canlı ABŞ Xarq adası yaxınlığında İran tankerinə hücum edib
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Körfəzdə, İranın əsas neft ixrac mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini hədəfə...
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın.
Avqustun 1-i üçün hazırladığımız xülasədə gündəmin əsas xəbərləri və son diqqətçəkən hadisələr yer alır.
Rusiya avqustun 1-də Ukrayna paytaxtına genişmiqyaslı ballistik raket hücumu həyata keçirib. Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, hücum nəticəsində azı 9 nəfər həlak olub, 28 nəfər yaralanıb. Xəsarət alanlardan dördü uşaqdır.
Rusiya Kiyevə hücumlarını gücləndirib. Şəhərin müxtəlif yerlərində 10-dan çox partlayış səsi eşidilib.
Rəsmi Moskva hücumla bağlı hələlik açıqlama verməyib.
İspaniya Şimali Afrikadakı Seuta eksklavına quru və dəniz yolu ilə daxil olan 50 mindən çox insanın əksəriyyətinin könüllü olaraq Mərakeşə qayıtdığını bildirib.
Rəsmil məlumata görə, sərhədin İspaniya tərəfində 57 nəfərin cəsədi tapılıb. Mərakeş ərazisində də ölənlərin ola biləcəyi istisna edilmir.
Mərakeşin təhlükəsizlik qüvvələri ölkə ilə həmsərhəd olan İspaniya ərazisinə keçməyə çalışan insanları geri qaytarmaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.
Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və Küveyt Qəzza zolağı üzrə hərtərəfli sülh planının növbəti mərhələsinin həyata keçirilməsinə dair razılaşmanı alqışlayıb.
Ölkələr İsraili razılaşmanın şərtlərinə tam əməl etməyə, qüvvələrini geri çəkməyə və humanitar yardımların fasiləsiz çatdırılmasını təmin etməyə çağırıb.
ABŞ Prezidenti Donald Tramp və “Sülh Şurası” atəşkəs planının növbəti mərhələsinə keçidlə bağlı razılıq əldə edildiyini bildirib. Ərəb ölkələrinin açıqlamaları bundan sonra verilib.
Yəməndə husilərin nəzarətində olan dənizçilik üzrə koordinasiya qurumu Bab əl-Məndəb boğazından keçən kommersiya gəmilərindən ödəniş tutulmasının planlaşdırıldığına dair xəbərləri təkzib edib. Qurum bu strateji su yolundan keçidin ödənişsiz qaldığını bildirib.
Açıqlama “Reuters”in regional mənbələrə istinadən yaydığı xəbərdən sonra verilib. Bildirilirdi ki, qrup Səudiyyə Ərəbistanına məxsus gəmilərə qarşı blokada elan etdikdən sonra Qırmızı dənizin cənubundan keçən gəmilərdən ödəniş alınmasını müzakirə edib.
Husilərin hərbi sözçüsü Yəhya Səri bu barədə açıqlama verib. O iddia edib ki, blokada səbəbindən Səudiyyə Ərəbistanına məxsus səkkiz neft tankeri marşrutunu dəyişməyə məcbur qalıb. Tankerlər Ümid burnu istiqamətinə yönəlib.
FIFA prezidenti Canni İnfantino Dünya Kuboku üçün yaradılacaq 20 milyard dollarlıq şirkətin paylarının bir hissinin satılması planından imtina etdiyini bildirib.
Onun sözlərinə görə, təklif fikir ayrılıqlarına səbəb olub və artıq nəzərdə tutulan məqsədə xidmət etmir.
İnfantino “FIFA Forward Enterprise” bölməsinin paylarının 20 faizədək hissəsinin özəl investorlara təklif olunması planının həyata keçirilməyəcəyini deyib.
O bildirib ki, futbolun davamlı inkişafı üçün maraqlı tərəfləri yenidən bir araya gətirmək niyyətindədir. Məqsəd xüsusilə dəstəyə daha çox ehtiyacı olan ölkələrdə futbolu inkişaf etdirməkdir.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci və son günü beynəlxalq əməkdaşlıq, yeni texnologiyalar və milli imkanların inkişafına həsr olunub.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Körfəzdə, İranın əsas neft ixrac mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini hədəfə alıb.
Nepal hakimiyyəti bildirib ki, Çin vətəndaşı tuneldən sağ çıxarılıb. O, buz, qaya və palçıq kütləsinin Himalay vadisini vurmasından 10 gün sonra xilas edilib. Hadisə nəticəsində 1 300-dən çox ölüm qeydə alınıb, 5 600-dən çox insan isə itkin düşüb.
Məsələ ilə tanış iki mənbənin məlumatına görə, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqları aparmaq üçün Moskvaya səfər ediblər. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Körfəzdə, İranın əsas neft ixrac mərkəzi olan Xarq adası yaxınlığında İran tankerini hədəfə alıb.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın