“Qodzilla” filminin aktrisası Keyli Hottl 18 yaşında dünyasını dəyişib

“Qodzilla” filminin aktrisası Keyli Hottl 18 yaşında dünyasını dəyişib
Reuters

“Qodzilla” filmində Jia obrazını canlandıran 18 yaşlı Keyli Hottl ABŞ-nin Merilend ştatında baş verən avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

 

Hadisə zamanı o, avtomobili idarə etməyib, sərnişin qismində olub.

İstintaqı aparan mütəxəssislərin ilkin qənaətinə görə qəzanın əsas səbəblərindən biri yüksək sürət ola bilər.

Hottl tamaşaçıların rəğbətini “Godzilla vs. Kong” və “Godzilla x Kong: The New Empire” filmlərində Konqla xüsusi bağ yaradan eşitmə əngəlli Jia obrazı ilə qazanıb.

Onun vəfatı ilə əlaqədar Hollivudda çoxsaylı başsağlığı mesajları paylaşılıb. Həmkarları və pərəstişkarları Hottlu istedadlı gənc sənətçi kimi xatırlayıblar.

Hottlun eşitmə əngəlli tamaşaçılar üçün ekranın daha da inklüziv olmasına verdiyi töhfə yüksək qiymətləndirilib.

O, həmçinin “Magnum P.I.” serialının bir bölümündə rol alıb. Hottl qarşıdan gələn “What Doesn’t Kill Us” filminin aktyor heyətinin tərkibində də yer alırdı.

Teqlər