Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
Qırğızıstan və Özbəkistan 2022-ci ildə imzalanmış tarixi sərhəd sazişini həyata keçirməyə başlayıb. Torpaq mübadiləsi ortaq sərhədin demarkasiyasını başa çatdırmağa və yeni infrastruktur layihələri üçün şərait yaratmağa imkan verəcək.
Birgə komissiya Qırğızıstanın Kadamjay rayonunda işə başlayıb. Rəsmilər və texniki mütəxəssislər sazişin icrası üçün zəruri olan hüquqi və inzibati prosedurları həyata keçirirlər.
Razılaşmaya əsasən, əvvəllər Özbəkistanın Fərqanə vilayətinə daxil olan Çon-Qara və Taş-Dobo kəndləri Qırğızıstanın nəzarətinə keçəcək. Əksəriyyəti etnik qırğızlardan ibarət təxminən 2 500 nəfər bu iki kənddə yaşayır.
Hazırda sakinlərin qeydiyyatı aparılır. Proses başa çatdıqdan sonra tələblərə cavab verən şəxslər Qırğızıstan vətəndaşlığı ala biləcəklər. Bunun müqabilində Qırğızıstan eyni sahədə torpağı Özbəkistana verəcək.
Saziş Sovet İttifaqının dağılmasından sonra həllini tapmayan sərhəd mübahisələrinə son qoymaq üçün Mərkəzi Asiyada göstərilən səylərin bir hissəsidir.
Bu ilin əvvəlində Qırğızıstan və Tacikistan da regionun ən uzunmüddətli ərazi mübahisələrindən birinə son qoyan saziş imzalayıb. Bundan sonra iki ölkə ortaq sərhədin fiziki demarkasiyasına başlayıb.
Sazişədək mübahisəli sərhəd əraziləri iki ölkə arasında uzun illər gərginliyə və bir neçə ölümcül toqquşmaya səbəb olub.
Qırğızıstan–Özbəkistan sazişinin icrası region ölkələrinin sərhəd mübahisələrini danışıqlar yolu ilə həll etməyə və sərhədləri dəqiq müəyyənləşdirməyə üstünlük verdiyini göstərir.
Bişkek rəsmilərinin sözlərinə görə, torpaq mübadiləsi sərhədin mübahisəli qalan hissələri ilə bağlı məsələləri tam həll edəcək və sərhədyanı inkişaf üçün yeni imkanlar yaradacaq.
Sazişin yerli əhaliyə praktiki fayda verəcəyi də gözlənilir. Ayrıca 236 hektar ərazinin mübadiləsi Sai və Tayan kəndlərini birləşdirən yeni yolun tikintisinə imkan yaradacaq.
Yeni yol sərhədyanı ərazilərdə nəqliyyat əlaqələrini yaxşılaşdıracaq və yerli sakinlərin səfər müddətini xeyli azaldacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın