Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan və Ər-Riyada mülki nüvə proqramı hazırlamağa imkan verəcək saziş yalnız ölkənin İsraillə münasibətləri normallaşdıracağı təqdirdə qüvvəyə minəcək.
Tramp sazişin həyata keçirilməsini Səudiyyə Ərəbistanının "İbrahim razılaşmaları"na qoşulması ilə əlaqələndirib. Bu razılaşmalar çərçivəsində Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir neçə ərəb ölkəsi İsraillə münasibətlər qurub.
Səudiyyə Ərəbistanı isə Fələstin dövlətinin yaradılması istiqamətində real irəliləyiş olmadan "İbrahim razılaşmaları"na qoşulmayacağını bildirir.
Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib ki, Donald Tramp Səudiyyə ilə nüvə sazişinin "İbrahim razılaşmaları"na qoşulmaq şərtindən asılı olması məsələsini Körfəz və ərəb müttəfiqləri ilə dəfələrlə müzakirə edib. Onun sözlərinə görə Səudiyyə Ərəbistanı bu razılaşmalara qoşulmasa, saziş olmayacaq.
“Truth Social” sosial şəbəkəsində paylaşım edən Tramp bildirib ki, mülki nüvə sazişi materialların zənginləşdirilməsini nəzərdə tutmayacaq və yalnız hərbi məqsədlər daşımayan fəaliyyətlərə şamil olunacaq. O qeyd edib ki, İran və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin artıq malik olduğu proqramlara bənzər bu saziş Səudiyyə Ərəbistanının "İbrahim razılaşmaları"na qoşulmasından asılıdır.
Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi Trampın paylaşımı ilə bağlı şərh sorğusuna cavab verməyib.
ABŞ və Səudiyyə Ərəbistanı çərşənbə günü Ər-Riyada ABŞ texnologiyası əsasında uranı zənginləşdirməyə və nüvə reaktorları inşa etməyə imkan verən saziş imzalayıb.
Onilliklər ərzində davam edəcək və ABŞ şirkətləri ilə Səudiyyə Ərəbistanının nüvə enerji proqramı arasında milyardlarla dollarlıq əməkdaşlığı nəzərdə tutan bu razılaşma qüvvəyə minməzdən əvvəl ABŞ Konqresinin təsdiqindən keçməlidir.
ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə sazişi ilə bağlı danışıqlar uzun illər davam edib. Razılaşma çərçivəsində Ər-Riyadın ABŞ nüvə texnologiyalarına çıxışı, həmçinin Amerika şirkətlərinin gələcəkdə Səudiyyə Ərəbistanındakı nüvə obyektlərinin tikintisi və istismarında iştirakı nəzərdə tutulur.
Nüvə sahəsində əməkdaşlıq silahların yayılması və regional təhlükəsizliklə bağlı narahatlıqlara görə uzun müddətdir ABŞ-Səudiyyə münasibətlərində ən həssas məsələlərdən biri hesab olunur.
Səudiyyə Ərəbistanı nüvə enerjisinin ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm hissəsi olduğunu bildirir.
Dünyanın ən böyük neft ixracatçılarından biri olan krallıqda elektrik enerjisinin böyük hissəsi hazırda neft və təbii qaz hesabına istehsal olunur. Səudiyyə rəsmilərinin fikrincə, nüvə enerjisindən istifadə daha çox xam neftin ixracına imkan verə, artan enerji tələbatını ödəyə və emissiyaların azaldılması səylərinə dəstək ola bilər.
Nüvə enerjisi, həmçinin ölkənin inkişaf planlarında mühüm yer tutan suyun duzsuzlaşdırılması və yüksək enerji tələb edən digər sahələr üçün də istifadə oluna bilər.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı daha əvvəl İranın nüvə silahı əldə edəcəyi təqdirdə bu sahədə addımlarını ona uyğunlaşdıracağını bildirib. Bu açıqlamalar regionda nüvə proqramlarının gələcək istiqaməti ilə bağlı beynəlxalq narahatlıqları artırıb.
ABŞ üçün bu saziş həm iqtisadi, həm də geosiyasi baxımdan imkanlar yaradır.
Əməkdaşlıq çərçivəsinin yaradılması Amerika şirkətlərinə Səudiyyə Ərəbistanının planlaşdırdığı nüvə infrastruktur layihələri üzrə böyük həcmli müqavilələr uğrunda rəqabət aparmaq imkanı verə bilər. Saziş, həmçinin Vaşinqtona krallığın mülki nüvə proqramının inkişafını daha yaxından izləmək imkanı yaradır.
Razılaşma Səudiyyə Ərəbistanının nüvə enerjisi sahəsində beynəlxalq rəqabətin artdığı bir dövrdə əldə olunub. Çin, Rusiya, Fransa və Cənubi Koreya krallığın nüvə enerji planlarında potensial tərəfdaşlar sırasında göstərilir.
Təklif olunan saziş ABŞ qanunvericiliyinə uyğun olaraq Konqresin təsdiqindən keçməlidir. Qanunvericilərin əsas diqqəti nüvə təhlükəsizliyi tədbirləri, uranın zənginləşdirilməsi ilə bağlı müddəalar və nüvə silahlarının yayılmasının qarşısının alınması üzrə öhdəliklərə yönələcək.
Bununla yanaşı, gələcək əməkdaşlığın nüvə yanacağı dövriyyəsinin daha həssas mərhələlərinə, o cümlədən uranın zənginləşdirilməsi sahəsinə qədər genişlənib-genişlənməyəcəyi sual olaraq qalır. Bu məsələ Vaşinqton və Ər-Riyad arasında aparılan müzakirələrin əsas mövzularından biridir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın