Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Kubanın milli elektrik şəbəkəsi avqustun 3-də ikinci dəfə çöküb. Bundan bir gün əvvəl baş verən genişmiqyaslı elektrik kəsintisi milyonlarla insanı işıqsız qoymuşdu.
Dövlət mediasının məlumatına görə, texniki heyət elektrik təchizatının bərpasında irəliləyiş əldə etsə də, sistemdə yaranan yeni nasazlıq şəbəkənin növbəti dəfə çökməsinə səbəb olub.
Son hadisə Kubada dərinləşən enerji böhranının növbəti göstəricisidir. Köhnəlmiş infrastruktur, yanacaq çatışmazlığı və neft idxalının azalması səbəbindən ölkədə elektrik kəsintiləri daha tez-tez baş verir.
İyulda doqquz gün ərzində üç böyük elektrik kəsintisi qeydə alınıb. Avqustun 2-də baş verən kəsinti isə 10 milyon əhalisi olan ölkənin böyük hissəsini qaranlıqda qoyub.
Havana bildirir ki, ABŞ-nin uzun illərdir tətbiq etdiyi sanksiyalar elektrik şəbəkəsinin yenilənməsi üçün lazım olan yanacaq, ehtiyat hissələri və sərmayəyə çıxışı məhdudlaşdırıb.
Kubanın əsas neft ixracatçısı olan Venesuela göndərişlərin həcmini kəskin şəkildə aşağı salıb. Meksika da Vaşinqtonun artan təzyiqindən sonra Kubaya neft ixracını dayandırıb.
ABŞ isə davamlı elektrik kəsintilərini Kubanın dövlətə məxsus enerji sistemində uzun illər sürən yanlış idarəetmə və sərmayə çatışmazlığı ilə əlaqələndirir.
Elektrik enerjisinin nə vaxt tam bərpa olunacağı açıqlanmayıb. Rəsmilər şəbəkəni sabitləşdirməyə çalışırlar.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın