Almaniya polisi Leypsiq hava limanında tapılan şübhəli obyekti araşdırır

Almaniya polisi Leypsiq hava limanında tapılan şübhəli obyekti araşdırır
Almaniyanın Şkoydits şəhərindəki Leypsiq/Halle hava limanının “DHL” mərkəzində kerosin (reaktiv yanacaq) çənləri, 12 may 2026
Reuters

Almaniya polisi avqustun 5-də Leypsiq/Halle hava limanının uçuş-enmə zolağı yaxınlığında tapılan şübhəli obyekti araşdırır. Hadisə hava limanının fəaliyyətini müvəqqəti pozub.

DHL logistika qrupunun əsas mərkəzlərindən biri olan hava limanının cənub uçuş-enmə zolağı bağlanıb. Mütəxəssislər obyekti partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün istifadə olunan avadanlıqla yoxlayırlar.

Polis insidentlə əlaqəsi ola biləcək naməlum uçan obyekt barədə məlumatları da araşdırır.

Gecə saatlarında bir sərnişin reysi də daxil olmaqla, bir neçə təyyarə başqa hava limanlarına yönləndirilib. Səhər saatlarında uçuşlar normal rejimdə bərpa olunub.

Almaniya hava limanları hərbi obyektlər, enerji terminalları, dəniz limanları və logistika şirkətləri üzərində qeydə alınan icazəsiz dron uçuşlarından sonra yüksək hazırlıq vəziyyətinə gətirilib.

Almaniyanın Federal Polisi dron uçuşlarının Rusiya agentlərinin  təşkil edə biləcəyini bildiriblər. Rusiya isə hadisələrlə əlaqəsi olmadığını açıqlayıb.

Teqlər