Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Minlərlə miqrant Mərakeşdən İspaniyanın Seuta eksklavına keçib. Sərhəddəki vəziyyət təhlükəsizlik qüvvələri üçün çətinlik yaradıb.
Yerli hakimiyyət orqanları milli fövqəladə vəziyyət elan edilməsini və ordunun cəlb olunmasını istəyib.
İspaniya Mülki Qvardiyasının məlumatına görə miqrantlar polis qüvvələrini aşaraq sərhəd hasarlarını keçiblər.
Yayılan görüntülərdə bəzi miqrantların Mərakeş tərəfdən şişmə təkərlər və digər üzmə vasitələri ilə dənizi keçdiyi, digərlərinin isə darvazadan daxil olaraq şəhərə yönəldiyi görünür.
İspaniyanın dövlət televiziyası "TVE"nin məlumatına görə, hadisə zamanı 2-3 min nəfər Seutaya keçib.
Miqrantlar Mərakeşin Fnideq şəhərində, Seuta sərhədi yaxınlığında üzərək Şimali Afrikadakı İspaniya eksklavı Seutaya keçməyə çalışırlar. 30 iyul 2026.
Seutanın rəhbəri Xuan Xesus Vivas İspaniya hökumətini milli fövqəladə vəziyyət elan etməyə çağırıb.
Mərkəz-sağ Xalq Partiyasının nümayəndəsi olan Vivas Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi hökumətdən Seutaya ordu göndərilməsini və təhlükəsizlik qüvvələrinin gücləndirilməsini istəyib.
Baş nazir Pedro Sançes bildirib ki, hökumət vəziyyətə müdaxilə etmək üçün bütün zəruri resursları səfərbər edir və Mərakeş, eləcə də beynəlxalq qurumlarla əməkdaşlıq edir.
“Bütün vətəndaşlara sakit və təmkinli olmağa çağırış edirik. Seuta ilk dəfə deyil ki, indiki kimi kritik vəziyyətlə üzləşir”, – deyə Sançes bildirib.
Seuta və Şimali Afrikadakı digər İspaniya muxtar şəhəri Melilya Avropa İttifaqının Afrika ilə yeganə quru sərhədini təşkil edir. Hər iki şəhər Avropaya çatmağa çalışan miqrantların keçid cəhdləri ilə tez-tez üzləşir.
2021-ci ilin mayında Mərakeş və Saharaaltı Afrikadan təxminən 10 min nəfər bir neçə gün ərzində Seutaya daxil olmuşdu. Şəhərin əhalisi təxminən 83,5 min nəfərdir.
İspaniya hökumətinin yaxın zamanda sənədsiz yaşayan təxminən 500 min miqranta hüquqi status vermək proqramı da müzakirələrə səbəb olub. Sağçı partiyalar bu təşəbbüsü tənqid edərək, onun yeni miqrasiya dalğasına səbəb ola biləcəyini bildiriblər.
Mərakeş Daxili İşlər Nazirliyi isə hadisə ilə bağlı şərh verməyib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın