canlı Rusiyanın Ukraynaya zərbələri və qatara PUA hücumu etiraz doğurub
Rusiyanın həftəsonu Ukraynaya endirdiyi zərbələr beynəlxalq reaksiyalara səbəb olub. Hücumlar zamanı Ukrayna–Polşa sərhədi yaxınlığında sərnişin...
İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı (28 iyul) Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Ağ Ev danışıqların müsbət keçdiyini bildirsə də, Tramp görüşdən əvvəl iki lider arasında İran məsələsində "kiçik fikir ayrılığının" olduğunu etiraf edib.
Politoloq Daniela Melo "AnewZ" telekanalına açıqlamasında bildirib ki, bu görüş fərqli strateji prioritetlər ucbatından zədələnən münasibətləri tam bərpa etməyə bilməz. Mütəxəssis iki ölkə arasındakı münasibətlərdə gözlə görünən bir zəifləmə var deyə vurğulayıb.
Melonun sözlərinə görə, bu soyuqluq ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlara başlamasından sonra yaranıb. Tramp münaqişənin qısamüddətli olacağını və bölgədəki güc balansını sürətlə dəyişəcəyini gözləyirdi. Lakin nəticədə ABŞ üçün aydın çıxış strategiyası olmayan, uzanan bir müharibə ilə üz-üzə qaldı. Bu da Vaşinqtonun hesablamalarını dəyişdi:
“ABŞ-nin strateji maraqları artıq Netanyahunun İsrail üçün müəyyən etdiyi maraqlarla üst-üstə düşmür”.
Ekspert əlavə edib ki, İran indi İsrail üçün münaqişənin əvvəlindəki ilə müqayisədə daha böyük təhlükəyə çevrilib: "Hətta zəifləmiş İran belə daha proqnozlaşdırılmazdır". Bu səbəbdən iki müttəfiqin vahid strategiya nümayiş etdirməsi çətinləşib.
D.Melonun fikrincə, daxili siyasi təzyiqlər də fikir ayrılığını dərinləşdirir. Seçkiqabağı kampaniyasında yeni müharibələrdən yayınacağı ilə bağlı vədlər verən Tramp, hazırda seçicilərinin ciddi təzyiqi ilə üz-üzə qalıb. O, ABŞ-ni bu cür münaqişələrə çəkmək yox, onlardan uzaqlaşdıran bir miras qoymaq istəyir.
Siyasi təhlilçi hesab edir ki, Ağ Ev administrasiyası noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində bölgədəki qeyri-müəyyənliyin iqtisadi və siyasi fəsadlarını da nəzərə alır.
Siyasi fərqliliklərlə yanaşı, Tramp və Netanyahu arasında şəxsi münasibətlər də pisləşib. Ekspert iki lider arasında ünsiyyətin daha az birbaşa xarakter aldığını və çərşənbə axşamı baş tutan qapalı görüşün münasibətlərdəki gərginliyi əks etdirdiyini bildirib:
“ABŞ və İsrail alyansı bitməyib. Lakin Benyamin Netanyahu ilə Donald Tramp arasındakı şəxsi münasibətlər və etimad ciddi şəkildə sarsılıb”.
“Ukrayna Dəmir Yolları” bildirib ki, sentyabrın 13-də Kiyev–Varşava qatarı Polşa sərhədi yaxınlığında vurulub. Xəsarət alan olmayıb. Dəmir yolu şəbəkəsinə hücumlar ikinci gündür davam edir.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin məlumatına görə, sentyabrın 13-də Hörmüz boğazında gəmiyə hücum edilib. Hadisə Səudiyyə Ərəbistanının bir gün əvvəl mühüm neft kəmərini dayandırmasından sonra enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.
ABŞ Prezidenti Donald Tramp Şimali İrlandiyanın İrlandiya ilə birləşməsini görmək istədiyini bildirib. Onun Dublində səsləndirdiyi fikirlər Şimali İrlandiyadakı unionistlərin sərt reaksiyasına səbəb olub.
Səudiyyə Ərəbistanı dini turizmlə yanaşı, istirahət məqsədilə ölkəyə gələn xarici turistlər üçün də imkanlarını genişləndirir. Ər-Riyad, Əl-Ula və Dəriyyə tarixi məkanları və yeni turizm layihələri ilə getdikcə daha çox ziyarətçi cəlb edir.
Rusiya Müdafiə Nazirliyi qüvvələrinin gecə saatlarında Ukraynanın Qara dəniz sahilində yerləşən Çornomorsk limanında iki yük gəmisini vurduğunu bildirib. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
İsveçdə mərkəz-sol blok müxalifət gərgin keçən seçkidə cüzi fərqlə önə keçib. Seçkinin nəticəsi ölkənin miqrasiya siyasətinə və ifrat sağ qüvvələrə münasibətinə təsir göstərə bilər.
Rusiyanın həftəsonu Ukraynaya endirdiyi zərbələr beynəlxalq reaksiyalara səbəb olub. Hücumlar zamanı Ukrayna–Polşa sərhədi yaxınlığında sərnişin qatarının lokomotivi pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. Ukrayna mülki və mühüm infrastruktura ziyan dəydiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Hörmüz boğazında 101 ticarət gəmisinin marşrutu dəyişdirilib. Regionda yeni hücumlar və tədarüklə bağlı narahatlıqlar fonunda neft qiymətləri 2 faizdən çox artıb.
İndoneziyalı xilasedicilər pis hava şəraitinə baxmayaraq, Yava dənizində batan gəmidə olan 130 nəfərin axtarışını davam etdirirlər. Ölkənin axtarış-xilasetmə agentliyinin məlumatına görə, gəmidə ümumilikdə 243 nəfər olub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, Çin BRICS ölkələri arasında iri dil modellərinin hazırlanması və tətbiqi sahəsində əməkdaşlığı gücləndirmək üçün açıq mənbə platformasının yaradılmasına rəhbərlik edəcək.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın