canlı Rusiyanın Ukraynaya zərbələri və qatara PUA hücumu etiraz doğurub
Rusiyanın həftəsonu Ukraynaya endirdiyi zərbələr beynəlxalq reaksiyalara səbəb olub. Hücumlar zamanı Ukrayna–Polşa sərhədi yaxınlığında sərnişin...
“Reuters”in məlumatına görə, İran yaxın həftələrdə Çindən 400-ə qədər hava hücumundan müdafiə sistemi ala bilər. Təxminən 60–70 milyon dollar dəyərində olduğu bildirilən razılaşmanın Tehranın hava hücumundan müdafiə imkanlarını gücləndirəcəyi bildirilir.
Mənbələrin sözlərinə görə, müqavilə Çin istehsalı "QW-12" və "FN-16" raketləri də daxil olmaqla 300–400 daşınan zenit-raket kompleksinin alınmasını nəzərdə tutur.
Razılaşmanın İranla çinli istehsalçı arasında vasitəçi rolunu oynayan Honkonqdakı “Zhongqing Baoshang International Investment” şirkəti ilə imzalandığı bildirilir.
Məsələnin həssaslığı səbəbindən mənbələr adlarının açıqlanmaması şərti ilə danışıblar.
İranın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı sorğuya cavab verməyib.
Çinin Xarici İşlər Nazirliyi isə məlumatların əsassız olduğunu bildirib. Nazirlik qeyd edib ki, Çin münaqişəyə son qoyulması və sülhün təşviqi istiqamətində rol oynayır.
Çin Müdafiə Nazirliyinin sözçüsü Szyan Bin Pekində keçirilən brifinqdə razılaşma barədə məlumatlı olmadığını bildirib.
ABŞ və İsrailin raket, dron və hava hücumundan müdafiə infrastrukturunu hədəf alan zərbələrindən sonra İran müdafiə qabiliyyətini gücləndirmək üçün addımlar atır.
Rəsmi Tehran buna cavab olaraq, ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
Münaqişə İranın hərbi obyektlərini, strateji infrastrukturunu müasir aviasiya və dəqiq idarə olunan silahlardan qoruma imkanlarındakı zəif tərəfləri üzə çıxarıb.
Ekspertlərin fikrincə, yüzlərlə "MANPADS" sisteminin əldə edilməsi İranın qısa mənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirəcək və Çinlə hərbi əməkdaşlığının daha da dərinləşdiyini göstərəcək.
Mənbələr bildiriblər ki, müqavilə imzalansa da, çatdırılma qrafiki, silahların sayı və digər detallar dəyişə bilər.
İlkin plana əsasən, silahların Çinin qərbində yerləşən Urumçi şəhərindən hava yolu ilə daşınması, sonra Pakistan vasitəsilə İrana göndərilməsi nəzərdə tutulur.
Yükün Pakistan ərazisindən avtomobil, yoxsa hava yolu ilə daşınacağı açıqlanmayıb.
Pakistan ordusu ölkənin bu daşınmada iştirak etdiyini təkzib edib. Bildirilib ki, Pakistanın Çindən İrana hava hücumundan müdafiə silahlarının tədarükündə iştirak etməsi ilə bağlı iddialar uydurmadır.
Pakistan Xarici İşlər Nazirliyi isə sorğulara cavab verməyib.
İki Qərb kəşfiyyat mənbəyi və bir iranlı rəsminin bildirdiyinə görə, Tehran Çin istehsalı hərbi avadanlıq və ikili təyinatlı komponentlərin daha məxfi şəkildə daşınması üçün alternativ quru marşrutlarını da nəzərdən keçirib.
Bu marşrutların istifadəsi tədarükün qarşısının alınması riskini azalda bilər.
Məlumata görə, İran Çinlə gəmi əleyhinə qanadlı raketlərin alınmasına dair ayrıca razılaşmanı da nəzərdən keçirib. Lakin həmin razılaşma barədə detallar hələlik məlum deyil.
“Ukrayna Dəmir Yolları” bildirib ki, sentyabrın 13-də Kiyev–Varşava qatarı Polşa sərhədi yaxınlığında vurulub. Xəsarət alan olmayıb. Dəmir yolu şəbəkəsinə hücumlar ikinci gündür davam edir.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin məlumatına görə, sentyabrın 13-də Hörmüz boğazında gəmiyə hücum edilib. Hadisə Səudiyyə Ərəbistanının bir gün əvvəl mühüm neft kəmərini dayandırmasından sonra enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.
ABŞ Prezidenti Donald Tramp Şimali İrlandiyanın İrlandiya ilə birləşməsini görmək istədiyini bildirib. Onun Dublində səsləndirdiyi fikirlər Şimali İrlandiyadakı unionistlərin sərt reaksiyasına səbəb olub.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Hörmüz boğazında 101 ticarət gəmisinin marşrutu dəyişdirilib. Regionda yeni hücumlar və tədarüklə bağlı narahatlıqlar fonunda neft qiymətləri 2 faizdən çox artıb.
Səudiyyə Ərəbistanı dini turizmlə yanaşı, istirahət məqsədilə ölkəyə gələn xarici turistlər üçün də imkanlarını genişləndirir. Ər-Riyad, Əl-Ula və Dəriyyə tarixi məkanları və yeni turizm layihələri ilə getdikcə daha çox ziyarətçi cəlb edir.
İsveçdə mərkəz-sol blok müxalifət gərgin keçən seçkidə cüzi fərqlə önə keçib. Seçkinin nəticəsi ölkənin miqrasiya siyasətinə və ifrat sağ qüvvələrə münasibətinə təsir göstərə bilər.
Rusiyanın həftəsonu Ukraynaya endirdiyi zərbələr beynəlxalq reaksiyalara səbəb olub. Hücumlar zamanı Ukrayna–Polşa sərhədi yaxınlığında sərnişin qatarının lokomotivi pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. Ukrayna mülki və mühüm infrastruktura ziyan dəydiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Hörmüz boğazında 101 ticarət gəmisinin marşrutu dəyişdirilib. Regionda yeni hücumlar və tədarüklə bağlı narahatlıqlar fonunda neft qiymətləri 2 faizdən çox artıb.
İndoneziyalı xilasedicilər pis hava şəraitinə baxmayaraq, Yava dənizində batan gəmidə olan 130 nəfərin axtarışını davam etdirirlər. Ölkənin axtarış-xilasetmə agentliyinin məlumatına görə, gəmidə ümumilikdə 243 nəfər olub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, Çin BRICS ölkələri arasında iri dil modellərinin hazırlanması və tətbiqi sahəsində əməkdaşlığı gücləndirmək üçün açıq mənbə platformasının yaradılmasına rəhbərlik edəcək.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın