canlı Rusiyanın Ukraynaya zərbələri və qatara PUA hücumu etiraz doğurub
Rusiyanın həftəsonu Ukraynaya endirdiyi zərbələr beynəlxalq reaksiyalara səbəb olub. Hücumlar zamanı Ukrayna–Polşa sərhədi yaxınlığında sərnişin...
Tailandın Nonthaburi əyalətində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. Polis ağır yaralanan 12 yaşlı qızın xəstəxanada həyatını itirdiyini bildirib.
Rəsmilərin məlumatına görə, avqustun 7-də 14 yaşlı oğlan əvvəlcə nənə və babasını güllələyib. Daha sonra Debsirin Nonthaburi məktəbində beş nəfəri öldürüb, sonda isə özünə atəş açıb.
Hücum zamanı 30-dan çox insan yaralanıb. Onlardan 14-ü hələ də xəstəxanadadır, 7 nəfərin vəziyyəti kritikdir.
Polisin məlumatına görə, yeniyetmə 26 dəfə atəş açıb. Hadisə yerində daha 34 patron aşkarlanıb.
Hadisədən sonra Tailandın Baş naziri Anutin Çarnvirakul odlu silahların ictimai yerlərdə daşınmasını məhdudlaşdıran yeni qanun təklif edəcəyini bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, yalnız xidməti vəzifəsini yerinə yetirən dövlət məmurlarına silah daşımağa icazə veriləcək. Baş nazir qanun layihəsinin digər detalları, eləcə də silah sahibliyi qaydalarının sərtləşdirilib-sərtləşdirilməyəcəyi barədə məlumat verməyib.
Son illərdə Tailandda bir sıra kütləvi silahlı hücumlar baş verib. 2022-ci ildə ölkənin şimal-şərqində törədilən hücumda 22-si uşaq olmaqla 36 nəfər öldürülüb.
Tailandda odlu silaha sahib olmaq və onu daşımaq üçün ayrı-ayrı icazələr tələb olunur.
“Ukrayna Dəmir Yolları” bildirib ki, sentyabrın 13-də Kiyev–Varşava qatarı Polşa sərhədi yaxınlığında vurulub. Xəsarət alan olmayıb. Dəmir yolu şəbəkəsinə hücumlar ikinci gündür davam edir.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin məlumatına görə, sentyabrın 13-də Hörmüz boğazında gəmiyə hücum edilib. Hadisə Səudiyyə Ərəbistanının bir gün əvvəl mühüm neft kəmərini dayandırmasından sonra enerji təchizatı ilə bağlı narahatlıqları artırıb.
ABŞ Prezidenti Donald Tramp Şimali İrlandiyanın İrlandiya ilə birləşməsini görmək istədiyini bildirib. Onun Dublində səsləndirdiyi fikirlər Şimali İrlandiyadakı unionistlərin sərt reaksiyasına səbəb olub.
Səudiyyə Ərəbistanı dini turizmlə yanaşı, istirahət məqsədilə ölkəyə gələn xarici turistlər üçün də imkanlarını genişləndirir. Ər-Riyad, Əl-Ula və Dəriyyə tarixi məkanları və yeni turizm layihələri ilə getdikcə daha çox ziyarətçi cəlb edir.
Rusiya Müdafiə Nazirliyi qüvvələrinin gecə saatlarında Ukraynanın Qara dəniz sahilində yerləşən Çornomorsk limanında iki yük gəmisini vurduğunu bildirib. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
İsveçdə mərkəz-sol blok müxalifət gərgin keçən seçkidə cüzi fərqlə önə keçib. Seçkinin nəticəsi ölkənin miqrasiya siyasətinə və ifrat sağ qüvvələrə münasibətinə təsir göstərə bilər.
Rusiyanın həftəsonu Ukraynaya endirdiyi zərbələr beynəlxalq reaksiyalara səbəb olub. Hücumlar zamanı Ukrayna–Polşa sərhədi yaxınlığında sərnişin qatarının lokomotivi pilotsuz uçuş aparatı (PUA) ilə vurulub. Ukrayna mülki və mühüm infrastruktura ziyan dəydiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Hörmüz boğazında 101 ticarət gəmisinin marşrutu dəyişdirilib. Regionda yeni hücumlar və tədarüklə bağlı narahatlıqlar fonunda neft qiymətləri 2 faizdən çox artıb.
İndoneziyalı xilasedicilər pis hava şəraitinə baxmayaraq, Yava dənizində batan gəmidə olan 130 nəfərin axtarışını davam etdirirlər. Ölkənin axtarış-xilasetmə agentliyinin məlumatına görə, gəmidə ümumilikdə 243 nəfər olub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, Çin BRICS ölkələri arasında iri dil modellərinin hazırlanması və tətbiqi sahəsində əməkdaşlığı gücləndirmək üçün açıq mənbə platformasının yaradılmasına rəhbərlik edəcək.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın