Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 29-u səhər ölkənin cənub sularında üç tankeri hədəf aldığını və saxladığını bildirib. Qurum, həmçinin İordaniyadakı iki ABŞ bazasına ballistik raket zərbəsi endirdiyini açıqlayıb.
SEPAH-ın Aerokosmik Qüvvələri də ballistik raketlərlə İordaniyada yerləşən ABŞ hava bazasını və Mərkəzi Komandanlığın məntəqəsini hədəfə alıb. Bu barədə “Sepah News” saytı məlumat verib.
İordaniyadakı ABŞ bazalarına zərbələr və gəmilərə hücumlar İranla ABŞ arasında üç günlük nisbi sakitlikdən sonra baş verib. İranın bu hədəflərə son iki həftə ərzində zərbələr endirdiyi bildirilir.Dəyişiklik:
Hücumlar İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri ilə eyni vaxta təsadüf edib.
Məlumatlara görə, Donald Tramp İsrail kəşfiyyatının əməliyyatın uğur qazanacağı ilə bağlı nikbin qiymətləndirmələrindən narazı qalıb.
Bu qiymətləndirmələrdə fevralın 28-də başlayan birgə hərbi əməliyyatdan sonra İran hökumətinin bir neçə gün ərzində devriləcəyi ehtimalı irəli sürülmüşdü.
Bu arada, SEPAH-ın Xatəmül-Ənbiya Mərkəzi Qərargahı xəbərdarlıq edib. Qurum bildirib ki, dondurulmuş İran aktivlərindən vəsait alan şirkət və ya ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək.
Ötən həftə İranın xarici işlər naziri Seyid Abbas Araqçi “X” platformasındakı paylaşımında Trampın təklifini sərt şəkildə tənqid edib. O, bunun təhlükəli presedent olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın