Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
Vaşinqton ştatında 250 min akrdan çox, yəni təxminən 1 011 kvadratkilometr ərazini əhatə edən meşə yanğınları təxliyələrə və genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Rəsmilər güclü külək və həddindən artıq isti havanın yanğınsöndürmə işlərini çətinləşdirdiyini bildiriblər.
Ən çox zərər çəkən bölgələrdən biri Spokeyndir. Ştat rəsmilərinin məlumatına görə, “Old Trails” yanğını təxminən 3 min akr, yəni 12,1 kvadratkilometr ərazini əhatə edib və 4 minə yaxın tikilini təhlükə altında qoyub.
Avqustun 1-də günortayadək Spokeynda 200-ə yaxın evin sakinləri təhlükəsiz ərazilərə təxliyə olunublar. Rəsmilər yanğın yayıldıqca bu sayın arta biləcəyini bildiriblər.
Su təmizləmə obyektləri, tullantılardan enerji istehsal edən zavod və ABŞ Veteranların İşləri Departamentinin xəstəxanası da ehtiyat tədbiri olaraq boşaldılıb.
Vaşinqton ştatının İctimai Torpaqlar üzrə komissarı Deyv AptaQrov bildirib ki, ştatın müxtəlif bölgələrində davam edən 12-dən çox meşə yanğınının nəzarət altına alınması üçün təxminən 4 min yanğınsöndürən çalışır.
Qubernator Bob Ferqyuson ştat üzrə fövqəladə vəziyyət elan edib və açıq ərazilərdə od qalamağı qadağan edib. Rəsmilər güclü külək və yüksək temperaturun vəziyyəti daha da ağırlaşdıra biləcəyi barədə xəbərdarlıq ediblər.
Vaşinqton Ştatının Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin məlumatına görə, ştatın şərqində təxminən 60 min nəfər elektrik enerjisiz qalıb.
Rəsmilərin məlumatına görə, bu yay Vaşinqton ştatında təxminən 450 min akr, yəni 1 821 kvadratkilometr ərazi yanıb.
Vaşinqtonun şimal-şərqində davam edən “Kaiser Canyon” yanğını ştatın ən böyük meşə yanğınına çevrilib. Alovlar təxminən 134 min akr, yəni 542,3 kvadratkilometr ərazini əhatə edib. Spokane yanğını isə hazırda aktiv olan 5 iri yanğın ocağından biridir.
Yerli yanğınsöndürənlərə dəstək üçün 12-dən çox ştatdan gələn qüvvələr və Milli Qvardiya əməliyyatlara qoşulub. Rəsmilər sürətlə dəyişən vəziyyəti izləməyə davam edirlər.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Rusiya şirkəti “Rosatom” və “Qazaxıstan Atom Elektrik Stansiyaları” şirkəti Balxaş Atom Elektrik Stansiyasında iki enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalayıb. Stansiyanın ümumi gücü 2,4 giqavat olacaq.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Naurunun etirazına baxmayaraq, Sakit Okean adaları ölkələrinin liderləri Çinin raket sınağı ilə bağlı narahatlıqları ifadə ediblər. Sakit Okean Adaları Forumunun illik sammitində liderlər Çinin regionda keçirdiyi raket sınağı ilə bağlı narahatlıqlarını bildiriblər.
“Saudel” tayfunu Çinin cənubundakı Fucien və Quandun əyalətlərində genişmiqyaslı daşqınlara səbəb olub. Daşqın avtomobilləri aparıb və üçmərtəbəli binanın uçması ilə nəticələnib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın