Rusiya Kiyevə raket zərbələri endirib, azı 9 nəfər həlak olub

Rusiya Kiyevə raket zərbələri endirib, azı 9 nəfər həlak olub
Yanğınsöndürənlər Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın raket zərbəsinə məruz qalan yaşayış binasının ərazisində işləyirlər, 1 avqust 2026
Reuters

Rusiya avqustun 1-də Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib. Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, hücum nəticəsində azı 9 nəfər həlak olub, 28 nəfər yaralanıb.

“Reuters” əməkdaşları şəhərdə 10-dan çox partlayış səsinin eşidildiyini bildiriblər.

Kiyevin Şevçenkivski rayonunda yaşayış binası qismən dağılıb. Binanın birinci və ikinci mərtəbələri uçub, içəridə insanlar qalıb.

Şəhərin müxtəlif ərazilərində, o cümlədən bəzi anbarlarda yanğın başlayıb. Bir neçə rayonda elektrik enerjisinin verilişi dayanıb.

Reuters
Zelenski “Patriot” raketlərinin istehsalına dair razılaşma əldə etməyə çalışır

Hücumlar Ukrayna Prezidenti Volodimir Zelenskinin müttəfiqlərdən daha çox hərbi yardım istədiyi bir vaxtda baş verib.

Kiyev “Patriot” tutucu raketlərinin Ukraynada istehsalı üçün ABŞ-dən lisenziya almağa çalışır.

ABŞ Prezidenti Donald Tramp iyulun 31-də bildirib ki, danışıqlar davam edir, lakin rəsmi Vaşinqton hələ razılıq verməyib. O, qabaqcıl raket texnologiyasının paylaşılması məsələsində ehtiyatlı olmaq lazım olduğunu deyib.

Teqlər