canlı Trampın yeni tələbi İranla Hörmüz razılaşmasına ümidləri azaldır

Trampın yeni tələbi İranla Hörmüz razılaşmasına ümidləri azaldır
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Ağ Evin Oval kabinetində çıxış edərkən. ABŞ, 10 avqust 2026-cı il.
Reuters

Tehran Hörmüz boğazını yenidən açmaq üçün təzminat və sanksiyaların yüngülləşdirilməsini tələb edir. ABŞ prezidenti Donald Tramp isə İrandan onilliklər ərzində baş vermiş ölüm halları və dəymiş zərərə görə kompensasiya tələb edərək danışıqlara yeni şərt əlavə edib.

⦿ 22:13 | YENİLƏNİB

Zaviya neft emalı zavodu yenidən dron hücumuna məruz qalıb

Reuters

Liviyanın Milli Neft Korporasiyası bildirib ki, Zaviya neft emalı kompleksi ərazisində yanacaq çəni dronla vurulub. Hadisə nəticəsində kiçik yanğın baş verib və sonradan nəzarət altına alınıb.

⦿ 22:00  | YENİLƏNİB

Yaxın Şərqdə neft hasilatının bərpası 2027-ci ilə qədər gecikə bilər

Reuters

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, regional ticarət axınlarının gələn ilin əvvəlində normallaşması mümkündür. Buna baxmayaraq, Yaxın Şərqdə gündəlik təxminən 600 min barel neft hasilatı 2027-ci ilin sonunadək dayandırılmış vəziyyətdə qala bilər.

⦿ 21:22 | YENİLƏNİB

İran Hörmüz boğazının bağlı qalacağını bildirib

Reuters

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ müharibəni dayandırmayana, xaricdə dondurulmuş İran vəsaitlərini azad etməyənə və vasitəçilər üzərindən çatdırılan digər şərtləri yerinə yetirməyənədək Hörmüz boğazı bağlı qalacaq.

⦿ 19:00 | YENİLƏNİB

Bab əl-Məndəb boğazında husilərin hücumu nəticəsində dörd nəfər ölüb

Yəmənin Nəqliyyat Nazirliyi

Yəmənin Nəqliyyat Nazirliyinin bildirdiyinə görə, Bab əl-Məndəb boğazında ticarət gəmisinə husilərin hücumu nəticəsində dörd nəfər həlak olub. Ölənlərdən üçü Pakistan, biri isə İndoneziya vətəndaşıdır.

Nazirlik hücum zamanı dörd raketin atıldığını, bunlardan birinin xilasedicilərə tuş gəldiyini və yəmənli xilasedicinin yaralandığını açıqlayıb.

⦿ 17:59 | YENİLƏNİB

Rusiya Suriyadakı bazalarla bağlı razılaşmanın əlaqələri gücləndirəcəyini bildirir

Reuters

Rusiya Xarici İşlər Nazirliyi Moskvanın hərbi bazalarının gələcəyi ilə bağlı Suriya ilə əldə olunmuş razılaşmanın iki ölkə arasındakı münasibətləri gücləndirəcək mühüm addım olduğunu bəyan edib.

Suriya ilə Rusiya 18 ay davam edən danışıqlardan sonra Tartus və Xeymimdəki bazalarla bağlı plan üzrə razılığa gəliblər. Sənədə əsasən, mülki obyektlər Suriyanın nəzarətinə qaytarılacaq, hərbi sahələr isə üç ay ərzində birgə təlim mərkəzlərinə çevriləcək.

⦿ 17:15 | YENİLƏNİB

Husilərin yük gəmisinə ehtimal olunan hücumu nəticəsində 3 heyət üzvü həlak olub

Reuters

Yəmən rəsmilərinin bildirdiyinə görə, Bab əl-Məndəb boğazında "Tihamah" yük gəmisinin hədəf alınması nəticəsində üç ekipaj üzvü həyatını itirib. Ölənlərdən ikisinin Pakistan, birinin isə İndoneziya vətəndaşı olduğu açıqlanıb.

Gəmi naməlum raketlə vurulduqdan sonra heyət idarəetməni itirib və yalnız bundan sonra Yəmən sahil mühafizəsi əraziyə yaxınlaşıb. Husilər məsuliyyəti hələ də öz üzərlərinə götürməyiblər.

Paralel olaraq, Oman körfəzinə tərəf istiqamətlənən "Vela Nova" konteyner gəmisi Pakistan sahillərində raketlə vurulub. Mənbələr bu hücumun ABŞ tərəfindən həyata keçirildiyini ehtimal edirlər. Bu hadisələr mühüm gəmiçilik marşrutlarında gərginliyi artırır.

⦿ 17:00 | YENİLƏNİB

Pakistan ABŞ və İranın sülh sazişinə yaxın olduğunu bildirib

Reuters

"Bloomberg News"un yaydığı məlumata görə, Pakistan ABŞ və İranın sülh üzrə razılaşma əldə etməyə yaxın olduğunu bəyan edib.

⦿ 16:39 | YENİLƏNİB

İraqda İran kürd müxalifətinin düşərgəsi raket atəşinə tutulub

Reuters

İraqın şimalında İran kürd müxalifətinin təlim düşərgəsinə raket zərbəsi endirilib. Təhlükəsizlik mənbələri zərbəyə görə İranı günahlandırırlar. İtki qeydə alınmayıb.

⦿ 16:07 | YENİLƏNİB

Yəmən sahillərində yük gəmisi vurulub

Reuters

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Xidməti (UKMTO) Yəmənin Moxa sahilləri yaxınlığında yük gəmisinin naməlum mərmi ilə vurulduğunu və insan tələfatının olduğunu bildirib.

⦿ 15:45 | YENİLƏNİB

Qətər Oman və İran arasındakı danışıqların irəlilədiyini açıqlayıb

Reuters

Qətər XİN-in sözçüsü Məcid əl-Ənsarinin sözlərinə görə, Oman və İran arasındakı məsləhətləşmələr mühüm mərhələyə çatıb. Bu addım tərəflər arasında anlaşmanın əldə edilməsi və Hörmüz boğazındakı gərginliyin yumşaldılması istiqamətində irəliləyişin göstəricisidir.

“Vasitəçilər kimi biz Hörmüz boğazının mümkün qədər tez açılmasını istəyirik”, - deyə rəsmi əlavə edib.

Qətər Xarici İşlər Nazirliyinin mətbuat katibi Məcid əl-Ənsari XİN-də keçirilən həftəlik mətbuat brifinqində çıxış edir. Doha, Qətər, 23 aprel 2024-cü il.
Reuters
⦿ 15:23 | YENİLƏNİB

Neftin qiyməti 90 dollara yaxınlaşdıqca Avrozonada istiqraz gəlirlilikləri artıb

Reuters

Çərşənbə axşamı "Brent" markalı neftin 2 faiz bahalaşaraq barelinin 89,90 dollara çatması fonunda Avrozona ölkələrinin dövlət istiqrazlarının gəlirliliyi yüksəlib. Almaniyanın 10 illik istiqrazlarının gəlirliliyi 2 baza bəndi artaraq 3,201 faizə, Fransanın 30 illik istiqrazlarının gəlirliliyi isə 4,8004 faizə çataraq 2008-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

⦿ 14:02 | YENİLƏNİB

Qırmızı dənizdə yük gəmisi hücuma məruz qalıb

Reuters

İranın dəstəklədiyi Yəmən husiləri çərşənbə axşamı Bab əl-Məndəb boğazında yük gəmisinə hücum ediblər. Hökumətin hərbi rəsmilərinin verdiyi məlumata görə, hücum nəticəsində gəminin üç ekipaj üzvü həlak olub.

Dəniz təhlükəsizliyi üzrə mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Qırmızı dənizdə bir yük gəmisinin hədəfə alındığı ehtimal olunur, lakin ekipajın taleyi barədə məlumat dəqiq deyil.

⦿ 13:39 | YENİLƏNİB

İsrail dronu Livanın cənubunda təcili yardım qruplarını hədəfə alıb

Anadolu

Livan mediasının məlumatına görə, İsrailə məxsus dron Livanın cənubundakı Nabatiyə bölgəsində yaralı şəxsi təxliyə edən təcili yardım qruplarını hədəfə alıb. Bu, ABŞ vasitəçiliyi ilə əldə olunan razılaşmanın növbəti pozuntusu kimi qiymətləndirilib.

Dövlətə məxsus Milli Xəbər Agentliyinin məlumatına görə, dron bölgədə avtomobilə endirilən əvvəlki zərbə nəticəsində yaralanan şəxsi daşıyan İslam Səhiyyə İdarəsi, Beyt əl-Tələbə və İslam Risala Skaut Assosiasiyasının təcili yardım qruplarına zərbə endirib.

Hücum nəticəsində bir neçə təcili yardım avtomobilinə ziyan dəyib. Lakin tibb işçiləri arasında yaralananlarla bağlı məlumat yoxdur.

⦿ 13:34 | SON DƏQİQƏ

UKMTO: Oman körfəzində insident qeydə alınıb

Reuters

Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) Oman körfəzində tanker və hərbi qüvvələrin iştirakı ilə baş vermiş insident barədə məlumat aldığını bildirib.

⦿ 13:10 | YENİLƏNİB

Suriyada məhkəmə keçmiş prezident Bəşər Əsədi qiyabi olaraq ölüm cəzasına məhkum edib

Anadolu

Suriyanın "SANA" xəbər agentliyinin məlumatına görə, Dəməşqdəki cinayət məhkəməsi keçmiş prezident Bəşər Əsədi qəsdən adamöldürmə, işgəncə, qanunsuz saxlanma və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilərək qiyabi olaraq ölüm cəzasına məhkum edib.

Dəməşqin Dördüncü Cinayət Məhkəməsinin hakimi Əl-Əryan bildirib ki, şahid ifadələri Əsədin bu cinayətlərdə “ən yüksək qərarverici şəxs” kimi rolunu təsdiqləyib. Hakimin sözlərinə görə, Əsəd dövlət qurumlarından cinayətlərin törədilməsini asanlaşdırmaq üçün istifadə edib.

Suriyanın Prezidenti Bəşər Əsəd parlament iclasında iştirak edərkən. 17 iyul 2000-ci il.
Reuters
⦿ 13:07 | YENİLƏNİB

İsrailin dron hücumu nəticəsində Livanın Nabatiyə bölgəsində iki nəfər yaralanıb

Reuters

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Nabatiyə bölgəsinə endirdiyi dron zərbəsi nəticəsində iki mülki şəxs yaralanıb.

Nazirlik bildirib ki, ikinci zərbə “Əl-Risala” Assosiasiyasının xilasetmə qrupunu hədəfə alıb və təcili yardım avtomobilinə ziyan dəyib.

⦿ 12:26 | SON DƏQİQƏ

Husilərin ticarət gəmisinə hücumu nəticəsində üç ekipaj üzvü həlak olub

Anadolu

Yəmənin “Əl-Cümhuriyyə” televiziyasının məlumatına görə, Bab əl-Məndəb boğazında husilərin ticarət gəmisinə hücumu nəticəsində üç ekipaj üzvü həlak olub.

⦿ 12:25 | YENİLƏNİB

Bəhreyn Pakistanı Türkiyə və Səudiyyə Ərəbistanı ilə müdafiə sazişinə görə təbrik edib

Bəhreyn Pakistanı Türkiyə və Səudiyyə Ərəbistanı ilə imzalanmış üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Təbriklər Pakistanın Xarici İşlər naziri İshaq Dar və Bəhreynin Xarici İşlər naziri Əbdüllətif bin Rəşid Əl Zəyaninin avqustun 10-da telefon danışığı zamanı səsləndirilib.

Əl Zəyanı yaxın gələcəkdə Pakistana səfər etmək niyyətində olduğunu da bildirib.

İshaq Dar Pakistanın “regionda və ondan kənarda sülh və sabitliyə nail olmaq üçün dialoq və diplomatiyanın təşviqinə qəti sadiqliyini” vurğulayıb.

 

⦿ 12:22 | YENİLƏNİB

İran 95 milyon kubmetr qazı yenidən hasilata qaytaracaq

Reuters

İranın neft naziri Möhsün Paknejad bildirib ki, sentyabrın sonunadək 95 milyon kubmetr qaz ölkənin hasilat dövriyyəsinə qaytarılacaq.

Bu barədə İran Neft Nazirliyinin "SHANA" xəbər agentliyi məlumat yayıb.

⦿ 12:10 | YENİLƏNİB

Əraqçi: "İran özünü məğlubedilməz güc kimi göstərib"

İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, İran münaqişə zamanı “güclü və məğlubedilməz dövlət” olduğunu nümayiş etdirib.

Diplomatiya və səhiyyə sektoru arasında əməkdaşlığa həsr olunan tədbirdə çıxış edən Əraqçi deyib ki, xarici rəsmilər İranın “möcüzə yaratdığını” və ABŞ qarşısında müqavimət göstərmək qabiliyyəti ilə dünyanı təəccübləndirdiyini bildiriblər.

⦿ 12:09 | YENİLƏNİB

BAEA Suriyadakı gizli obyektdən nüvə materiallarını çıxaracaq

Axios

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Suriyadakı gizli obyektdə saxlanılan nüvə materiallarını yaxın vaxtlarda çıxaracaq.

“Axios” İsrail və ABŞ rəsmilərinə istinadən bildirib ki, bu addım Tramp administrasiyasının Suriya və İsraillə müvafiq razılığa gəlməsindən sonra atılacaq.

⦿ 12:04 | YENİLƏNİB

Almaniya İranı Hörmüz boğazını qeyd-şərtsiz açmağa çağırıb

Almaniyanın xarici işlər naziri Yohann Vadeful İranın Xarici İşlər naziri Abbas Əraqçi ilə telefon danışığında Tehranı münaqişənin başa çatdırılması üçün ABŞ və region ölkələri ilə konstruktiv əməkdaşlığa çağırıb.

Vadeful bildirib ki, bütün gəmilərin sərbəst və təhlükəsiz hərəkətinin təmin olunması üçün Hörmüz boğazı qeyd-şərtsiz açılmalıdır.

 

⦿ 10:36 | YENİLƏNİB

Hörmüz boğazından keçən gəmilərin sayı altıya düşüb

Reuters

Gəmiçilik məlumatlarına görə, ABŞ və İran arasında sülh razılaşmasına ümidlərin azalması fonunda avqustun 10-da Hörmüz boğazından cəmi altı gəmi keçib. Son 10 gün üzrə orta göstərici təxminən 11 gəmi olub.

Boğaza dörd yük gəmisi, o cümlədən iki boş neft məhsulları tankeri daxil olub. Mayeləşdirilmiş neft qazı daşıyan kiçik tanker və qalıq yanacaq daşıyan başqa bir gəmi isə boğazdan çıxıb.

Müharibədən əvvəl Hörmüz boğazından adətən gündə 130-140 gəmi keçirdi.

Avqustun 10-da Qırmızı dənizdəki Bab əl-Məndəb boğazından 25 gəmi keçib. 

⦿ 08:28 | YENİLƏNİB

İsrail ordusu Suriyaya keçən üç israillini geri qaytarıb

İsrail ordusu

İsrail ordusunun məlumatına görə, üç israilli mülki şəxs gecə saatlarında Hermon dağı ərazisindən Suriya ərazisinə keçib. Onlar daha sonra İsrail hərbçiləri tərəfindən aşkar edilərək geri qaytarılıb.

Həmin şəxslər polisə təhvil verilib. Rəsmilər bu cür halların hərbi əməliyyatlara mane ola biləcəyini və bölgədəki qüvvələri təhlükə altında qoya biləcəyini bildiriblər.

⦿ 08:21 | YENİLƏNİB

ABŞ-İran danışıqları fonunda neft bahalaşıb

Reuters

ABŞ və İran arasında sülh razılaşması və Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqların nəticəsiz qalması fonunda neft qiymətləri yüksəlib. Bu vəziyyət inflyasiya ilə bağlı narahatlıqları artırıb.

“Brent” markalı neftin qiyməti bir barel üçün 88 dollara, ABŞ xam nefti isə 82,45 dollara yüksələrək 31 iyuldan bəri ən yüksək səviyyəyə çatıb. Hər iki göstərici avqustun 10-da təxminən 5 faiz artmışdı.

⦿ 08:16 | YENİLƏNİB

SEPAH-ın keçmiş komandiri: Yeni müdafiə paktı İrana təhdid deyil

CCTV, CGTN

İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri Hüseyn Kənani Müqəddəm Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında yeni müdafiə razılaşmasını İrana birbaşa təhdid deyil, çəkindirmə mexanizmi kimi qiymətləndirib.

Onun sözlərinə görə, İran Səudiyyə Ərəbistanındakı ABŞ bazasını hədəfə alarsa, bu üç ölkənin müdaxilə etməsi ehtimalı azdır. Müqəddəm bildirib ki, Tehran belə bir əməliyyatı Səudiyyə Ərəbistanına deyil, ABŞ qüvvələrinə qarşı hücum kimi qiymətləndirər.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by AnewZ (@anewz.tv)

⦿ 07:39 | YENİLƏNİB

ABŞ senatoru Trampın İran siyasətini “qanunsuz və uğursuz” adlandırıb

ABŞ Senatında demokrat azlıqların lideri Çak Şumer Prezident Donald Trampı İranla müharibəni başa çatdırmaq üçün aydın strategiyasının olmamasında ittiham edib. Şumer bildirib ki, Trampın siyasəti ABŞ hərbçilərini təhlükə altında qoyur və amerikalılar üçün qiymətlərin artmasına səbəb olur.

“Trampın rəhbərliyi tam və hərtərəfli uğursuzluqdur”, – Şumer “X” platformasında yazaraq münaqişəyə son qoymağa çağırıb.

⦿ 07:37 | YENİLƏNİB

Trampın Türkiyədən gizli hərbi təyyarə ilə uçduğu iddia olunur

Reuters

“The Washington Post”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ötən ay Ankaradan ayrıldıqdan sonra İran təhdidi ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində gizli şəkildə daha kiçik hərbi təyyarəyə keçirilib. Ağ Ev isə həmin vaxt prezidentin “Air Force One” təyyarəsində səfər etdiyini açıqlamışdı.

Məlumata görə, Tramp hava limanında iaşə xidməti üçün istifadə olunan avtomobillə “Air Force C-32A” təyyarəsinə aparılıb və oradan Britaniyaya yola düşüb. Media nümayəndələrini daşıyan ayrıca “Air Force One” təyyarəsi isə bir neçə dəqiqə sonra havaya qalxıb.

Teqlər