Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 26-da Kreml başçısı Vladimir Putinlə görüşündə Rusiya-Ukrayna müharibəsinin dondurulmasını təklif edib.
Tokayev tərəfləri sülh danışıqlarına qayıtmağa çağırıb. O bildirib ki, hər iki tərəfin mövqeləri sərtləşsə də, danışıqlar yolu ilə razılaşmanın əldə olunması hələ də mümkündür.
Tokayevin sözlərinə görə, “2.0 İstanbul formulu” adlandırdığı təşəbbüsü yenidən gündəmə gətirməyin vaxtı çatıb.
Tərəflər Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğalının ilk həftələrində İstanbulda danışıqlar aparıb. Onlar 2025-ci ildə də burada yenidən görüşüblər, lakin heç bir danışıqlar mərhələsində əsaslı irəliləyiş əldə olunmayıb.
Vladimir Putin görüş zamanı Tokayevin təklifinə açıq şəkildə münasibət bildirməyib. O, yalnız Ukrayna məsələsini qapalı görüşdə daha ətraflı müzakirə edəcəyini deyib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin Tokayevə Rusiyanın hərbi əməliyyatları barədə məlumat verib və rəsmi Moskvanın mövqeyini təkrarlayıb.
Peskov Putinə istinadən söyləyib ki, rəsmi Kiyev Rusiyanın zəruri hesab etdiyi qərarları qəbul edərsə, hərbi əməliyyatlar dayandırıla bilər.
Rusiya Prezidenti ötən ay bildirib ki, ölkəsinin sülh razılaşması üçün irəli sürdüyü şərtlər dəyişməz olaraq qalır. Bu şərtlərə Ukraynanın rəsmi Moskvanın öz ərazisi hesab etdiyi dörd bölgədən qoşunlarını çıxarması və NATO-ya üzvlük istəyindən imtina etməsi daxildir.
Rəsmi Kiyev bu tələbləri dəfələrlə rədd edib. Bildirilib ki, istənilən sülh razılaşması Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir.
İran Səhiyyə Nazirliyi bildirib ki, avqustun 30-dan sentyabrın 2-dək ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Naurunun etirazına baxmayaraq, Sakit Okean adaları ölkələrinin liderləri Çinin raket sınağı ilə bağlı narahatlıqları ifadə ediblər. Sakit Okean Adaları Forumunun illik sammitində liderlər Çinin regionda keçirdiyi raket sınağı ilə bağlı narahatlıqlarını bildiriblər.
“Saudel” tayfunu Çinin cənubundakı Fucien və Quandun əyalətlərində genişmiqyaslı daşqınlara səbəb olub. Daşqın avtomobilləri aparıb və üçmərtəbəli binanın uçması ilə nəticələnib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın