Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Yaponiyanın cənubundakı Kumamoto prefekturasında baş verən 7,1 bal gücündə zəlzələdən iki gün sonra bölgədə vəziyyət gərgindir. 28 nəfərin ölümü təsdiqlənib, daha 6 nəfər kritik vəziyyətdədir
Böhranlı vəziyyət Yatsuşiro şəhərində 58 minə yaxın evdə su və elektrik enerjisi yoxdur. Havanın temperaturunun 35°C-yə çatması və yüksək rütubət, su qıtlığını daha da dözülməz edir.
Hakimiyyət orqanları temperaturun həftəsonu 40°C-yə çatacağını proqnozlaşdıraraq istivurma riski ilə bağlı xəbərdarlıq edib. Özünümüdafiə Qüvvələri evakuasiya mərkəzlərinə 300-dək kondisioner quraşdırır və su daşıyır.
Ölümlərin əksəriyyəti "Yatsuşiro" zavodunda və "Aeon" ticarət mərkəzində baş verib. Xilasedicilər dağılmış binalarda axtarışları davam etdirirlər.
Yaponiya avtomobil və yarımkeçirici sənayesinin mərkəzi olan Kyuşu bölgəsində istehsal dayandırılıb. "Toyota", "Honda", "Nissan", "Sony" və "TSMC" kimi nəhənglər fəaliyyətlərini müvəqqəti dayandıraraq dəymiş ziyanı qiymətləndirirlər.
Yaponiya Meteorologiya Agentliyi təkrar güclü yeraltı təkanlar və torpaq sürüşmələri barədə xəbərdarlıq edib. Sakinlər zəlzələnin 2016-cı ildəki dağıdıcı təkanlardan daha şiddətli olduğunu bildirirlər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın