Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
ABŞ-nin 25 ştatından ibarət koalisiya Donald Tramp administrasiyasına qarşı iddia qaldırıb.
Ştatlar hesab edirlər ki, müxtəlif ölkələrdən idxal olunan mallara genişmiqyaslı tariflərin tətbiqi prezidentin səlahiyyətlərini aşır. İddiaya görə, bu tariflər ABŞ-da qiymət artımına səbəb ola bilər.
ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə təqdim olunan iddiada 10–12,5 faizlik tariflərin dayandırılması tələb edilir. Bu, Trampın tarif siyasəti ilə bağlı növbəti hüquqi mübahisədir.
Bildirilib ki, məhkəmə əvvəlki tarif planlarını dayandırdıqdan sonra administrasiya yeni tarifləri xarici ölkələrdə məcburi əməklə bağlı araşdırmanın nəticələri ilə əsaslandırmağa çalışıb. Tariflərin Ticarət Aktının 301-ci maddəsi əsasında tətbiqi nəzərdə tutulur.
Ştatların baş prokurorları bildirirlər ki, araşdırma qeyri-adi dərəcədə qısa müddətdə aparılıb. İki aydan bir qədər çox müddətdə 60-a yaxın ölkənin iqtisadiyyatı araşdırılıb. Lakin məcburi əməyin daha geniş yayıldığı ölkələr və məhsullar ayrıca qiymətləndirilməyib. Bu isə tariflərin əsaslandırılması ilə bağlı suallar yaradır.
İddiada Ağ Evin idxal mallarına yeni vergilər tətbiq etməklə Konqresə məxsus səlahiyyətlərdən istifadə etməyə çalışdığı da bildirilir.
Nyu-York ştatının baş prokuroruğu administrasiyanın Konstitusiya ilə müəyyən edilmiş səlahiyyət həddini aşdığını deyib.
Koalisiya xəbərdarlıq edib ki, tariflərin təsiri yalnız beynəlxalq ticarətlə məhdudlaşmayacaq. Bu tədbirlər ailələr və şirkətlər üçün gündəlik tələbat mallarının qiymətini artıra bilər.
Nyu-York qubernatoru Keti Hokul tarifləri zəhmətkeş ailələrə tətbiq olunan vergi kimi qiymətləndirib. Onun sözlərinə görə, istehlakçılar ərzaq və tikinti materialları da daxil olmaqla, əsas məhsullara daha çox pul ödəyə bilərlər.
Məhkəmədən tariflərin ləğvi tələb olunur. Buna əsas kimi administrasiyanın qanunsuz hərəkət etməsi və federal qanunvericiliyin tələblərinə əməl etməməsi göstərilir.
Ağ Ev iddianı rədd edərək administrasiyanın Konqresin verdiyi səlahiyyətlər çərçivəsində hərəkət etdiyini bildirib.
Ağ Evin qənaətinə görə, tariflər xarici ölkələrdə aşağı əmək standartları ilə bağlı ədalətsiz ticarət təcrübələrinin qarşısını almaq məqsədi daşıyır. O bildirib ki, belə təcrübələr amerikalı işçiləri əlverişsiz vəziyyətə salır.
Belə ki, Ticarət Aktının 301-ci maddəsindən istifadəni də müdafiə edilib. Bu maddə Trampın ilk prezidentlik dövründən bəri təsirli və hüquqi baxımdan etibarlı ticarət vasitəsi olaraq qalır.
Yeni iddia Trampın iqtisadi siyasətində əsas yer tutan tariflərlə bağlı hüquqi mübahisələrin davamıdır.
Tariflərin tərəfdarları bu tədbirlərin ABŞ sənayesini qoruduğunu və daha ədalətli ticarətə imkan yaratdığını bildirirlər. Tənqidçilər isə tariflərin şirkətlər və istehlakçılar üçün xərcləri artırdığını və prezidentin səlahiyyət həddini aşdığını deyirlər.
Məhkəmənin qərarı gələcək administrasiyaların Konqresin açıq razılığı olmadan tarif tətbiq etmək imkanlarını müəyyənləşdirə bilər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın