Rumıniyada hava məkanını pozan dron vurulub

Rumıniyada hava məkanını pozan dron vurulub
Rumıniyanın Xarici İşlər Nazirliyində nümayiş etdirilən dron qalıqları. Buxarest, Rumıniya, 27 iyul 2026-cı il.
Reuters

Rumıniyanın Müdafiə Nazirliyinin açıqlamasına görə, NATO-nun hava məkanına nəzarət missiyasında iştirak edən İspaniyaya məxsus F-18 qırıcısı ölkənin hava məkanını pozan dronu vurub.

Bu, Rumıniyanın cari il ərzində vurduğu dördüncü pilotsuz uçuş aparatıdır.

Nazirlik dronun mənşəyini açıqlamayıb. Bildirilib ki, aparat Moldovadan Rumıniya ərazisinə daxil olub və Qalats şəhərindən təxminən 24 kilometr şimalda aşkarlanıb.

F-18 qırıcısı hədəfi radarda müəyyən etdikdən sonra onu vurmaq üçün icazə alıb. Dron saat 05:01-də vurulub.

Dronun qalıqlarının iki kənd arasındakı yaşayış olmayan əraziyə düşdüyü ehtimal edilir.

İyul ayında Rumıniyanın F-16 qırıcıları ölkənin hava məkanını pozan üç Rusiya dronunu vurub.

Teqlər