Hava məkanı məhdudiyyətləri Mərkəzi Asiya ilə Rusiya arasında uçuşlara təsir edib
Mərkəzi Asiya ilə Rusiya arasında aviareyslər Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda pozulub. Bəzi təyyarələr istiqamətini...
Belçikada yanğınsöndürənlər ölkə tarixinin ən böyük meşə yanğınını söndürməyə çalışırlar. Yerli rəsmilərin məlumatına görə, “High Fens” qoruğunda yanğın 3 min hektara yaxın ərazini əhatə edib və Almaniya sərhədinə doğru yayılır.
Belçikanın şərqində avqustun 14-də başlayan yanğın ölkə tarixinin ən böyük meşə yanğını olub. Avropa Meşə Yanğınları İnformasiya Sisteminin məlumatına görə, əvvəlki rekord 2011-ci ildə qeydə alınıb. Həmin vaxt 1400 hektara yaxın ərazi yanıb. İndiki yanğın bundan iki dəfədən çox ərazini əhatə edib.
Yanğını söndürmək üçün Belçikanın müxtəlif bölgələrindən, həmçinin Almaniya və Lüksemburqdan yanğınsöndürənlər əraziyə göndərilib. Ordu və yerli fermerlər də onlara kömək edir.
Yanğınsöndürmə qrupları gecə boyu alovun yayılmasını ləngitməyə çalışıblar. Əsas diqqət Almaniyaya doğru yayılan yanğına yönəldilib.
Rəsmilər bildiriblər ki, havanın sərinləşməsi və rütubətin artması yanğını nəzarətə almağa kömək edə bilər. Bu, alovun daha geniş əraziyə yayılmasının qarşısını ala bilər.
Belçikanın Mons şəhərinin yanğınsöndürmə briqadasının kapitanı yanğının gözləniləndən daha geniş ərazini əhatə etdiyini bildirib.
“Belçikanın belə böyük yanğınla üzləşəcəyini heç vaxt təsəvvür etməzdik”, – kapitan deyib. O əlavə edib ki, ölkə gələcəkdə oxşar hadisələrə hazırlaşmalı olacaq.
Yerli rəsmilər bildiriblər ki, yaxınlıqdakı kəndləri qoruyan müdafiə xətləri yanğının qarşısını alır. Lakin avqustun 15-də təxliyə edilən sakinlərə hələlik evlərinə qayıtmamaq tövsiyə olunub.
“High Fens” bölgəsi meşələri, bataqlıq əraziləri və qorunan təbiət sahələri ilə tanınır. Ərazinin çətin relyefi yanğınsöndürənlərin işini ağırlaşdırır.
Fövqəladə hallar qrupları yanğının Almaniyaya keçməsinin qarşısını almağa çalışırlar. Onlar yaşayış məntəqələrini qorumaq və zərəri azaltmaq üçün də işlərini davam etdirirlər.
Bu yanğın Avropanın bir sıra ölkəsində isti və quraq hava səbəbindən yanğın riskinin artdığı bir vaxtda baş verib. Rəsmilər bildirirlər ki, iqlim şəraitinin dəyişməsi meşə yanğınlarının daha tez-tez baş verməsinə və daha güclü olmasına səbəb olur.
İran Səhiyyə Nazirliyi bildirib ki, avqustun 30-dan sentyabrın 2-dək ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində azı 18 nəfər ölüb, 142 nəfər yaralanıb.
Üç yüksəkvəzifəli iranlı mənbənin sözlərinə görə, ABŞ-nin neft blokadası və sanksiyalar vasitəsilə İran iqtisadiyyatına təzyiq göstərmək səyləri Tehran üçün getdikcə daha çətin vəziyyət yaradır. Vaşinqton gələcək danışıqlarda güzəştlər əldə etmək məqsədilə təzyiqləri artırır.
Rusiyanın TASS xəbər agentliyi anonim mənbəyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner həftəsonu əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya səfər edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ elçilərinin hər iki ölkənin paytaxtına səfər edəcəyini bildirib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 3-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
ABŞ ölkənin 250 illik yubileyi münasibətilə Prezident Donald Trampın portreti olan xüsusi 1 dollarlıq sikkə buraxır.
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”in Müşahidə Şurası 2030-cu ilədək 100 min iş yerinin ixtisarını nəzərdə tutan genişmiqyaslı yenidənqurma planını təsdiqləyib. Şirkət bu addımı satışların zəifləməsi, mənfəətin azalması və qlobal rəqabətin güclənməsi fonunda atır.
Naurunun etirazına baxmayaraq, Sakit Okean adaları ölkələrinin liderləri Çinin raket sınağı ilə bağlı narahatlıqları ifadə ediblər. Sakit Okean Adaları Forumunun illik sammitində liderlər Çinin regionda keçirdiyi raket sınağı ilə bağlı narahatlıqlarını bildiriblər.
“Saudel” tayfunu Çinin cənubundakı Fucien və Quandun əyalətlərində genişmiqyaslı daşqınlara səbəb olub. Daşqın avtomobilləri aparıb və üçmərtəbəli binanın uçması ilə nəticələnib.
Günə AnewZ-un səhər xülasəsi ilə məlumatlı başlayın. Sentyabrın 4-ü üçün hazırladığımız icmalda gündəmin əsas xəbərləri və diqqətçəkən son hadisələr yer alır.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın