Bab əl-Məndəb Yaxın Şərqdə enerji böhranının ikinci təzyiq nöqtəsinə çevrilir
Hörmüz boğazında yaranan problemlər Bab əl-Məndəb boğazının strateji əhəmiyyətini daha da artırıb. Hər iki mühüm dəniz keçidində...
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS tam tərk-silah olunmayınca İsrail qüvvələri Qəzzadakı mövqelərindən geri çəkilməyəcək. Bu açıqlama müharibəni dayandırmaq məqsədi daşıyan və Amerika Birləşmiş Ştatlarının (ABŞ) dəstəklədiyi təkliflə bağlı şübhələri artırıb.
Netanyahu avqustun 5-də yayımlanan videomüraciətində İsrailin təhlükəsizlik maraqlarını qorumaqda qətiyyətli olduğunu bildirib. O, ABŞ Prezidenti Donald Trampın komandasının təqdim etdiyi son təklif layihəsinin qəbul edilmədiyini deyib.
“HƏMAS tam tərk-silah olunmayınca mövcud mövqelərimizdən geri çəkilməyəcəyik”, – deyə Netanyahu bildirib.
Netanyahunun sözlərinə görə, Tramp administrasiyası HƏMAS-ın tərk-silahına və Qəzzanın demilitarizasiyasına nail ola biləcəyinə inanır. Lakin İsrail təkliflə bağlı öz qeydlərini təqdim edib.
“Bizə layihə göndərdilər. Biz onunla razılaşmadıq. Bu, bizim layihəmiz deyildi. Öz qeydlərimizi onlara göndərdik”, – deyə Netanyahu bildirib.
O əlavə edib ki, İsrail danışıqlar barədə məlumatlar mediada yayılmazdan əvvəl mövqeyini qarşı tərəfə çatdırıb.
Netanyahu İsrail hərbçilərinə özlərini, ölkə ərazisini və vətəndaşları qorumaq üçün “zəruri olan hər şeyi etmək” göstərişi verildiyini də bildirib.
Oktyabrda əldə olunan atəşkəs razılaşmasına əsaslanan və ABŞ-nin dəstəklədiyi yol xəritəsi HƏMAS-ın tərk-silahını və İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutur. Təklifə, həmçinin beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi və Qəzzanı idarə edəcək Fələstin texnokrat hökumətinin yaradılması daxildir.
Netanyahunun açıqlaması Trampın Sülh Şurasının Qəzza üzrə xüsusi nümayəndəsi Nikolay Mladenovun İsrailin Baş naziri və digər rəsmilərlə görüşündən bir gün sonra verilib. Şura görüşü “konstruktiv və ətraflı” adlandırıb.
Tramp ötən həftə təklifi münaqişənin sona çatması istiqamətində “mühüm mərhələ” kimi qiymətləndirib. Lakin İsrail qüvvələrinin geri çəkilməsi və HƏMAS-ın tərk-silahının hansı ardıcıllıqla həyata keçirilməsi ilə bağlı tərəflər arasındakı fikir ayrılıqları hələ də həllini tapmayıb.
Netanyahunun açıqlaması fonunda Qəzza şəhərində eyni böyük ailənin 112 üzvünün qalıqları avqustun 4-də dəfn edilib. Onlar təxminən üç il əvvəl İsrailin hava hücumları nəticəsində həlak olublar.
Əsasən çürümüş cəsədlər Fələstin bayraqlarına bükülərək Qəzza şəhərinin Sabra məhəlləsində, əvvəllər evlərin yerləşdiyi açıq ərazidə yan-yana düzülüb. Bəzi bayraqların üzərinə həlak olanların fotoları vurulub.
Qəzza Mülki Müdafiə Xidmətinin sözçüsü Mahmud Basal bildirib ki, Əbu Şəriə və əl-Həsayinə ailələrinin 112 üzvünün qalıqlarını məhdud avadanlıqla dağıntılar altından çıxarmaq 17 gün çəkib. Onlar 2023-cü il noyabrın 22-də İsrailin hava hücumları nəticəsində həlak olublar.
Basalın sözlərinə görə, qurbanların kimliyi adları yazılmış qızıl boyunbağılar, əvvəlki əməliyyatlardan qalan implantlar və yaxınlarının tanıdığı geyimlər əsasında müəyyən edilib. O əlavə edib ki, Qəzzada 8 mindən çox insanın cəsədi hələ də dağıntılar altındadır.
Qurbanların qohumu Taysir əl-Həsayinə həmin gün ailənin kədərini yenidən yaşadığını bildirib.
“Bu müharibəni dayandırın. Bu məzlum insanlara qarşı qırğınlara son qoyun. Qəzza xalqı həyatı və sülhü sevir. Onlar da dünyanın digər xalqları kimi sülh içində yaşamaq istəyirlər”, – deyə o, dəfn mərasimi zamanı bildirib.
Hörmüz boğazında yaranan problemlər Bab əl-Məndəb boğazının strateji əhəmiyyətini daha da artırıb. Hər iki mühüm dəniz keçidində qeyri-sabitlik qlobal enerji təchizatı və ticarət üçün ciddi risklər yaradır.
Hindistanın şərqində polis avqustun 10-da minlərlə gənc etirazçını dağıtmaq üçün gözyaşardıcı qaz, dəyənək və su şırnaqlarından istifadə edib. Gənclər dövlət qulluğuna qəbul imtahanlarında mümkün qanun pozuntularına etiraz ediblər.
Zəlzələ qonşu Venesuelada 6300-dən çox insanın ölümünə səbəb olan iki güclü yeraltı təkandan bir ay sonra baş verib. Kolumbiyanın beş paytaxt şəhəri qırmızı həyəcan rejiminə keçirilib, 86 bina dağılıb və yeddi hava limanı fəaliyyətini dayandırıb.
"Nvidia" qlobal maliyyə sektorunun aparıcı şirkətləri ilə süni intellekt infrastrukturu üzrə əməkdaşlığa başlayır. Bu addım süni intellektin mühüm investisiya sahəsinə çevrildiyini göstərir.
Tehran Hörmüz boğazını yenidən açmaq üçün təzminat və sanksiyaların yüngülləşdirilməsini tələb edir. ABŞ prezidenti Donald Tramp isə İrandan onilliklər ərzində baş vermiş ölüm halları və dəymiş zərərə görə kompensasiya tələb edərək danışıqlara yeni şərt əlavə edib.
İspaniya və İslandiyada milyonlarla insan Günəş tutulmasını izləməyə hazırlaşırlar. Tutulma zamanı Ay Yerlə Günəşin arasından keçərək Günəşin qarşısını alacaq və ətrafı qaranlığa qərq edəcək.
Ukrayna ABŞ-nin vitse-prezidenti Cey Di Vensin müraciətindən sonra Rusiyanın Qara dənizdəki Novorossiysk limanından istifadə edən bəzi tankerlərə zərbə endirməməyə razılaşıb.
Rusiya rəsmilərinin verdiyi məlumata görə, Qara dəniz sahilində yerləşən Novorossiysk liman şəhərinə gecə saatlarında PUA hücumu olub. Zərbələr nəticəsində bir uşaq həlak olub, iki nəfər yaralanıb, həmçinin yaşayış binalarına və vacib liman infrastrukturuna ziyan dəyib.
Rumıniya hərbçilərinin dalğıc qrupları ölkənin Qara dənizdəki müstəsna iqtisadi zonasında "Neptun Deep" qaz yatağının yaxınlığında aşkar edilən "Gerbera" tipli iki pilotsuz uçuş aparatını məhv edib.
Liviyanın dördüncü ən böyük şəhəri olan Zaviyada elektrik stansiyasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Ölkənin dövlət enerji şirkəti bildirib ki, zərbələr nəticəsində şəhərin böyük hissəsi işıqsız qalıb. Bu, şənbə günündən bəri şəhərin enerji infrastrukturuna edilən növbəti hücumdur.
AnewZ tətbiqini Play Store və App Store-dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın