Konqoda Ebola epidemiyası niyə sürətlə yayılır?
Konqo Demokratik Respublikası təsdiqlənmiş Ebola hallarının sayının təxminən 4500-ə çatdığını açıqlayıb. Xəstəlik nəticəsində ...
Günə “AnewZ”un səhər xülasəsi ilə məlumatlı başlayın. Avqustun 5-i üçün hazırladığımız xülasədə gündəmin əsas xəbərləri və ən diqqətçəkən hadisələr yer alır.
Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi hava zərbələri nəticəsində azı 1 nəfər həlak olub, 24 nəfər yaralanıb. Ukrayna paytaxtının bir neçə rayonunda dağıntılar qeydə alınıb. Hücum zamanı şəhər mərkəzi yaxınlığındakı anbar dağılıb, bir neçə yanğın baş verib və ammonyak sızması qeydə alınıb. Xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirirlər.
ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib. O, Hörmüz boğazının tezliklə yenidən açılacağını proqnozlaşdırıb. Tramp, danışıqlar nəticəsiz qalarsa, rəsmi Tehranın sərt hərbi cavabla üzləşəcəyi barədə xəbərdarlıq edib. Yeni Zelandiya yanacağın bahalaşmasını, inflyasiyanın artmasını və işsizliyin son on ilin ən yüksək səviyyəsinə çatmasını boğazın bağlanması ilə əlaqələndirib. Hörmüz boğazından gəmi keçidləri sabit qalsa da, münaqişədən əvvəlki səviyyədən xeyli aşağıdır.
İsrail ordusu avqustun 4-də Suriyanın cənubundakı Dəra və Quneytra vilayətlərinə daxil olub. Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat verib. Məlumata görə, İsrail qüvvələri Dərada Yarmuk hövzəsində yerləşən Mariya kəndinə doğru irəliləyib. Hərbçilər kəndin qərb hissəsində məhdud əməliyyat keçirib, bir neçə mülki evdə axtarış apardıqdan sonra ərazidən çıxıblar.
ABŞ Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edərək səfir təyinatları və diplomatlara viza verilməsi ilə bağlı mübahisəni daha da dərinləşdirib. ABŞ rəsmiləri bu addımın Braziliyanın rəsmi Vaşinqtonun səfir namizədini təsdiqləməməsinə cavab olduğunu bildiriblər. Həmçinin bir neçə amerikalı diplomata viza verməkdən imtina edilib. Səfirdən ABŞ-ni tərk etmək tələb olunmayıb. Rəsmilər mübahisə həll edilərsə, vizanın bərpa oluna biləcəyini deyiblər.
Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya avqustun 4-də ölkə üzrə təkrarlanan elektrik kəsintilərinə görə ABŞ-ni günahlandırıb. Açıqlama Kubanın elektrik şəbəkəsində ölkə miqyaslı növbəti çöküşdən sonra verilib. Bu, son aylarda ada ölkəsində enerji təchizatını pozan genişmiqyaslı qəzalardan biridir. ABŞ-nin Kubanın paytaxtı Havanadakı səfirliyi avqustun 3-də xəbərdarlıq yayıb. Səfirlik Kubada olan və ya ölkəyə səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına genişmiqyaslı elektrik kəsintilərinə hazır olmağı tövsiyə edib.
“AnewZ”un “Opinion” bölməsi qlobal və regional məsələlər üzrə ekspert baxışlarını bölüşmək üçün müstəqil yazarlara platforma təqdim edir. Burada ifadə edilən fikirlər yalnız müəlliflərə məxsusdur və “AnewZ”un rəsmi mövqeyini əks etdirmir.
"Nvidia" qlobal maliyyə sektorunun aparıcı şirkətləri ilə süni intellekt infrastrukturu üzrə əməkdaşlığa başlayır. Bu addım süni intellektin mühüm investisiya sahəsinə çevrildiyini göstərir.
Tehran Hörmüz boğazını yenidən açmaq üçün təzminat və sanksiyaların yüngülləşdirilməsini tələb edir. ABŞ prezidenti Donald Tramp isə İrandan onilliklər ərzində baş vermiş ölüm halları və dəymiş zərərə görə kompensasiya tələb edərək danışıqlara yeni şərt əlavə edib.
Rusiya Gürcüstanda 2008-ci ilin avqust müharibəsinə yanaşmada müşahidə etdiyi dəyişikliyi müsbət qarşılayıb. Moskva münaqişənin başlanmasına görə keçmiş prezident Mixeil Saakaşvili və onun hökumətini məsul tutan açıqlamaları alqışlayıb.
Rusiyaya məxsus xam neft daşıyan və saya oturan tankerdə baş verən sızma Oman sahillərində ekoloji narahatlıq yaradıb. Təxminən 1 milyon barel neft daşıyan gəmidən yayılan çirklənmə yüzlərlə kvadratkilometr ərazini əhatə edir.
Konqo Demokratik Respublikası təsdiqlənmiş Ebola hallarının sayının təxminən 4500-ə çatdığını açıqlayıb. Xəstəlik nəticəsində 2060-dan çox insan həyatını itirib. Gec aşkarlama, maliyyə çatışmazlığı və silahlı münaqişələr virusun əvvəlki epidemiyalardan daha sürətlə yayılmasına səbəb olub.
İspaniya və İslandiyada milyonlarla insan Günəş tutulmasını izləməyə hazırlaşırlar. Tutulma zamanı Ay Yerlə Günəşin arasından keçərək Günəşin qarşısını alacaq və ətrafı qaranlığa qərq edəcək.
Ukrayna ABŞ-nin vitse-prezidenti Cey Di Vensin müraciətindən sonra Rusiyanın Qara dənizdəki Novorossiysk limanından istifadə edən bəzi tankerlərə zərbə endirməməyə razılaşıb.
Rusiya rəsmilərinin verdiyi məlumata görə, Qara dəniz sahilində yerləşən Novorossiysk liman şəhərinə gecə saatlarında PUA hücumu olub. Zərbələr nəticəsində bir uşaq həlak olub, iki nəfər yaralanıb, həmçinin yaşayış binalarına və vacib liman infrastrukturuna ziyan dəyib.
Rumıniya hərbçilərinin dalğıc qrupları ölkənin Qara dənizdəki müstəsna iqtisadi zonasında "Neptun Deep" qaz yatağının yaxınlığında aşkar edilən "Gerbera" tipli iki pilotsuz uçuş aparatını məhv edib.
AnewZ tətbiqini Play Store və App Store-dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın