Bab əl-Məndəb Yaxın Şərqdə enerji böhranının ikinci təzyiq nöqtəsinə çevrilir
Hörmüz boğazında yaranan problemlər Bab əl-Məndəb boğazının strateji əhəmiyyətini daha da artırıb. Hər iki mühüm dəniz keçidində...
Mərakeş ötən həftə İspaniyanın Seuta eksklavına kütləvi miqrant keçidlərini İspaniya məhkəməsinin son qərarı ilə əlaqələndirib.
Rəsmi Rabat bildirib ki, qərar qeyri-qanuni miqrasiyanın qarşısını alan əsas tədbirlərdən birini zəiflədib və insan qaçaqmalçıları bundan istifadə ediblər.
Hadisələrdən sonra ilk dəfə açıqlama verən yüksəkvəzifəli Mərakeş rəsmisinin sözlərinə görə, İspaniya qərarın mümkün nəticələrini əvvəlcədən nəzərə almalı idi. Qərar dəniz yolu ilə İspaniyanın Şimali Afrikadakı eksklavlkarına gələn miqrantların dərhal geri qaytarılması imkanını məhdudlaşdırıb.
İyulun 30-da minlərlə insan Seutaya keçib. Bu, son illərdə sərhəddə qeydə alınan ən böyük miqrant axınlarından biri olub.
İspaniya rəsmiləri indiyədək təxminən 69500 miqrantın Mərakeşə qaytarıldığını bildiriblər. Mərakeş rəsmilərinin məlumatına görə isə, kütləvi keçidlər zamanı 40 minə yaxın insan Seutaya daxil olub.
Hadisələr ağır humanitar nəticələrə səbəb olub. Belə ki, sərhədin İspaniya tərəfində 72, Mərakeş tərəfində isə 11 nəfər həlak olub.
Sərhədi keçənlərin bir çoxunun təhlükəsiz yerə çatmaq və ya daha yaxşı iqtisadi imkanlar əldə etmək istədiyi bildirilir. Onlar təhlükəli dəniz yollarından keçməyə və ciddi mühafizə olunan sərhəd hasarlarını aşmağa çalışıblar.
İspaniya rəsmiləri Mərakeşin açıqlamasını qəbul etməyiblər.
Seuta regional hökumətinin rəhbəri Xuan Xesus Vivas rəsmi Rabatı miqrant axınını təşviq etməkdə və buna şərait yaratmaqda ittiham edib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen qeyri-qanuni miqrasiyadan Aİ-yə üzv dövlətə siyasi təzyiq vasitəsi kimi istifadə olunmasına qarşı xəbərdarlıq edib.
Mərakeş rəsmisi isə kütləvi keçidlərdən əvvəl sərhəd nəzarətinin zəiflədildiyini təkzib edib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin sayı dəyişməyib.
Mərakeş bildirir ki, miqrasiya strategiyası qeyri-qanuni keçidlərin qarşısının alınmasına və İspaniya ərazisinə daxil olan miqrantların qısa müddətdə geri qaytarılmasına əsaslanır. Bu məqsədlə ölkənin şimal sahillərində təhlükəsizlik qüvvələrinin təxminən 24 min əməkdaşı yerləşdirilib.
Rəsmi məlumatlara görə, Mərakeş 2024-cü ildə 79 min, 2025-ci ildə isə 74 min qeyri-qanuni keçid cəhdinin qarşısını alıb.
Mərakeş rəsmisi iyulda məhkəmə qərarı çıxarılanadək iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın nümunəvi olduğunu bildirib. O əlavə edib ki, Mərakeş Avropa tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək, lakin miqrasiyaya yalnız təhlükəsizlik məsələsi kimi yanaşan siyasətə qoşulmayacaq.
“AnewZ”un “Opinion” bölməsi qlobal və regional məsələlər üzrə ekspert baxışlarını bölüşmək üçün müstəqil yazarlara platforma təqdim edir. Burada ifadə edilən fikirlər yalnız müəlliflərə məxsusdur və “AnewZ”un rəsmi mövqeyini əks etdirmir.
Zəlzələ qonşu Venesuelada 6300-dən çox insanın ölümünə səbəb olan iki güclü yeraltı təkandan bir ay sonra baş verib. Kolumbiyanın beş paytaxt şəhəri qırmızı həyəcan rejiminə keçirilib, 86 bina dağılıb və yeddi hava limanı fəaliyyətini dayandırıb.
"Nvidia" qlobal maliyyə sektorunun aparıcı şirkətləri ilə süni intellekt infrastrukturu üzrə əməkdaşlığa başlayır. Bu addım süni intellektin mühüm investisiya sahəsinə çevrildiyini göstərir.
Tehran Hörmüz boğazını yenidən açmaq üçün təzminat və sanksiyaların yüngülləşdirilməsini tələb edir. ABŞ prezidenti Donald Tramp isə İrandan onilliklər ərzində baş vermiş ölüm halları və dəymiş zərərə görə kompensasiya tələb edərək danışıqlara yeni şərt əlavə edib.
Rusiya Gürcüstanda 2008-ci ilin avqust müharibəsinə yanaşmada müşahidə etdiyi dəyişikliyi müsbət qarşılayıb. Moskva münaqişənin başlanmasına görə keçmiş prezident Mixeil Saakaşvili və onun hökumətini məsul tutan açıqlamaları alqışlayıb.
İspaniya və İslandiyada milyonlarla insan Günəş tutulmasını izləməyə hazırlaşırlar. Tutulma zamanı Ay Yerlə Günəşin arasından keçərək Günəşin qarşısını alacaq və ətrafı qaranlığa qərq edəcək.
Ukrayna ABŞ-nin vitse-prezidenti Cey Di Vensin müraciətindən sonra Rusiyanın Qara dənizdəki Novorossiysk limanından istifadə edən bəzi tankerlərə zərbə endirməməyə razılaşıb.
Rusiya rəsmilərinin verdiyi məlumata görə, Qara dəniz sahilində yerləşən Novorossiysk liman şəhərinə gecə saatlarında PUA hücumu olub. Zərbələr nəticəsində bir uşaq həlak olub, iki nəfər yaralanıb, həmçinin yaşayış binalarına və vacib liman infrastrukturuna ziyan dəyib.
Rumıniya hərbçilərinin dalğıc qrupları ölkənin Qara dənizdəki müstəsna iqtisadi zonasında "Neptun Deep" qaz yatağının yaxınlığında aşkar edilən "Gerbera" tipli iki pilotsuz uçuş aparatını məhv edib.
Liviyanın dördüncü ən böyük şəhəri olan Zaviyada elektrik stansiyasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Ölkənin dövlət enerji şirkəti bildirib ki, zərbələr nəticəsində şəhərin böyük hissəsi işıqsız qalıb. Bu, şənbə günündən bəri şəhərin enerji infrastrukturuna edilən növbəti hücumdur.
AnewZ tətbiqini Play Store və App Store-dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın