlinqlik rəqəmsal şəxsiyyət proqramına ayrılan vəsait hesabına qarşılayacaq.
Börnhem etiraf edib ki, bu addım genişmiqyaslı yaşayış xərcləri böhranını həll etməyəcək, lakin onun sözlərinə görə qərar hökumətin insanlara dərhal dəstək göstərmək niyyətini nümayiş etdirir.
Börnhemin keçmiş müdafiə naziri Con Hilini maliyyə naziri təyin etməsi diqqət çəkib. Yeni hökumət xərclər üzrə öhdəliklərlə yanaşı, maliyyə intizamını qoruyacağını vurğulayır.
Hili bildirib ki, enerji ödənişləri ilə bağlı bu addım milyonlarla ailəyə dəstək verəcək və eyni zamanda dövlət maliyyəsinin məsuliyyətli idarə olunması siyasətinə uyğun olacaq.
Daxili prioritetlərlə yanaşı, Börnhemin Nazirlər Kabinetinin Böyük Britaniyanın beynəlxalq arenadakı roluna da xüsusi diqqət ayıracağı gözlənilir.
Hökumət NATO-ya bağlılığın, müdafiə sahəsində əməkdaşlığın və müttəfiqlərə dəstəyin davam etdiriləcəyini vurğulayır.
Ues Stritinq müdafiə naziri vəzifəsini, Ed Miliband isə xarici işlər naziri vəzifəsini icra etməyə başlayıb. Bununla da iki yüksək səviyyəli Leyborist siyasətçi Böyük Britaniyanın qlobal çağırışlarla üzləşdiyi bir vaxtda əsas postlara gətirilib.
Milibandın vəzifələrinə Britaniyanın xarici siyasətinin müttəfiqlərlə münasibətlər, təhlükəsizlik tərəfdaşlıqları və humanitar məsələlər üzrə formalaşdırılması daxildir.
Ed Milibandın xarici işlər naziri təyin olunması artıq ABŞ Prezidenti Donald Tramp tərəfindən tənqid olunub.
Tramp daha əvvəl iqlim siyasəti və enerji məsələləri ilə bağlı Milibandla fikir ayrılığı yaşayıb. Onun hökumətdə yüksək vəzifəyə qayıtması Birləşmiş Krallıq-ABŞ münasibətlərinin gələcək istiqaməti ilə bağlı suallar yaradıb.
Yeni Leyborist hökuməti Vaşinqtonla yaxın əlaqələri qorumağa, eyni zamanda enerji, iqlim siyasəti və beynəlxalq məsələlər üzrə fikir ayrılıqlarını balanslaşdırmağa çalışacaq.
“Şimalın kralı” kimi tanınan, keçmiş Böyük Mançester meri Endi Börnhem son on ildə Birləşmiş Krallığın yeddinci baş naziri olub.
Daxili problemlərin həlli ilə yanaşı, Börnhem hökuməti ölkə daxilində ictimai etimadı bərpa etmək, eyni zamanda müdafiə öhdəlikləri, müttəfiqlərlə əlaqələr və diplomatik fəaliyyət vasitəsilə Birləşmiş Krallığı beynəlxalq təsirini qorumaq kimi çətinliklərlə üzləşir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın