Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib. Yeni paket son dörd ildə Moskvaya qarşı qəbul edilən ən geniş iqtisadi sanksiya paketlərindən biri hesab olunur.
Tədbirlər maliyyə, hərbi, kiber və enerji sektorlarına tətbiq olunan məhdudiyyətləri genişləndirir. Paketə, həmçinin yeni nəzarət mexanizmləri və əlavə ixrac məhdudiyyətləri də daxildir.
Yeni sanksiyalar paketi Moskva Birjasına qarşı məhdudiyyətləri daha da sərtləşdirir, A7 transsərhəd ödəniş şəbəkəsini bloklayır və Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrdə fəaliyyət göstərən kriptovalyuta xidmətlərini hədəfə alır.
Maliyyə sektorundan əlavə, Aİ Rusiyanın uzaqmənzilli dronlar üçün hərbi təchizat zəncirinə yönəlmiş ixrac nəzarətini genişləndirib və 51 qurumu ixrac məhdudiyyətləri siyahısına əlavə edib.
Sanksiyalar paketi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) 16-cı Mərkəzini də birbaşa hədəfə alır. Aİ bu qurumu üzv ölkələrə qarşı həyata keçirilən kiber casusluq və təxribat fəaliyyətlərinə görə məsul hesab edir.
Həmçinin müharibə cinayətləri və ukraynalı hərbi əsirlərlə bağlı işgəncə hallarında adı keçən 15 şəxsin və bir qurumun aktivləri dondurulub.
Avropa İttifaqı növbəti 12 ay üçün Rusiya neftinə tətbiq olunan qiymət həddini bir barel üçün 44 dollara endirib. Bu göstərici 2022-ci ildə müəyyən edilmiş 60 dollarlıq həddən aşağıdır. Hazırda isə dünya bazarında xam neftin qiyməti təxminən 80 dollar təşkil edir.
Aİ, həmçinin Rusiyanın “kölgə donanması”na aid tankerləri qara siyahıya salıb. Bu gəmilər beynəlxalq sanksiyalardan yan keçərək Rusiya neftinin daşınmasında istifadə olunur.
Sanksiyalar paketinin qəbul edilməsi üçün Aİ-yə üzv bütün ölkələrin razılığı tələb olunub. Razılaşma bir sıra istisnalar əsasında əldə edilib.
Yunanıstan dəniz donanmasına Rusiyadan alınan maye qazı (LNG) Aİ-yə üzv olmayan ölkələrə daşımağa icazə verən istisna əldə edib.
Bolqarıstanın tələbi ilə isə Rus Pravoslav Kilsəsinin rəhbəri və “Lukoyl” şirkətinin təsisçisi sanksiya siyahısından çıxarılıb.
Portuqaliya və Almaniya Rusiyadan dəniz məhsullarının idxalına qadağa qoyulması təklifini dəstəkləməyib.
Avstriya isə Rusiyada 2 milyard avrodan çox zərərə məruz qalan “Raiffeisen Bank”la əlaqəli investisiya şirkətinə qarşı sanksiyaların tətbiqini təxirə salıb.
21-ci sanksiyalar paketi Rusiyanın maliyyə sistemi, hərbi təchizat zəncirləri, kiber əməliyyatları və enerji ixracına qarşı məhdudiyyətləri daha da genişləndirir.
Bununla yanaşı, paketə daxil edilən istisnalar Aİ üzvlərinin razılığa gəlmək üçün kompromisə getdiyini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın