Hərbi süni intellekt: “Helsing” “Palantir”ə rəqib sistem təqdim edir
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin...
İndoneziyanın şərqində baş verən 7,7 maqnitudalı zəlzələdən sonra təxminən 5000 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Rəsmilərin məlumatına görə, azı 51 nəfər həlak olub, yollar bağlanıb və torpaq sürüşmələri baş verib.
Səhiyyə nazirinin müavini Benjamin Paulus Oktavianus bildirib ki, avqustun 15-də Şərqi Nusa-Tenqara əyalətində baş verən zəlzələ nəticəsində 36 nəfər ağır, 77 nəfər isə yüngül xəsarət alıb.
Zəlzələdən sonra 341-ə yaxın təkrar yeraltı təkan qeydə alınıb. Hadisə İndoneziyada son illərin ən güclü zəlzələlərindən biri hesab olunur.
Sikka bölgəsində çox sayda sakin dağılmış və ya zədələnmiş evlərinə qayıda bilmədiyi üçün müvəqqəti çadırlarda gecələyib. Maumere liman şəhərində isə bəzi yaralılara xəstəxananın qarşısında qurulan çadırlarda tibbi yardım göstərilib.
Bölgəyə 3500-dən çox hərbçi və polis əməkdaşı cəlb olunub.
İndoneziyanın axtarış-xilasetmə agentliyi bildirib ki, xilasedicilər torpaq sürüşmələri səbəbindən yolu bağlanan Maumere ərazilərinə çata biliblər.
Fəlakətlərin İdarə Olunması üzrə Milli Agentliyin (BNPB) məlumatına görə, itkin düşənlərin əksəriyyətinin dağıntılar altında qaldığı ehtimal edilir. Zəlzələ nəticəsində 1300-dən çox evə ziyan dəyib.
Elektrik enerjisinin kəsilməsi səbəbindən 20 yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb.
BNPB bildirib ki, Şərqi Nusa-Tenqara hökuməti əyalətdə fövqəladə vəziyyət elan etməyi nəzərdən keçirir. Bu, əlavə resurs və maliyyə vəsaitlərinin səfərbər olunmasına imkan verəcək.
Eyni bölgədə 1992-ci ildə 7,5 maqnitudalı güclü zəlzələ baş verib və geniş dağıntılara səbəb olub.
Təxminən 290 milyon əhalisi olan İndoneziya Sakit Okeanın "Od halqası" adlanan yüksək seysmik fəallıq zonasındadır. Tektonik plitələrin qovuşduğu bu ərazidə zəlzələlər və vulkan püskürmələri tez-tez baş verir.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə COP31-in Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Antalyaya gəlib.
Polşanın Krakov şəhərində noyabrın 7-də altı nəfərin öldürüldüyü silahlı hücumda şübhəli bilinən 24 yaşlı şəxs xəstəxanada ölüb. Polis bu barədə noyabrın 9-da məlumat yayıb.
“Nvidia” şirkəti baş icraçı direktoru Censen Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olması ehtimalını araşdırır. Müstəqil araşdırmaya Huanqın şəxsi münasibətdə olduğu iş qadınının Çinə məlumat ötürdüyü barədə iddialardan sonra başlanılıb.
Türkiyənin İzmir vilayətində polad zavodunda baş verən partlayışda azı 17 nəfərin öldüyü bildirilir. Texniki xidmət zamanı kran aşıb, ardınca partlayış olub. Hadisə ilə bağlı istintaq başlanıb.
AnewZ-un Günün İcmalını təqdim edirik. “Nvidia” ilə bağlı casusluq iddialarından ABŞ–İran gərginliyinə qədər dünyada baş verən beş əsas xəbəri diqqətinizə çatdırırıq.
Almaniyanın müdafiə texnologiyaları şirkəti “Helsing” Avropada ABŞ texnologiyalarından asılılıqla bağlı narahatlıqların artdığı bir vaxtda hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektə əsaslanan yeni proqram təminatını təqdim etməyə hazırlaşır.
ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Vaşinqton Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülh sazişi bağlamağa hazır olduğuna inanır. O, bu açıqlamanı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə başlayan ikigünlük danışıqlar zamanı verib.
Bolqarıstanın şərqində qatı duman səbəbindən magistral yolun hər iki istiqamətində onlarla avtomobilin toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 46 nəfər yaralanıb. Qəza noyabrın 10-da baş verib.
ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana yeni zərbələri hələlik təxirə salacağını bildirib. Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadası qüvvədə qalacaq.
ABŞ ordusu İranla əlaqəli olduğu bildirilən təhdidə görə Birləşmiş Krallıqdakı ikinci hərbi hava bazasından da təyyarələrini başqa yerlərə köçürüb. Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın