Bab əl-Məndəb Yaxın Şərqdə enerji böhranının ikinci təzyiq nöqtəsinə çevrilir
Hörmüz boğazında yaranan problemlər Bab əl-Məndəb boğazının strateji əhəmiyyətini daha da artırıb. Hər iki mühüm dəniz keçidində...
İran və ABŞ Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqlar barədə ziddiyyətli açıqlamalar verirlər. ABŞ Prezidenti Donald Tramp danışıqların davam etdiyini bildirsə də, Tehran prosesin dayandığını deyir.
Bu arada, vaxt daralır. Qərblə müttəfiq olan Şahı devirən 1979-cu il İslam İnqilabından sonra rəqibə çevrilmiş keçmiş müttəfiqlərin 60 günlük atəşkəs anlaşmasının (memorandumunun) müddətinin bitməsinə iki həftədən az vaxt qalıb.
İran və ABŞ prezidentləri tərəfindən iyunun 17-də imzalanmış 14 bəndlik memorandum Pakistanın vasitəçiliyi ilə hazırlanıb və davamlı sülh üçün təməl rolunu oynamalı idi. Lakin irəliləyiş, xüsusilə də Hörmüz boğazının yenidən açılmasına aid olan 5-ci bəndin fərqli şərhləri səbəbindən ləngiyib.
İran ABŞ ilə birbaşa danışıqlar aparıldığını inkar etsə də, pakistanlı vasitəçilərlə əlaqələri davam etdirib. Tehran, həmçinin strateji su yolunda gəmi hərəkəti ilə bağlı Omanla diplomatik təmasları saxlayıb.
İranın Xarici İşlər naziri Abbas Əraqçi avqustun 3-də Pakistan və Omandan olan həmkarları ilə ayrı-ayrılıqda telefonla danışıb. Tərəflər regional gərginliyin azaldılmasını, dayandırılmış danışıqların mümkün bərpasını və Hörmüz boğazının yenidən açılmasını müzakirə ediblər.
İran Xarici İşlər Nazirliyinin açıqlamasına istinad edən rəsmi mənbələr bildiriblər ki, İran, Pakistan və Omanın Xarici İşlər nazirləri regiondakı son hadisələri və davam edən diplomatik səyləri nəzərdən keçiriblər.
İranın xəbər agentliyi IRNA-nın məlumatına görə, Abbas Əraqçi və Pakistanın Xarici İşlər naziri Məhəmməd İshaq Dar regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün sıx əməkdaşlığın və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
IRNA, həmçinin Əraqçi ilə Omanın xarici işlər naziri Bədr əl-Busaidinin regiondakı son hadisələri müzakirə etdiyini və fikir mübadiləsi apardığını bildirib.
Pakistan Tehranla Vaşinqton arasında əsas vasitəçidir. Fevralda İsrail və ABŞ-nin İrana qarşı başlatdığı və 40 gün davam edən müharibədən əvvəl tərəflər arasında əsas əlaqə kanalı Oman idi.
Tehranla Vaşinqtonun Hörmüz boğazının yenidən açılmasına dair beşinci bəndin icrası ilə bağlı fikir ayrılığı daimi sülh sazişinin əldə olunmasına mane olub.
Danışıqlardakı çıxılmaz vəziyyət hərbi gərginliyi artırıb. İranla ABŞ arasında qarşılıqlı zərbələr təkrarlanıb, ABŞ-nin regiondakı bazaları və maraqları hədəfə alınıb.
Yerli media Pakistan Xarici İşlər Nazirliyinə istinadən bildirib ki, Məhəmməd İshaq Dar Abbas Əraqçini ilk fürsətdə İslamabada səfər etməyə dəvət edib.
Digər media qurumlarının məlumatına görə, Pakistan Milli Assambleyasının sədri Ayaz Sadiq də İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda baş nümayəndə Məhəmməd Bağır Qalibafı Pakistana səfərə çağırıb.
Tehran nümayəndələrinin ABŞ ilə dayanmış danışıqların bərpasını müzakirə etmək üçün Pakistana gedib-getməyəcəyini hələ açıqlamayıb. Mümkün səfərin vaxtı barədə də məlumat verilməyib. Qeyd edək ki, atəşkəs memorandumunun müddətinin bitməsinə az vaxt qalır.
“AnewZ”un “Opinion” bölməsi qlobal və regional məsələlər üzrə ekspert baxışlarını bölüşmək üçün müstəqil yazarlara platforma təqdim edir. Burada ifadə edilən fikirlər yalnız müəlliflərə məxsusdur və “AnewZ”un rəsmi mövqeyini əks etdirmir.
Zəlzələ qonşu Venesuelada 6300-dən çox insanın ölümünə səbəb olan iki güclü yeraltı təkandan bir ay sonra baş verib. Kolumbiyanın beş paytaxt şəhəri qırmızı həyəcan rejiminə keçirilib, 86 bina dağılıb və yeddi hava limanı fəaliyyətini dayandırıb.
"Nvidia" qlobal maliyyə sektorunun aparıcı şirkətləri ilə süni intellekt infrastrukturu üzrə əməkdaşlığa başlayır. Bu addım süni intellektin mühüm investisiya sahəsinə çevrildiyini göstərir.
Tehran Hörmüz boğazını yenidən açmaq üçün təzminat və sanksiyaların yüngülləşdirilməsini tələb edir. ABŞ prezidenti Donald Tramp isə İrandan onilliklər ərzində baş vermiş ölüm halları və dəymiş zərərə görə kompensasiya tələb edərək danışıqlara yeni şərt əlavə edib.
Rusiya Gürcüstanda 2008-ci ilin avqust müharibəsinə yanaşmada müşahidə etdiyi dəyişikliyi müsbət qarşılayıb. Moskva münaqişənin başlanmasına görə keçmiş prezident Mixeil Saakaşvili və onun hökumətini məsul tutan açıqlamaları alqışlayıb.
İspaniya və İslandiyada milyonlarla insan Günəş tutulmasını izləməyə hazırlaşırlar. Tutulma zamanı Ay Yerlə Günəşin arasından keçərək Günəşin qarşısını alacaq və ətrafı qaranlığa qərq edəcək.
Ukrayna ABŞ-nin vitse-prezidenti Cey Di Vensin müraciətindən sonra Rusiyanın Qara dənizdəki Novorossiysk limanından istifadə edən bəzi tankerlərə zərbə endirməməyə razılaşıb.
Rusiya rəsmilərinin verdiyi məlumata görə, Qara dəniz sahilində yerləşən Novorossiysk liman şəhərinə gecə saatlarında PUA hücumu olub. Zərbələr nəticəsində bir uşaq həlak olub, iki nəfər yaralanıb, həmçinin yaşayış binalarına və vacib liman infrastrukturuna ziyan dəyib.
Rumıniya hərbçilərinin dalğıc qrupları ölkənin Qara dənizdəki müstəsna iqtisadi zonasında "Neptun Deep" qaz yatağının yaxınlığında aşkar edilən "Gerbera" tipli iki pilotsuz uçuş aparatını məhv edib.
Liviyanın dördüncü ən böyük şəhəri olan Zaviyada elektrik stansiyasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Ölkənin dövlət enerji şirkəti bildirib ki, zərbələr nəticəsində şəhərin böyük hissəsi işıqsız qalıb. Bu, şənbə günündən bəri şəhərin enerji infrastrukturuna edilən növbəti hücumdur.
AnewZ tətbiqini Play Store və App Store-dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın