canlı ABŞ Xarq adası yaxınlığında İran tankerinə hücum edib
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Körfəzdə, İranın əsas neft ixrac mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini hədəfə...
Los-Anceles məhkəməsi "D4vd" ləqəbi ilə tanınan müğənni Devid Entoni Börkün 14 yaşlı Selest Rivas Hernandesi qətlə yetirməkdə və meyitini təhqir etməkdə ittiham olunaraq mühakimə edilməsinə qərar verib.
Hakim Şarlen Olmedo beşgünlük ilkin dinləmələrdən sonra prokurorların kifayət qədər sübut təqdim etdiyini bildirib. 21 yaşlı müğənni məhkəmə zalında zəncirlənmiş halda əyləşdirilib, dinləmələr zamanı hadisə yerindən qorxunc fotolar nümayiş olunub.
İttihama görə, müğənni 14 yaşlı qızla cinsi əlaqədə olub. Qız bu münasibəti ifşa edəcəyi ilə hədələdikdən sonra sənətçi "TikTok"da qazandığı məşhurluğu və musiqi karyerasını qorumaq üçün onu bıçaqlayaraq öldürüb.
Hernandesin 2025-ci ilin aprelində, müğənninin debüt albomunun çıxdığı həftədə itkin düşdüyü bildirilir. Onun çürümüş meyiti beş ay sonra müğənniyə məxsus "Tesla" avtomobilinin baqajında tapılıb.
Bu ilin aprelində həbs olunan ifaçı qətl, meyitin təhqir edilməsi və uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunur. Müğənni aprelin 20-də keçirilən məhkəmədə özünü təqsirli bilməyib, vəkili isə onun bu qətldə əli olmadığını iddia edib.
Dinləmələr zamanı prokurorlar müğənninin qətldən sonra saxta adla zəncirli mişar, bel və hava ilə doldurulan hovuz aldığını bildiriblər. Şahidlərin sözlərinə görə, qızın bədən hissələri "Tesla"nın baqajındakı torbalarda tapılıb, müğənninin qarajındakı qan ləkələrindən götürülən nümunələr isə zərərçəkənin DNT-si ilə üst-üstə düşüb.
İttiham tərəfi müğənniyə qarşı ölüm hökmünün tələb edilib-edilməyəcəyi barədə hələ son qərar vermədiyini bildirib.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci və son günü beynəlxalq əməkdaşlıq, yeni texnologiyalar və milli imkanların inkişafına həsr olunub.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Körfəzdə, İranın əsas neft ixrac mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini hədəfə alıb.
Nepal hakimiyyəti bildirib ki, Çin vətəndaşı tuneldən sağ çıxarılıb. O, buz, qaya və palçıq kütləsinin Himalay vadisini vurmasından 10 gün sonra xilas edilib. Hadisə nəticəsində 1 300-dən çox ölüm qeydə alınıb, 5 600-dən çox insan isə itkin düşüb.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Körfəzdə, İranın əsas neft ixrac mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini hədəfə alıb.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın