Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Polşa ABŞ və Ukrayna ilə üçtərəfli tərəfdaşlıq çərçivəsində “Patriot” raketlərinin istehsalını həyata keçirməyi təklif edib. Polşanın müdafiə nazirinin müavini Maqdalenа Sobkovyak-Çarneçka bildirib ki, əsas məqsəd istehsal prosesinin təhlükəsiz ərazidə həyata keçirilməsini təmin etməkdir.
Bu təklif ABŞ Prezidenti Donald Trampın NATO-nun Ankara sammitində Vaşinqtonun Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya verəcəyini açıqlamasından sonra irəli sürülüb.
Sobkovyak-Çarneçka bildirib ki, Polşa layihəyə qoşulmağa və istehsalın təhlükəsiz məkanda təşkilinə dəstək verməyə hazırdır.
“Biz ABŞ, Ukrayna və Polşanın iştirak etdiyi üçtərəfli əməkdaşlıq təklif etdik. Əsas prioritet istehsal prosesinin təhlükəsizliyini təmin etmək və onun etibarlı yerdə həyata keçirilməsidir”, – deyə o jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “Patriot” raketlərinə qlobal tələbat yüksəkdir və Polşanın birgə istehsalda iştirakı Ukraynaya dəstəklə yanaşı, daha geniş əhəmiyyət daşıyır.
Təkliflə bağlı müzakirələr ABŞ, Ukrayna və Polşa arasında davam etdiriləcək.
Sobkovyak-Çarneçka Pentaqon və ABŞ Dövlət Departamentində keçirdiyi görüşlər zamanı Polşanın Avropada “Lockheed Martin” şirkətinin istehsalı olan PAC-3 “Patriot” raketləri üçün texniki xidmət mərkəzinə ev sahibliyi etməsini də təklif edib.
ABŞ NATO sammitində Avropada “Patriot” raketləri üçün texniki xidmət müəssisəsi yaratmaq niyyətində olduğunu açıqlayıb. Polşalı nazir müavini ölkənin inkişaf edən müdafiə sənayesinin, eləcə də strateji və coğrafi mövqeyinin bu layihə üçün üstünlük yaratdığını bildirib.
O, həmçinin Polşada ABŞ hərbi mövcudluğunun genişləndirilməsi məsələsini müzakirə edib. Sobkovyak-Çarneçkanın sözlərinə görə, Polşa hökuməti artıq bununla bağlı qərar qəbul edib və mümkün yeni ABŞ hərbi bazasının infrastrukturu üçün maliyyələşməni təmin edəcək qanunvericilik hazırlayır.
Onun sözlərinə görə, layihəni inkişaf etdirmək üçün ABŞ müdafiə nazirinin müavini Elbric Kolbinin rəhbərliyi ilə Pentaqonda işçi qrupu yaradılıb.
Bununla belə, ABŞ qoşunlarının əlavə yerləşdirilməsi ilə bağlı yekun qərar Prezident Donald Trampın səlahiyyətindədir.
Polşanın müdafiə nazirinin müavini bildirib ki, Vaşinqtonda keçirilən görüşlər zamanı Polşanın ABŞ-dan müdafiə avadanlıqları almaq üçün nəzərdə tutulan əlavə 4 milyard dollarlıq Xarici Hərbi Maliyyələşdirmə (Foreign Military Financing) krediti ilə bağlı müzakirələri də davam etdirib.
Onun sözlərinə görə, sazişin yaxın həftələrdə imzalana biləcəyinə ümid edir.
Sobkovyak-Çarneçka əlavə edib ki, Polşanın Avropa İttifaqının SAFE müdafiə maliyyələşdirmə mexanizmində iştirakı Varşavanın ABŞ-dan hərbi texnika almağa davam etməsinə mane olmayacaq.
Polşa 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumundan sonra Kiyevin ən güclü hərbi dəstəkçilərindən biri olub. Lakin iki ölkə arasında münasibətlər tarixi mübahisələr səbəbindən zaman-zaman gərginləşib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın